Kristobalit - Wikipedia
Kristobalit — mineral, SiO2
Kristobalit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
SiO₂ |
Strunz təsnifatı | IV/D.01a[1] |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | tetraqonal[d][2] |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəKristobalit - polimorf modifikasiyaları: a-kristobalit - kubik və b-kristobalit - tetraqonal. a-kristobalit 14700 C-dən yuxarı sabit olub, temperatur aşağı düşdükcə tridimitə, sonuncu isə kvarsa keçir. Lakin sürətlə soyudulduqda 180-2750 C-də b-kristobalit keçir. Oktaedr. İkiləşmə {111} üzrə polisintetik. Aqreqat: pulcuqvars, sferolitli, lifli, sızma, gizli kristallik. Rəngsiz, ağ. Parıltısı şüşəli. Sərtliyi 5-7. Xüsusi çəkisi a-kristobalit -2,222, b-kristobalit -2,292. Effuziv süxurlarda: traxit, dasit, vulkanik tuflarda, həmçinin termal metamorfizmə uğramış qumdaşlarında, maqnezit damarlarında rast gəlinir. Hipergen kristobalit – opalın təkrar kristallaşma məhsuludur. Növ müxtəlifliyi: lüssatit, lüssatin, psevdolüssatin.
İstinadlar
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.