Konya Ataturk Stadionu - Wikipedia
Konya_Atatürk_stadionu - Haqqında Məlumat
Konya Atatürk stadionu — 1950-ci ildə Konyada açılan çox məqsədli köhnə bir stadiondur. Konyasporun keçmiş stadionudur. Hal-hazırda 22.456 tamaşaçı tutumuna malikdir. 2005-ci ildə stadionda işlər aparılmış, və nəticədə stadionun hamısı kreslo ilə təmin olunmuşdur[1]. Balıqəsir stadionu ilə bərabər Türkiyədə velosiped pisti olan 2 stadiondan biridir.
Konya Atatürk stadionu | |
---|---|
Tam adı | Konya Atatürk Stadionu |
Yeri | Konya, Türkiyə |
Təməli qoyulub | 1950 |
Yenidən qurulma tarixi | 2005 |
Bağlanma tarixi | 2014 |
Sökülmə tarixi | 2018 |
Sahibi | Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi |
Tamaşaçı tutumu | 22.456 |
Ev sahibi komanda | Konyaspor |
Meydançanın ölçüləri | 105×68 m |
Ot örtüyü | Təbii çəmən |
7 may 2014 tarixində Türkiyə kuboku finalı 2014-də ev sahibliyi etdi. Qalatasaray ilə Əskişəhərspor qarşılaşmasında Qalatasaray qalib olmuşdur. Beləcə Qalatasaray kuboku 15-ci dəfə öz muzeyinə apardı.
Atatürk stadionunda son oyun 11 may 2014-cü ildə olub. Bu oyun Kayserispor və Konyaspor arasında olmuşdur. Konyaspor oyunlarını Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda oynayır[2].
İstinadlar
redaktə- ↑ Ajansspor.net haberi[ölü keçid]
- ↑ "Konya 64 yıllık stada veda etti!". 2014-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.