Kolumbiya Liberal Partiyasi - Wikipedia
Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar.
Sədri | Sesar Qaviria |
---|---|
Lideri | Rafael Pardo |
Quruluş tarixi | 1848 |
Baş qərargah | |
İdeologiya | Liberalizm, Sosial Demokratiya, Sosial Liberalizm, COPPPAL[1] |
Üzvlüyü | |
Saytı | www.partidoliberal.org.co |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktəPartiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi. Bu Kolumbiya tarixində ilk dəfə olaraq Demokratlardan seçilir. Liberalların nümayyəndəsi Rafael Pardo 2010-cu il prezident seçkilərində 638,302 (4,38%) səs topluyaraq altıncı olur. 2010-cu il parlament seçkilərində Deputatlar palatasına 1,856,068 (19,3%) səslə 166 yerdən 37-nə sahib olurlar. Senata isə 102 yerdən 17-si məhz bu partiyaya mənsub olur.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ COPPPAL.org: Países y partidos miembros Arxivləşdirilib 2016-10-23 at the Wayback Machine (isp.)