Korsirmat - Wikipedia
Şir Məhəmməd bəy Qazi (özb. Shermuhammadbek Gʻoziy) rusdilli mənbələrdə Kurşirmat (özb. Koʻrshermat) ləqəbi altında qeyd olunur — Basmaçı hərəkatının üzvü, mühacir olaraq, 1923-cü ildən bəri Abver ilə işləyən Union qurumun başçısı idi.
Korşirmat | |
---|---|
Şir Məhəmməd bəy Qazi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fərqanə vilayəti, Qarbaba |
Vəfat tarixi | |
Vəfat yeri | Türkiyə, Adana |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1918 — 1921 |
Döyüşlər | |
Əlaqələri | Ənvər Paşa, Abver |
Həyatı
redaktəŞir Məhəmməd bəyin babası, Abdurəhim bəy Kokand xanlığının son xanlardan biri olan Xudoyar xanın bəyi və bir müddət onun vəziri idi. Xanlığın ləğv olunmasından sonra, o Mərğilanın Qumarıq qışlağında qalırdı. Şir Məhəmməd bəyin atası, Quşaqboy xoca Qumarığın əmini idi. O, 1915-ci ildə İstanbulda, həccdən qayıdarkən dünyasını dəyişib. Şir Məhəmməd özü cavanlığında mirab idi, yəni arxlardaki suyu idarə edirdi.[1] O, uşaqlığında və ya cavanlığında bir göz xəstəliyi yaşadığına görə həmişə günəş eynəkləri taxırdı. Buna görə ona Korşirmat ləqəbi verilib. Doğma qışlağında qrammatikanı öyrənib, sonra Mərğilandaki mədrəsədə təhsilini davam edirdi. Təsdiqlənməmiş məlumata görə, Şir Məhəmməd 1916-cı ilin üsyanıda iştrak edirdi.[2]
Şir Məhəmməd bəyin oğlu Davron bəyin və qohumu Ənvər bəyin sözlərinə görə, Şir Məhəmməd vətəndaş müharibəsindən öncə Türkistanı tərk etmirdi və Rusiya türməsində yatmırdı. Halbuki, başqırd türkoloq Zəki Vəlidi onlarla razı deyil.[3] Özbək mühacir Əbdulhəmid Köçərin Adanada yazdığı xatirələri də Şir Məhəmmədin inqlabdan sonra rus türmədən buraxaldığını təsdiq edir.[4]
Qohumlarının sözlərinə görə, 1917-ci ilinin yayında Taşlaqın yaxınlarında baş verən etiraz aksiyası zamanı, Şir Məhəmməd bəy polislərin tərəfindən döyülən soydaşına yardım edərək, polisi vuru, onu atdan yıxdı, sonra isə onu ölənə qədər döydü. Şir Məhəmmədlə onun qardaşları və dostları gizlənməyə məcburiyyətində qaldılar. Sonra isə, o, tərəfdarları ilə Sobelyevdə silahlanmaq üçün türməyə hücum törədiblər.[1]
Şir Məhəmməd bəy özbək ilə türkmən basmaçıların qurbaşısı olaraq, basmaçılığı siyasi güc səviyyəsinə çatdıra, Sovet hökuməti ilə mübarizəsində böyük nailiyyətlərə nail olmağa və 1920-ci ildə Kabilin rəsmi yardımı əldə edə başarıb.[5]
İstinadlar
redaktə- ↑ 1 2 "Мавлон Шукурзода, Гули Юлдашева. Курбаши Шермухаммадбек - по воспоминаниям его родных". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
- ↑ "'Шермухаммад-бек m // Сайт Кокшетау Азия". 2019-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
- ↑ Валиди З. Т. Воспоминания. Борьба народов Туркестана и других восточных мусульман-тюрков за национальное бытие и сохранение культуры // Уфа, «Китаб», 1998. Цит. по: [1] Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine
- ↑ "Бахтияр Шахназаров. Узбеки Турции (часть III). «Басмачи» или участники национально-освободительного движения?". 2019-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-22.
- ↑ "Пылёв А. И. Басмачество в Средней Азии: этнополитический срез (взгляд из XXI века), c. 228". 2019-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-30.