Koreya Respublikasi Cografiyasi - Wikipedia
Cənubi Koreya — Şərqi Asiyada, Koreya yarımadasının cənubunda yerləşən dövlət. Müvafiq olaraq yarımadanın qutaracaq hisssində yerləşdirindən təbii ki yalnız bir ölkə ilə sərhədi vardır. Şimaldan ancaq Koreya Xalq Demokratik Respublikası ilə sərhədə malikdir. Onu şimal qonşusunun ərazisində müstəqil dövlətin varlığını tanımır və bölgəni Vahid Koreya Respublikasının ərazusi hesab edir. Bununla belə bu iki dövlət arasında yerləşən sərhəddə silahsız zona elan edilmişdir. Ölkə üç tərəfdən su ilə əhatə olunmuşdur. Onun sahil xəttinin uzunluğu 2 413 km təşkil edir. Qərbdən Sarı dənizi, şərqdən isə Yapon dənizinin suları ilə yuyulur. Cənubdan sahillərini Koreya boğazı və Şərqi Çin dənizi əhatəlir. Ölkə 100 210 km² əraziyə sahibdir. Bunun 290 km² su sahəsinin payına düşür.
Yerləşməsi
redaktəKoreya yarımadası Şərqi Asiyada şimaldan cənuba 1000 km məsafədə uzanır. Yaponiyanın Honşu və Kyuşu (ada) adalarından 200 kilometrlik məsafə ayırır. Çinə məxsus Şandun yarımadası arasında məsafə 190 km-dir. Yarımadanın qərb sahillərini Qərbi Koreya körfəzi yuyur. Koreya yarımadasının ümumi sahil xəttinin uzunluğu isə 8640 km təşkil edir. Yarımada ıtrafında ümumilikdə 3579 ada vardlr ki, onların böyük qismində yaşayış yoxdur.
Yarımadanın şimal sərhəddi həm də Şimali Koreyanın Çin və Rusiya arasında olan sərhəddini təşkil edir. Tumannaya və Yaluszyan çayları təbii sərhədlərdir. Şimali Koreya və Cənubi Koreya arasında baş vermiş Koreya müharibəsindən sonra iki ölkə arasında demilitarizasiya bölgəsi təşkil edilmişdir. Təbii olaraq isə 38-ci paralel sərhəd olaraq götürülmüşdür.
Ölkənin ən böyük adası Çecudo adasıdır. O yarımadanın cənubunda yerləşir sahəsi isə 1825 km²-dir. Digər iri adaları isə Ullındo və Kanxvadodur.
Topqrafiya və su sistemi
redaktəKoreyada olmuş ilk avropalılar onu «güclü fırtınalı dəniz» olaraq adlandırmışdırlar. Belə onun yerləşdiyi ərazinin böyük hissəsini (70 %) dağlar tutur. Ən hündür zirvəsi isə Hallasan dağıdır. Dağ Çecudo adasında yerləşir. Sonmüş vulkan olan zirvənin hündürlüyü 1950 metr təşkil edir.
Yaponiya və Çinin şimal regionuna nisbətdə geoloji baxımdan stabildir. Güclü zəlzələlər müşahidə edilmir. Ancaq Xallasan dağında vulkanik aktivliyin müşahidə edilməsi qeyd edilir.
Uzun əsrlər boyunca koreyalılar yarımadada olan meşələri qırmışlar nəticədə güclü erroziya hadisəsi baş vermişdir. Ancaq bu hadisə XX əsrə qədər davam edir. 1960-cı illərdə ölkədə yeni kompaniya başlayır. Onun sayəsində öklədə meşəliklərin sahəsi böyüyür. Hazırda isə bu bu meşəliklər ölkənin böyük bir hissəsini əhatə edir. Naktonqan çayı ölkənin ən uzun çayıdır. Onun uzunluğu 521 km təşkil edir. Xanqan çayı isə Seul şəhərindən axır. Onun uzunluğu 514 kilometrdir. Kımqan çayının uzunluğu isə 401 km-dir. Əsas çayları şimaldan cənuba axır. Çayların çoxu dayazdır və onlsrın səviyyəsi mövsüm dəyişikliklərindən asılıdır.
İqlimi
redaktəÖlkə ərazisinin böyük hissəsində ilqimi musdondur. Cənubunda və Çecudo adasında iqlimi subtropik mussondur. Asiydan gələn hava kütlələri Sakit okan üzərində formalaşan hava kütlələrinə nisbətdə iqlimə daha çox təsir edir. Qışı günəşli və qurudur. Çecudo adasında isə nisbətn rütubətlidir. Yanvarın orta temperaturu mərkəzdə və qərbdə 0..-4 °С, dağlarda və şimal şərqdə isə −4..-7 °C, şərq və cənub hisdələrdə isə −1..+3 °С hətta +6 °C belə ola bilir. Ölkənin mülayim iqlimin hakim olduğu bölgədə −15..-25 °С, subtropiklərində isə ən minimal temperatur −5..-15 °C olur.
Yayı isti, rütubətli və davamlıdır. Avqust ayının orta temperaturu +24 °С, şərq dahillərində isə +26 °С təşkil edir. Dağlıq ərazilərdə yay sərin keçir. Ölkənin Yapon dənizi və Koreya körfəzi ərazisində tempetatur +23 °С - +27 °С arasında dəyişir [1][2][3]
Payız və yaz insan üçün ən əlverişli dövr heab edilir.
Ölkə ərazisinə il ərzində ortalama 100 sm yağıntı düşür. Quraq illərdə isə bu 75 sm qədər azala bilər. Yağışların intensiv xarakter oldığı dövr iyundan sentyabra qədərdir.
Koreya Filippin, Çin, Tayvan, Yaponiyaya nisbətdə tayfundan daha az ziyan çəkən ölkədir. 1984-cü ilin sentyabrında baş vermiş tayfun zamanı 190 nəfər ölmüş, 200 000 nəfər insan isə evsiz qalmışdır. isə В год над страной проходят от одного до трёх тайфунов, обычно в августе, вызывая наводнения.
Təbii ehtiyyatları
redaktəCənubi Koreyada daş kömür, volfram, qrafit, mobilden və s. çıxarılır.
İstifadə edilən torpaqlar:
əkilən topaqlar:
21 %
otlaq sahələri:
1 %
meşə əraziləri:
65 %
digərləri:
13 % (1993.)
Əkilən topaqlar: 13 350 km² (1993)
İstinadlar
redaktə- ↑ "National Geographic Information Institute". 2016-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "Holocene Vegetation Responses to East Asian Monsoonal Changes in South Korea". 2016-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
- ↑ "ЕСИМО". 2016-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.