Krim Daglari - Wikipedia
Krım dağları (ukr. Кримські гори, krımtat. Qırım dağları, Къырым дагълары), keçmişdə həm də Tavr dağları adlanırdı — Krım yarımadasının cənub və cənub-şərq hissəsini əhatə edən dağ silsiləsi. Krım dağları üç silsiləyə bölünür. Dağların uzunluğu 160 km, eni isə 50 km təşkil edir. Dağların daxili silsiləsi 750 metr hündürlüyə malikdir. Maksimal hündürlüyü isə 1545 metr olan Roman-Koş dağı Babuqan yaylasında yerləşir.
Krım dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1545 m |
Uzunluğu |
|
Eni | 50 km |
Yerləşməsi | |
44°36′34″ şm. e. 34°14′30″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İqlimi
redaktəDağların iqlimi mülayim-sərin və rütubətlidir. Yağıntılar Aralıq dənizi iqliminə xasdır. Qış oktyabrın ortalarından martın sonlarına qədər davam edir. Zirvələrində qar örtüyü əmələ gəlir. Qar örtüyünün qalınlığı 1 metrə çata bilir. Yanvarda temperatur -10 °C ilə +10 °C arasında dəyişə bilir. Qar bəzən msy ayında belə düşür. Yay ayları dağlarda hava isti və qurudur. Bəzən yatda temperatur 0 °C qədər enə bilir. Bu səbəbdən duman müşahidə edilir. Hər sisilənin ətəkləri müxtəlif iqlim şəraitinə malikdir. Buna səbəb küləklərdir.
Krım mağaraları
redaktəKrımın dağlıq hissəsində çoxlu sayda mağara və şaxtalar aşkar edilmişdir. Onların araşdırılması bu gündə davam edir. Krımda olan şaxta və mağaralar:
- Skel mağarası — 1947-ci ildən təbiət abidəsidir. 1904-cü ildə müəllim F. А. Kirillov tərəfindən aşkarlanmışdır. Eni 10-18 metr, hündürlüyü 25 metr, uzunluğu 80 mtrə çatır.
- Mis mağarası — uzunluğu 205 metr, dərinliyi 60 metr təşkil edir.
- Qızıl Koba (Qırmızı mağara) — mağaranın uzunluğu 21150 metr təşkil edir. Maksimal dərinlik 275 metrdir. Krımın ən uzun mağarasıdır. 1963-cü ildə təbiət abidəsi elan edilmişdir.
- Visyaçay mağarası — uzunluğu 401 m, dərinlik 15 m.
- Yeni-Sala 2 və Yeni-Sala 3 — müvafiq olaraq 75 və 410 metr uzunluğa malikdir. 1908-ci ildən təbiət abidəsidir.
- Kristalnaya Şaxtası — uzunluğu 110 metr, dərinliyi 113 metr təşkil edir.
- 1972-ci ildı təbiət abidəsi elan edilən mağaralar:
- Jemçujnaya — uzunluğu 35 m.
- Misxor — uzunluğu 100 m, dərinlik 40 m.
- Kamnepadnaya — uzunluğu 25 m.
- Sündürlü — uzunluğu 175 m, dərinlik 35 m.
- Geofizika — uzunluğu 140 m, dərinlik 60 m.
- Kaskad — uzunluğu 1120 m, dərinliyi 400 m.
- Stavrika — uzunluğu 100 m, глубина 10 m.
- Basman-3 — uzunluğu 27 m.
- Basman-5 — uzunluğu 62 m, dərinlik 25 m.
- Basman-7 — uzunluğu 52 m.
- Çatırdağda yerləşən mağara və şaxtalar:
- Ayan — uzunluğu 550 m, dərinlik 20 m.
- Binbaş-Koba — uzunluğu 110 m.
- Əminə-Bair-Koba — uzunluğu 800 m, dərinlik 150 m.
- Əminə-Bair-Xosar — uzunluğu 1465 m, dərinlik 135 m.
- Mərmər — uzunluq 2050 m, dərinlik 60 m.
- Soyiq-Koba — uzunluq 210 m, dərinlik 43 m. 1883-cü ildə ilk dəfə bu mağarada Krım ərazisində ilk dəfə olaraq mağara suyunun analizi aparılmışdır.
- Ovalnaya şaxtası — uzunluq 110 m, dərinlik 60 m.
