Kornuollis Adasi - Wikipedia
Kornuollis (ing. Cornwallis Island, fr. Île Cornwallis) — Kanada Arktik arxipelaqına daxildir. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir.
Kornuollis adası | |
---|---|
ing. Cornwallis Island, fr. Île Cornwallis | |
Ümumi məlumatlar | |
Sahəsi | 6995 km² |
Uzunluğu |
|
Eni | 95 km |
Hündür nöqtəsi | 359 m |
Əhalisi | 229 nəfər (2006-cı il) |
Yerləşməsi | |
74°30′00″ şm. e. 103°05′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAda 6995 km² sahəyə malik olaraq, Adaların dünyada sahəsinə görə sıralamasında 96-cı, Kanadada isə 21-ci yeri tutur. Sahil xətdinin uzunluğu 636 kilometrdir[1].
Barrou boğazı Kornuollis adasını Somerset (ada)sından, Vellinqton boğazı Devon (ada)sından ayırır. Kuin boğazı Baterst (ada)sını Kornuollis adasından ayırır. Bu iki ada arasında çoxlu sayda kiçik adalar vardır.
Adanın maksimal uzunluğu 115 km, eni — 90 km təşkil edir. Lanşaftının böyük hissəsi alçaq düzənliklərdən ibarətdir, cənub-şərqdə alçaq təpələr üstünlük təşkil edir. Ən hündür yeri 350 metrdir[2]. Yeganə yaşayış məntəqəsi — Rezolyut.
Tarixi
redaktəAda 1819-cu ildı Vilyam Parri tərəfindən britaniya admiralı Vilyam Kornuollisin şərəfinə adlandırılıb.
İstinadlar
redaktə- ↑ "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
- ↑ "The Island encyclopedia. Cornwallis Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
Mənbə
redaktə- Cornwallis Island Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine