Koryak Dairesi - Wikipedia
Koryak dairəsi (kory. Чав’чываокруг) — Rusiyanın Kamçatka diyarının tərkibinə daxil olan inzibati-ərazi vahidliyi.
Koryak dairəsi | |
---|---|
59°05′ şm. e. 159°56′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 iyul 2007 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Şimaldan Çukot muxtar dairəsi və Maqadan vilayəti ilə sərhətdənir.
İnzibati mərkəzi — Palana yaşayış məntəqəsidir.
Tarixi
redaktə10 dekabr 1930-cu ildə Koryak muxtar dairəsi təşkil edilmişdir.
22 iyul 1934 ildə MİK Kamçatka vilayəti ərazisinə Çukot muxtar dairəsi və Koryk milli dairəsi daxil edilir[3].
Müstəqil federal qurum olduqdan sonra Koryak muxtar dairəsi Uzaqşərq federal dairəsi və Kamçatka vilayəti ərazisinə daxil edilir.
23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi Koryak muxtar dairəsi ilə Kamçatka vilayətlərinin birləşdirilməsi olmuşdur. Əhali səs vermədə bu təşkili qəbul etmişdir.
1 iyul 2007-ci ildə Kamçatka vilayəti və Koryak muxtar dairəsi birləşdirilərək Kamçatka diyarı adlandırılmışdır. Dairənin adından muxtar sözü silinmiş və Koryak dairəsi adlandırılmışdır.
Coğrafiyası
redaktəDairə fiziki baxımdan Kamçatka yarımadasının şimalında yerləşirdi. Ümumilikdə dairə vilayətin ərazisinin 60 % özündə cəmləyirdi. Dairənin ərazisinə materik torpaqlarından başqa Karaqinski adasıda daxil idi. Şərqdən Sakit okeana daxil olan Berinq dənizi ilə yuyulurdu. Dəniz boyu 1500 km sahil zolağına malik olmuşdur. Qərbdən Oxot dənizi ilə əhatələnir.
Dairənin mərkəzi olan Palans qədəbəsi ilə Moskva arasında 12866 km hava məsafəsi vardır.
İqlim
redaktəİqlimi sərtdir, subantartik qurşaqda yerləşir. Sahil zolağı dəniz rütübətli, daxili hissələr isə kontinentaldır. Qışda şaxtalı və qarlı, yayda isə qısa və rütubətli olur. Qışda −24 °S…−26 °S, yayda +12 °S…+14 °S olur. Yağıntının orta illik miqdarı 300 – 700 mm arasında dəyişir.
Ərazisinə dağlıqdır. Burada tundra və meşə tundra ayılmışdır. Ərazisində minlərlə çay və göl vardır
Əsas çayları: Penjina (713 km), Talovka (458 km), Vıvenka (395 km), Paxaça (293 km), Apuka (296 km), Ukelyat (288 km). Göllər: Taloovskoye (44 km²), Palanskoye (28 km²).
Dağ silsilələri: Srednı, Vetveyski, Penjindki, Paxasinski, Olyutorski və s. Hündürlüklər. Xuvxoytun (2613 m), Lednaya (2562 m), Ostraya (2552 m), Şişel (2531 m), Tılele sopka (2234 m).
Qoruqları: Koryak təbiət qoruğu (327 min. ha); təbiət yasaqlıqlar — Karagin adası (193 min. ha), Moroşeçnaya (150 min. ha), Belaya çayı (90 min. ha), Palan gölü (88 min. ha), Kaazarok laqunu (17 min. ha), Utxolok (50 min. ha).
Təbii abidələri: Palan geotermal mənbələr, Anastasii buxtası, Mancur adası, Listvenniçnıy meşəsi və s.
Təbiəti
redaktəFaydalıı qazıntıları: Neft, Qaz, Daş kömür, Dəmir, əlvan metallardan isə Mis, Nikel, Qalay, qiymətli metallardan Qızıl, Plati.
Əhalisi
redaktəDiyar ərazisində 2010-cu il məlumatına olan etnik tərkib: ruslar — 8669 nəf. (46,2 %), koryak — 5676 nəf. (30,3 %), çukçalar — 1327 nəf. (7,1 %), itelmen — 948 nəf. (5,1 %), evenklər — 743 nəf. (4,0 %), ukraynlar — 474 nəf. (2,5 %)[4].
İqtisadiyyat
redaktəƏsas sahələr: Balıqçılıq, Kənd təsərrüfatı, maralçılıq, elektroenergetika, nəqliyyat, turizm və hasilat sənayesi.
İnzibati-ərazi bölgüsü
redaktəRayonları
redaktə- Karaginski rayonu (cənub-şərq)
- Olyotorski rayonu (şimal-şərq)
- Penjinski rayonu (şimal-qərb)
- Tiqilski rayonu (cənub-qərb)
İstinadlar
redaktə- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom8_oktmo.rar.
- ↑ Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2023 года.
- ↑ "О НОВОМ АДМИНИСТРАТИВНОМ ДЕЛЕНИИ ДАЛЬНЕВОСТОЧНОГО КРАЯ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
- ↑ "ТЕРРИТОРИАЛЬНЫЙ ОРГАН ФЕДЕРАЛЬНОЙ СЛУЖБЫ ГОСУДАРСТВЕННОЙ СТАТИСТИКИ ПО Камчатскому краю". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-20.
Mənbə
redaktə- Koryak dairəsi. Tarix, arayış, yaşayış məntəqələri. Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine
- Корякский автономный округ в справочнике-каталоге "Вся Россия" Arxivləşdirilib 2009-06-04 at the Wayback Machine
- Указ Президиума Верховного Совета СССР от 23 января 1956 года "О выделении Камчатской области из состава Хабаровского края в самостоятельную область РСФСР"
- Официальный сайт Думы Корякского автономного округа Arxivləşdirilib 2006-06-26 at the Wayback Machine
- Корякия на сайте Минприроды Arxivləşdirilib 2005-05-05 at the Wayback Machine