Komputer Soxulcani - Wikipedia
Soxulcan proqramlar və ya Kompüter soxulcanları (Worms) — virus proqramlarının növlərindən biri. Soxulcan proqram digər viruslardan fərqli olaraq müstəqil proqramdır. Bu proqram virus proqramı kimi öz-özünə çoxalır və lokal və qlobal şəbəkələrdə yayılaraq bir kompüterdən digərinə köçürülür.
2009-cu ilin yanvar ayında "Conficker" adlı şəbəkə soxulcanı Microsoft Windows əməliyyat sistemi ilə işləyən 15 milyon şəxsi kompüteri zədələmişdir.
Virus-soxulcanlar bir neçə katerqoriyaya bölmək olar:
- Poçt "soxulcanları" (email-worms),
- IM-Worm – internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar,
- IRC-Worm(IRC-kanal "soxulcanları"),
- P2P-Worm (faylmübadilə şəbəkələrinin virusları),
- Net-Worm (digər şəbəkə "soxulcanları") kimi qruplaşdırılan soxulcan viruslar mövcuddur.[1]
Poçt "soxulcanları"
redaktəPoçt "soxulcanları"-email-worm- bu növ virus-soxulcanaları bir qayda olaraq elektron poçt vasirtəsi ilə yayılır. Bu zaman virus oz kodunu elektron məktuba əlavə kimi yaxud hansısa şəbəkə resursuna muraciət formasında yayır. Birinci halda virus məktubu açarkənç ikinci halda şəbəkə resursunda yerləşən faylı açarkən aktivləşir.
IM-Worm
redaktəIM-Worm — internet-peydjerlər vasitəsilə yayılan soxulcanlar- belə viruslar peydjerlərin (MSN, İCQ və sair) kontak siyahısındakı ünvünları əldə etmək və bu ünvanlara yoluxmuş məktublar yollamaqla çoxalırlar.