Krimski Rayonu - Wikipedia
Krımski rayonu (rus. Крымский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Krımsk şəhəridir.
Krımski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
44°56′ şm. e. 38°00′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Krımsk[1] | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 2 iyun 1924 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 86131 | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəKrımski rayonu Krasnodar diyarının cənub-qərb hissəsində yerləşir. Ümumi sahəsi 1,6 min km²-dir. Şimalda Slavyanski rayonu, qərbdə Anapski rayonu, şərqdə Abinsk rayonu ilə, cənubda Novorossiysk və Qelendjiklə həmsərhəddir.
Krım rayonunun ərazisi iki zonaya ayrılır: Prikubanskaya mailli düzənliyi və Böyük Qafqazın uc qisminin qərb hissəsindəki orta yüksək dağlar bölgəsi.
Tarix
redaktəRayon 2 iyun 1924-cü ildə Cənub-Şərq vilayəti Kuban dairəsinin bir hissəsi olaraq meydana gəlir. Buraya Kuban-Qara dəniz diyarının ləğv edilmiş Slavyan bölməsinin ərazisinin bir hissəsi daxil idi. Əvvəlcə rayona 28 kənd sovetlikləri daxil isi:Blaqodarnı, Verxneadaqumski, Verxnemeretukski, Volodarski, Qladkovski, Gorno-Veselı, Qreçeski, Drujnı, Kiyevski, Kotlyarevski, Krasnı, Krımski, Krımski-Slobodski, Leninski, Lesnoy, Melixovski, Moldavanski, Neberdayevski, Nijnemeretukski, Novoukrayinski, Pavlovski, Podqornı, Psebepski, Ruski, Sadovı və Çernomorski, Svobodnenski, Tixiy.
16 noyabr 1924-cü ildən rayon Şimali Qafqaz diyarının ərazisinə daxil edilir. 10 oktyabr 1925-ci ildə Krımski rayonu Çernomorski dairəsinə verilir. 27 fevral 1930-cu ildə Krımski rayonu ərazisinin bir hissəsindən və Kuban dairəsinin Abinski rayonunun mərkəzi Krımskaya kəndi olmaqla Yunan Milli rayonu qurulur. 16 fevral 1932-ci ildə ləğv edilmiş Abinski rayonunun ərazisi rayona daxil edilir. 10 yanvar 1934-cü ildən rayon Azov-Qara dəniz diyarına verilir. 31 dekabr 1934-cü ildə Abinski rayonu yenidən bərpa edilir. 10 avqust 1935-ci ildə Krımski rayonu ləğv edilir, ərazisi Qreçeski rayonunun bir hissəsi olur. 22 fevral 1938-ci ildə Qreçeski rayonu Krımski olaraq adlandırılır və rayon mərkəzi Krımsk kəndinə köçürülür. 16 aprel 1940-cı ildə Krım rayonun bir hissəsi mərkəzi Varenikovskaya kəndi olmaqla yeni qurulan Varenikovski rayonun bir hissəsi olur. 22 avqust 1953-cü ildə ləğv edilmiş Varenikovski rayonunun ərazisinin bir hissəsi rayona birləşdirilir. 11 fevral 1963-cü ildə Abinski və ləğv edilmiş Severski rayonlarının kənd sovetlikləri rayonun bir hissəsinə çevrilir. 1 fevral 1963-cü ildə Krımski Kənd rayonu qurulur[4]. 12 yanvar 1965-ci ildə Abinski rayonu, 30 dekabr 1966-cı ildə isə Severski rayonu yenidən bərpa edilir. 4 sentyabr 1981-ci ildə Krımsk şəhəri regional tabeli şəhərlər kateqoriyasına daxil edilir və mərkəz olaraq qalaraq rayon tərkibindən çıxır. 1993-cü ildə kənd sovetliklərinin fəaliyyətinə xitam verilir, kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir. 2005-ci ildə Krımsk şəhəri də daxil olmaqla rayonda 11 bələdiyyə qurulur. 7 iyul 2012-ci ildə ərazidə dağıdıcı sel meydana gəlir. Nəticədə 130-dan çox insan ölür[5]. Ümumilikdə rayonda fəlakət zonasında 12 min nəfər, 4 mindən çox ev, 12 sosial obyekt (məktəb, uşaq bağçası, iki tibb anbarı[6]) zərər görür.
