Kristeros Muharibesi - Wikipedia
Kristeros vətəndaş müharibəsi (isp. Guerra de los Cristeros) — hərbi konfilikt Meksika federal qüvvələri ilə Kristeros üsyançıları arasında 1926 ilə 1929-cu illərdə baş vermişdir. 1917-ci ildə qəbul edilən konstitusiya kilsəyə ağır zərbə vurur. Kilsənin bütün hüquqlarının əlindən alınması, dini ritualların yerinə yetirilməsinə qadağa Kristeros vətəndaş müharibəsinin baş verməsinə səbəb olur.
Münaqişənin tarixi
redaktə1917-ci ildə qəbul edilən konstitusiyasına görə kilsə bütün mülkiyyətdən məhrum edilir və mülkə sahib olmağa qadağa qoyulur. Monastrlar bağlanır, dini ritualların keçirilməsinə qadağa qoyulur. Dini aktlar yalnız qapalı və onlar üçün ayrılmış yerlərdə keçirilməsinə icazə verilir. Din xadimlərinin (keşişlərin) ictimai yerdə xaç gəzdirilməsinə qadağa qoyulur. 1926-cı ildə Plutarko Elias Kales din əlehinə kositutsiya proqramı qəbul edir. Fevral ayında onlarla xariçi vətəndaş olan kilsə xadimləri ölkədən cıxarılır. Hətta prezident bu qaydaları pozanlara qarşı cinayət məcəlləsinin tərtibi ilə müraciət edir. İyun ayında bununla bağlı qanunlar toplusu qəbul edilir. Bu qanuna görə xariçi kilsə xadimi ölkə ərazisində dini işlərlə məşqul olarsa O 500 peso və ya 15 gün həbs verilir. Kilsə xadimləri əgər dövlət əlehinə cıxarlarsa 6 il, konstitusiya əlehinə fikirlərə görə isə 5il həbs verilirdi.
Münaqişənin başlaması
redaktə1926-ci ildə Meksika yepiskopları dini ritualları keçirmək istəyirdilər. Hökumət bunu din xadimlərinin dölətə qarşı cıxması kimi qiymətləndirilir. Bu qadağalar ölkədə Kristeros üsyanının baş verməsinə səbəb olur. Üsyançıların əsas liderləri Deqolyado, Viktoriano Romires və iki kilsə xadimi Aristeo Pedrosa və Xose Reyas Veqa idi. Əsas döyüşlərdə 5 kilsə xadimi iştirak edirdi. 13 fevral 1927-ci ildə Kristeros üsyançıları San Fransisko-del Rinkonda ərazisində ilk qalibiyyətlərini qazanır. Ardından San-Xuliani döyüşündə də qalibiyyət əldə edilir. 19 apreldə "Veqa ata" dəstəsi ilə birlikdə pul daşıyan vaqonlara hücun təşkil edir. Atışmada onun qardaşı ölür. Veqanın adamları vaqonlara benzin tökərək yandırırlar və nəticədə 51 nəfər mülki insan ölür. Bu kimi addımlar Kristeros hərəkətinə olan marağı azaldır. Yay aylarında hərəkat demək olar ki dayanır. Ancaq isp. El Catorce adı ilə məşhurlaşan Viktoriano Ramiresın dönəmində hərəkat getdikcə güclənir. Əfsanəyə görə o türmədən qacarkən onun ardınca gələn 14 silahlı gözətçini öldürür. Ramiresin dönəmində qadın briqadaları yaradılır. Onların vəzifəsi pul toplamaq, döyüşçülərə məlumat vermək və yaralılara tibbi yardım etməkdən ibarət idi. Bu briqadaların sayı 25.000 catırdı. 1929-cu ildə Kristerosun ümumi qüvvələrinin sayı 50.000-ə catırdı. Prezident Emilleo Portese konflikti həll etməyə cədh göstərir. ABŞ və Vatikanın sayəsində üsyançılar və hökumət arasında konflikt həll edilir. Kilsənin bütün hüquqları özünə qaytarılır. Ancaq kilsə yənədə dövlət mülkiyyəti olaraq qalırdı. Bu hər iki tərəfi qane edirdi. Bəziləri isə bunu qəbul etməyərək mübarizəni davam etqirirdi.
Nəticə
redaktəMüharibə 90.000 insanın həyatına son qoyur. Bulardan 56.882 nəfəri federal qüvvələrindən, 30.000 nəfəri isə Kristeros üsyançılarından idi. Dövlət bütün şərtləri qəbul edir. 500 Kristeros rəhbəri, 5000 nəfər üsyan iştirakçıları güllələnir. Bu zaman 1926-1937-ci illər ərzində 40 keşiş öldürülmüşdür[1]. Losaro Kordenasın dövründə də bu təqiblər davam etdirilir. 1940-cı ildə katolik Manuel Avilo prezident seçilməsi ilə təqiblər tam dayanır. Münaqişə nəticəsində Vatikandan olan kilsə xadimlərinin sayı 4500-dən 334 nəfərə enir. 1937-ci ildə 17 ştatda bir dənə də olsun kilsə xadimi yox idi.
İstinadlar
redaktə- ↑ Van Hove B. Blood-Drenched Altars Arxivləşdirilib 2017-11-09 at the Wayback Machine Faith & Reason 1994