Kormisos Xan - Wikipedia
Kormisoş_xan - Haqqında Məlumat
Kormisoş xan — (bolq. Кормисош) - Bulqar xanı. 737-754 [1] yaxud 753-756 illərində hökmdarlıq etmişdir.[2] Uokil sülaləsindən idi. Necə hakimiyyətə gəldiyi bilinmir.
Kormisoş xan | |
---|---|
bolq. Кормисош | |
Birinci Bulqar dövlətinin V imperatoru | |
753 – 756 | |
Əvvəlki | Sevar xan |
Sonrakı | Vinek xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VII əsr |
Vəfat tarixi | |
Dini | Tenqriçilik |
Hakimiyyəti
redaktəİmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu.[3] Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi.