Konrad Cuze - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse; 22 iyun 1910[2][3][…] – 18 dekabr 1995[4][2][…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri.
Konrad Tsuze | |
---|---|
alm. Konrad Zuse[1] | |
Doğum adı | Konrad Ernst Otto Zuse |
Doğum tarixi | 22 iyun 1910[2][3][…] |
Vəfat tarixi | 18 dekabr 1995[4][2][…] (85 yaşında) |
Elm sahəsi | informatika |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktə1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır.
Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir.
Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı. Maşında verilənləri daxil etmək, yaddaş, idarə etmək və xaric etmək üçün ayrıca proqramlar nəzərdə tutulmuşdur. Çusenin maşını hesablama əməliyyatlarını sırf düal məntiq əsasında yerinə yetirirdi. Burada "inkar etmək", "və", "yaxud" kimi əməliyyatların da aparılması mümkün idi. Sonra Tsuze öz hesablama maşınında telefon relelərindən istifadə edərək Z2-ni düzəldir.
Alman ixtiraçısı, proqramla işləyən ilk rəqəmli Z1 kompüterinin müəllifi Konrad Zus (Konrad Zuse) tərəfindən yaradılan Z1, Z2 və Z3 kompüterləri 1944-cü ildə Berlinin bombalanması zamanı məhv olur. Bir müddət sonra hazırlanma işləri tam başa çatmamış Z4 kompüteri daha təhükəsiz yerə aparılır. Məhz bu kompüter üçün Zus dünyada ilk yuxarı səviyyəli proqramlaşdırma dili hesab edilən Plankalkül dilini yaratmışdır.
Tsuze apardığı təkmilləşdirmələrdən sonra 1941-ci ildə yeni keyfiyyətdə işləyən Z3 maşınını nümayiş etdirir. Bu qurğu artıq proqramlaşdırıla bilən hesablama maşınının bütün vacib elementlərinə malik idi. Bununla Tsuze dünyada ilk dəfə olaraq, bu gün bizə məlum olan EHM ilə eyni konseptə malik olan, tam elektrik cərəyanı ilə işləyən elementlərlə təchiz olunmuş maşını düzəltmiş olur. Bu maşın 2600 reledən ibarət idi. Yaddaş hər biri 22 bitə malik 64 ədəddən ibarət idi. Verilənlər tastatura vasitəsilə daxil edilirdi. Maşın taktla işləyirdi. Bu takt saniyədə təxminən 5 dəfə fırlanan baraban tərəfindən yerinə yetirilirdi. Maşını dörd hesablama əməliyyatı üçün tətbiq etmək mümkün idi. Tsuze, maşınlarının planlı inkişafı sayəsində 1945-ci ildə dördüncü nəsil elektron hesablama maşını -Z4 yaradılır və bu maşın 1960-cı ilə qədər tətbiq olunur.
İstinadlar
redaktə- ↑ 1 2 3 Weiss E. Konrad Zuse Obituary (ing.). // IEEE Annals of the History of Computing IEEE, 1996. Vol. 18, Iss. 2. P. 3. ISSN 1058-6180; 1934-1547 doi:10.1109/MAHC.1996.489747
- ↑ 1 2 3 4 5 6 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
- ↑ 1 2 Konrad Zuse // filmportal.de. 2005.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 https://softech.informatik.uni-kl.de/homepage/teaching/ProseminarWS0506/Materialien/Zuse_Ausarbeitung.pdf. S. 3.
Mənbə
redaktə- Konrad Zuse: Der Vater des Computers. / Jürgen Alex, Hermann Flessner, Wilhelm Mons u. a. — Parzeller, 2000. — 264 S. ISBN 3-7900-0317-4, KNO-NR: 08 90 94 10
- Die Rechenmaschinen von Konrad Zuse / Hrsg. v. Raul Rojas. — Berlin: Springer, 1998. — VII, 221 S. ISBN 3-540-63461-4, KNO-NR: 07 36 04 31
- Der Computer mein Leben. / Konrad Zuse.
- Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output; Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред. В. М. Курочкина — Москва : Мир, 1989. — 240 с., ил. ISBN 5-03-001147-1.
- Язык компьютера = Understanding computers : Software : Computer Languages; Пер. с англ. С. Е. Морковина и В. М. Ходукина; Под ред. и с пред. В. М. Курочкина — Москва : Мир, 1989. — 240 с., ил. ISBN 5-03-001148-X.
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.
- Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.