Əhali
redaktə1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 132,3 min nəfər təşkil etmişdir. Bütün əhali arasında kişilər 46,7 %, qadınlar 53,3 % təşkil edir. Ümumi əhalinin 75617 (59,6 %) nəfəri əmək qabiliyyətli insanlar, 22,2 %-i pensiyaçılardır[7].
- Milli tərkib
Krım rayonunda yaşayan əhalinin tərkibi baxımından ən çoxmillətli bölgələrdən biridir - 67-dən çox millət, bunlar arasında: ukraynalılar, yunanlar, ermənilər, belaruslar, moldovanlar, bolqarlar, çuvaşlar, gürcülər. Əhalinin əsas hissəsini ruslar təşkil edir.
İnzibati-ətazi vahidləri
redaktəKrımski rayonunda 1 şəhər və 10 kənd inzivati vahidliyinə 90 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
redaktə2011-ci ilin birinci yarısında bütün iqtisadi fəaliyyət növləri üzrə müsbət dinamika müşahidə olunur. Böyük və orta müəssisələrin dövriyyəsi 6,4 milyard rubl təşkil etmiş və 2010-cu ilin eyni dövrü ilə müqayisədə 18,3% artım olmuşdur. Rayon iqtisadi fəal əhalisinin payı 35% -dir, bunun 80% -i faktiki olaraq iqtisadiyyatda, o cümlədən 40% -i kiçik və orta sahibkarlıqda işləyir. 2011-ci ilin birinci yarısında vergi daxilolmalarının ümumi həcmində kiçik və orta sahibkarlığın payı 20,6% təşkil etmişdir. Krımski rayonu üçün 2011-ci il birləşdirilmiş regional büdcə 1,675 milyon rubl məbləğində qəbul edildi ki, bu da keçən ilin səviyyəsinin 104% -i, o cümlədən vergi daxilolmaları - 1554.5 milyon rubl, vergi olmayan gəlirlər - 114.7 milyon rubl və ödənişsiz daxilolmalar - 5.8 milyon rubl.
Sənaye
redaktəTroitskaya kəndindəki Rusiyadakı yeganə "yod zavodu" (lakin ümumiyyətlə ölkədə yod eyni vaxtda Novosibirsk, Tula, Yaroslavlın əczaçılıq müəssisələrində istehsal olunur) var.
Kənd təsərrüfatı
redaktəRayonda paxlalı bitkilər, tərəvəz, meyvə və giləmeyvə, üzüm, tütün əkilir. Kənd təsərrüfatına yararlı torpaq sahələri 92,4 min hektardır, bunlardan 60,9 min hektarı əkin sahələridir. Düyü 2000 hektardan çox ərazidə 5 ferma tərəfindən istehsal olunur. Burada 500-dən çox kənd təsərrüfatı müəssisə və təsərrüfatları var.
Südlük və ətlik heyvandarlıq, donuzçuluq, quşçuluq, arıçılıq, xəz təsərrüfatı vardır. Balıq təsərrüfatları belə qurulur.
İstinadlar
redaktə- ↑ 1 2 3 ОКТМО. 185/2016. Southern FD.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Указ Президиума ВС РСФСР от 01.02.1963". www.libussr.ru. 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-25.
- ↑ "МВД: число жертв наводнения в Краснодарском крае превысило 140 человек". РИА Новости. 8 июля 2012 года. 2012-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-08.
- ↑ "Власти подсчитывают ущерб от катастрофического наводнения на Кубани". РИА Новости. 7 июля 2012 года. 2012-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07.
- ↑ "Департамент здравоохранения Краснодарского края, Крымский район". 2008-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
Mənbə
redaktə- Официальный администрации Крымского района
- Муниципальное образование Крымский район
- Крымский район на портале исполнительных органов власти края Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine
- Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов
- Инвестиционный портал муниципального образования Крымский район
- Poçt indeksi: