Kosmos Film 2009 - Wikipedia
Kosmos — 2009-cu ildə çəkilən, Türkiyə və Bolqarıstanın birgə istehsalı olan film.
Kosmos | |
---|---|
Kosmos | |
Janr | Dram |
Rejissor | Reha Erdem |
Prodüser | Ömer Atay |
Ssenari müəllifi | Reha Erdem |
Baş rollarda | Sermet Yeşil, Türkü Turan, Hakan Altuntaş, Sencar Sağdıç, Korel Kubilay, Saygın Soysal, Serkan Keskin, Akın Anlı, Cüneyt Yalaz, Suat Oktay Şenocak, Asil Büyüközçelik, Nadir Sarıbacak, Murat Deniz |
Operator | Florent Herry |
İstehsalçılar | Atlantik Film, İmaj |
İlk baxış tarixi | 2010 |
Müddət | 122 dəq. |
Ölkələr | |
Dil | türk dili |
İl | 2009 |
Rəng | rəngli |
Çəkiliş yeri | Qars, Türkiyə |
IMDb | ID1371574 |
Məzmunu
redaktəSon illərin ən gözəl art xauslarından biri. Reha Erdemin illərdən sonra böyük kinoya qayıtması həqiqətən əla alındı. “Həyat var” filminin ardınca “Kosmos” filmi ilə nəyə qadir olduğunu bir daha sübut etdi.
Filmin xronometrajı 122 dəqiqə olsa da, hadisələr bir göz qırpımında, həm də qarışıq şəkildə cərəyan edir. Utopik bir film də adlandırmaq olar “Kosmos”u. Reha Erdemin bu filmi kinomanlara Paolo Pazolininin “Teorema”sını, Trierin “Doqvill”ini xatırladacaq. İndi isə bir az ətraflı... Dağları aşaraq təngnəfəs bir nəfər kəndə doğru qaçır. Bu zaman çaya düşən bir uşaq görünür. Həmin bir nəfər bu uşağı xilas edir. Uşağın bacısı isə qardaşının çayda boğulduğuna əmin olduğundan bu naməlum insanın qardaşını diriltməsini, bu insanın şəfalı olması xəbərini verir atasına. Və beləliklə naməlum, özünü Kosmos kimi təqdim edən qonaq sərhəddə yerləşən kiçik bir kəndin sevimlisinə çevrilir. Bir-birinin ardınca xəstəliyi olan insanlara şəfa verən Kosmosu heç vaxt yemək yeyərkən, yatarkən görmək mümkün deyil. Qidası ancaq bol şəkər və çaydı. O asanlıqla yüksək ağaclara dırmaşa, ən nazik budaqlarında rahatlıqla otura bilir. Xilas etdiyi uşağın bacısı ilə isə aralarında mənəvi bağlılıq yaranır. Bir-birilərini quş səsləri çıxararaq axtarır və heyvanlar kimi oynayırlar. Kəndin hər insanı onu tanıyır və bu çox kiçik kənd get-gedə onu sıxmağa başlayır. Kömək etdiyi insanlarda axtardığı sevgini görmür. Özünü Allah qonağı adlandırsa da insanlar onunla ünsiyyətdən, onu anlamaqdan qaçırlar. Beləliklə anlaşılmazlıqlar yaranır və bu anlaşılmazlıqlar dözülməz həddə çatmağa doğru gedir.
Kosmos obrazında Reha Erdemin nəyi və ya kimi anlatmaq istədiyi tam açıqlanmır. Ən maraqlısı odur ki, rejissor bu filmdə Freyd və Nitşe fəlsəfəsini ortaq nöqtəyə gətirib Kosmosun obrazı ilə. Sevginin hər şeyə qadir olmasını anlatmağa çalışan qəhrəman həm də insanın heyvandan fərqini tapmaqda acizdir. Yəni demək olmaz ki, Kosmos necə bir insandır. Yaxşı ya pis. Onda bu xüsusiyyətlər yoxdur. Haradan gəldiyi məlum deyil, hara gedəcəyi də bilinmir. Tərki dünya bir halı var və asanlıqla hər kəsin rəğbətini qazana bilir. Film olduqca gözəl alınıb. Təsadüfi deyil ki, 2009-cu il “Antalya film festivalı”nda film “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı görüntü rəhbəri”, “Özəl jüri mükafatı” nominasiyalarında laureat oldu. Bundan başqa daha 3 beynəlxalq film festivallarında qalib oldu. Bir maraqlı faktı da nəzərinizə çatdırım ki, filmdə “Daşlı qala” mahnısından elə azəricə istifadə olunub. Əgər qarlı qış, uzun və qarmaqarışıq art xaus həvəskarısınızsa, bu film izlənməsi gərəkən ekran əsəridir.
Aktyorlar/aktrisalar
redaktə- Sermet Yeşil — Kosmos
- Türkü Turan — Neptun
- Hakan Altuntaş — Yəhya
- Sencar Sağdıç — Tahir
- Korel Kubilay — Baldız
- Saygın Soysal — İmza Karşıtı Genç
- Serkan Keskin — Kahveci
- Akın Anlı — İlhan
- Cüneyt Yalaz — Yüzbaşı
- Suat Oktay Şenocak — Kəndli-1
- Asil Büyüközçelik — Kəndli-2
- Nadir Sarıbacak — Kəndli-3
- Murat Deniz — Kəndli-4