- Göyərçin şaxtası — uzunluq 60 m, dərinlik 20 m.
- O. S. Vyalova — uzunluq 200 m, dərinlik 81 m.
- Bezvodnaya — uzunluq 244 m, dərinlik 195 m.
- Atların girişi — uzunluq 95 m, dərinlik 213 m.
- Karabi yayla yerləşən mağara və şaxtalar:
- Mamina — uzunluq 76 m, dərinlik 27 m.
- Tuak — dərinlik 110 m.
- Acı-Koba — dərinlik 78 m.
- N. A. Qvozdeski adına şaxta — uzunluq 25 m, dərinlik 191 m.
- A. A. Kruber adına şaxta — uzunluq 280 m, dərinlik 62 m.
- Kastere— uzunluq 120 m, dərinlik 67 m.
- Monastır-Çokrak— uzunluq 207 m, dərinlik 151 ş.
- Egiz-Tinax-1, -2, -3 - müvagiq olaraq 255, 170 və 145 m. Yeraltı labirintlər sistemi əmələ gətirir.
- Dünya şaxtası — uzunluq 240 m, dərinlik 135 m.
- Molodyojnaya— uzunluq 261 m.
- Tisovaya — uzunluq 47 m.
- Qarasu Başı — uzunluq 20 m. Respublika əhəmiyyətli təbiət abidəsidir.
- Soldatskaya — uzunluq 2100 м, dərinlik 517 m. Krımın ən dərin mağarasıdır[1]
Qoruq və yasaqlıqlar
redaktəKrım təbiət qoruğu Krımın dağlıq hissəsinin mərkəzində Babuqan yaylasının yaxınlığında yerləşir. Bu Krımın ən böyük qoruğu olaraq 33397 ha əraziyə sahibdir.
Orlinov yasaqlığı 1979-cu ildə yabanı dərman bitkilərinin qorunması məqsədi ilə təşkil edilmişdir. Yasaqlıq keçmiş meşəçilik təsərrüfatının yerində təşkil edilmişdir. Burada Dazı, Sürünən kəklikotu, Qaraqınıq, Boymadərən və digər dərman bitkiləri yetişdirilir.
Fıstıq qoruğu 1947-ci ildə təiət qoruğu elan edilmişdir. Burada 614 ha meşə massivi vardır. Fıstıqdan başqa Göyrüş, Adi quşarmudu, Krım tozağacı, Yunan quşarmudu, Fındıq və s ağac bitkilərinə rast gəlmək olar. 1964-cü ildə qoruq ərazisində olan tozağacı bitkisi təbiət abidəsi elan edilmişdir. Bu ağacın 300 yaşı olması ehtimal edilir.
Çatırdağ qoruğu isə 1980-ci ildə təşkil edilmişdir. Hələ 1964-cü ildə təbiət abidəsi elan edilmişdi. Çatırdağda yerləşən karst məşhəlli kraterlər 250 metr diametrə və 60 metr dərinliyə malikdir. Burada 135 müxtəlif şaxta, mağara və dərin quyular aşkarlanmışdır.
Krım dağlarını araşdırmış şəxslər
redaktə- Viktor Nikolayeviç Dublyanski — geoloq.
- Oleq Stepanoviç Vyalov — geoloq, Çatırdağ yaylasının araşdırmaçısı.
- Serqey İvanoviç Oqnyov — Krım faunasının araşdırmaçısı.
- Peter Simon Pallas, Fyodor Petroviç Kyoppen, Viktor İvanoviç Moçulski, — krım mağaralarının faunasının araşdırmaçısı.
- L. Е. Fersman — Mağara araşdırmaçısı.
- Nikolay Andreyeviç Qvozdeski — mağara və şaxta araşdırmaçısı.
- Aleksandr Aleksandroviç Kruber — krımın karst yaylalarını ilk araşdıran şəxs.
- Mixail İvanoviç Kotov — dağ florasını araşdıran şəxs.
- М. А. Bujor — alpinist maşrutlarının araşdırmaçısı.
Mənbə
redaktə- «Edelveys» turizm klubu
- Кримська стежинка Arxivləşdirilib 2021-06-30 at the Wayback Machine (ukr.)
- Krım dağları Arxivləşdirilib 2017-12-08 at the Wayback Machine
- Krım dağlarında turizm
- Учебный фильм по географии для школьников "Горный Крым"