Kommertsbank Tauer - Wikipedia
Kommertsbank Tauer (rus. Коммерцбанк-Тауэр) — Frankfurt-Maynda yerləşən göydələn.
rus. Коммерцбанк-Тауэр | |
---|---|
Commerzbank Tower | |
50°06′40″ şm. e. 8°40′27″ ş. u.HGYO |
|
Yeri |
Almaniya Frankfurt-Mayn |
Tikilmə tarixi | 1994-1997 |
Status | tikili |
Hündürlüyü | |
Antena / Şpil | 300 m |
Dam | 259 m |
Texniki göstəriciləri | |
Mərtəbə sayı | 65 |
Daxili sahəsi | 109200 m2 |
Lift sayı | 25 |
Memar | Norman Foster |
Vikianbarda əlaqəli mediafayllar |
1997-ci ildə 300 metr yüksəkliyində ucaldılan göydələn, dövrünə görə Avropanın ən yüksək binası hesab edilidi.
1991-ci ilin iyun ayında qəbul edilmiş layihəyə əsasən, bina 65 mərtəbə, ümumi sahəsi 120 000 m² və ümumi həcmi isə 538 000 m³-dir.
Binanın damı asimmetrikdir. Döşəmə sahəsi 1700 m²dir. Damda 40-a qədər insan üçün kiçik bir müşahidə salonu var. Yanacaq liftindən yalnız xüsusi icazə ilə əldə etmək mümkündür. Binada 1600 kq-lıq yük qabiliyyəti olan 16 lift var. Hər bir bölmənin kənar görünüşü olan iki şüşə lift var.
Demək olar ki, bütün xarici divarlar şüşə ilə hazırlanıb. İkili fasad kondisioner sisteminə təmiz hava verir. Bina ekoloji standartlar və enerji qənaət tələbləri nəzərə alınmaqla tikilmişdir.
Tikilinin alt mərtəbəsində, təhlükəsizlik xidmətləri və texniki xidmətlər vardır.
Binanın aşağı hissəsində 1060 m² ərazidə müxtəlif tədbirlər üçün istifadə edilən "Plaza" kompleksi mövcuddur. Binanın sahibi "Commerzbank"-dır.[1]
Qalereya
redaktə-
Kommertsbank Tauer gecə görünüşü
-
Gece
-
Əsas qüllənin üst hissəsi
-
Dəmir Körpüsündən görüntü
-
Küçə səviyyəsinin görünüşü
-
Kaiserplatzdan
-
Cənubi görünüşü
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Commerzbank tower tours". 2015-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-20.
Xarici keçidlər
redaktə- Vikianbarda Kommertsbank Tauer ilə əlaqəli mediafayllar var.
- Коммерцбанк-Тауэр на thehighrisepages Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine
- Статья из журнала «Умная» архитектура (alm.)