Kral Vilyam - Wikipedia
Kral-Vilyam (ing. King William Island, Eskimos dili ᕿᑭᖅᑕᖅ Kikerktak) — Kanada Arktik arxipelaqına aid ada.
Kral Vilyam adası | |
---|---|
ing. King William Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 13111 km² |
Uzunluğu |
|
Hündür nöqtəsi | 137 m |
Əhalisi | 1.064 nəfər (2006-cı il) |
Yerləşməsi | |
68°30′00″ şm. e. 100°30′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKanadanın şimalında materik hissəsinə yaxın yerləşir. Sahəsi 13 111 km², sahil xətdinin uzunluğu 1289 km təşkil edir[1]. Adaların dünyada sahəsinə görə sıralamasında 61-ci, Kanadada isə 15-ci yeri tutur. Maksimal ölçüsü 155–120 kilometrdir. Adeleyd yarımadasından şimalda yarləşir və onu Simpson boğazı (3,5 km) ayırır. Şimal, Şimal-şərdə Buthia yarımadası yerləşir və Rey və Ceyms-Ross boğazları ayırır. Qərbdə Viktoriya (ada)sından onu Viktoriya (boğaz) ayırır. Cənub qərbində onun sahillərini Kuin Mod körfəzi yuyur. Relyefi əsasən düzənlikdir. Ən hündür nöqtəsi (137 m) Maunt Mateson dağıdır. Cənub-şərqdə Qibson yarımadası yerləşir[2]. Ada tundra ilə örtülüdür və mərkəzi hissədə çoxlu sayda göl vardır.
Əsas yaşayış məntəqəsi — Yоа-Hеyvеn.
Tarixi
redaktəKral-Vilyam adası Eskimoslar tərəfindən məskunlaşılmışdı. Ada ilk ayaq basan avropalı Ceys Ross olur və adanı o zaman ki, Britaniya kralı IV Vilhelmin şərəfinə adlandırır. Bu adada Con Franklin və onun rəhbərlik etdiyi exspedisiya həlak olmuşdur[3]. Buna baxmayaraq onun cənazəsi adada tapılmır. Roald Amundsen özünün uğurlu 1903–1905-ci illər ekspedisiyası zamanı adada qışlamışdır. O, Şimal-Qərb keçidini Yoa gəmisində keçmişdir.
Ədəbiyyat
redaktə- Raul Amundsen. Şimal-Qərb keçidi ilə suda "Yоа" gəmisi ilə. L.: Haz. Əsasşimaldənizyolları, 1935.
- Kuper Pol Feminor. İtirilmişlər adası. L.: Hidroетеоizdа, 1970.
İstinadlar
redaktə- ↑ "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.
- ↑ "Oceandots.com. The Island's Encyclopedia". 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.
- ↑ "Con Franklinin bioqrafiyası". 2009-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-08.