Kobani - Wikipedia
Kobani (kürd. Kobanî/Kobanê, ərəb. كوباني, klass. süry. ܟܘܒܐܢܝ), rəsmi olaraq Eyn ül-Ərəb (ərəb. عين العرب) — Suriyanın Hələb mühafəzəsində şəhər, Eyn ül-Ərəb rayonunun inzibati mərkəzi. Şəhər Suriyanın Türkiyə ilə olan sərhədi üzərində yerləşir. Suriyada vətəndaş müharibəsinin bir nəticəsi olaraq, şəhər 2012-ci ildən bəri Xalq Qoruma Dəstələrinin (YPG) nəzarəti altına düşmüşdür.
Kobani | |
---|---|
عين العرب Kobanî | |
36°53′27″ şm. e. 38°21′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1915 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 520 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | C1946 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayında qədər İraq Şam İslam Dövlətinin blokadası altında idi. Şəhərin əksər hissəsi məhv edilmiş, şəhər əhalisinin əksəriyyəti Türkiyəyə qaçmışdır.[1] Onların çoxu 2015-ci ildə geri qayıtmış və şəhərdə yenidənqurma işlərinə start verilmişdir.
Suriyada vətəndaş müharibəsindən əvvəl Kobani şəhərinin əhalisi 45.000 nəfərə yaxın idi.[2] Şəhər əhalisinin əksəriyyətini kürdlər təşkil edirdi, ancaq şəhərdə ərəb, Suriya türkmanı və erməni icmaları da yaşayırdı.[3]
Etimologiya
redaktəKobani (kürd. كوباني) sözünün mənası ilkin olaraq, kompaniya demək idi. Bu ad 1911-ci ildə Konya–Bağdad dəmiryolunu inşa edən[4][5][6][7][8] Almaniyanın bir dəmiryol şirkətina bir istinad idi.[9][10]
Kobani şərqdəki Ərəb Pınar və qərbdəki Mürşidpınar (türk. Mürşitpınar) kəndləri arasında tikilmişdi. Şərqdə yerləşən Ərəb Pınar (türk. Arap Pınar, hərfi t. Ərəb bulağı) və Kobaninin ərəb dilindəki adı Ayn əl-Ərəb ərəb. (عين العرب) bunun tərcüməsidir. Buradakı "bulaq" sözü kəndin şərqindən axan çaya bir istinaddır. Ərəb köçəri tayfaları yay fəslində öz qoyun sürülərini bura gətirərdi. Bu kənd 1960-cı illərdə qurumuş kiçik bir gölün cənubunda yerləşirdi. Mürşidpınar adı bu günə kimi qərbdə yerləşən kənd və Türkiyədə yerləşən dəmiryol stansiyası üçün istifadə edilir.[11]
Bu iki kəndin hər ikisi də hal-hazırda Kobaninin bir parçasıdır. Eyn ül-Ərəb adı Suriya hökuməti tərəfindən ilk dəfə 1980-ci illərdə təqdim edilmişdir ki, bu da hökumətin geniş ərəbləşdirmə siyasətinin bir hissəsi idi.[4][5][12]
İstinadlar
redaktə- ↑ "Syrian Kurds 'drive Islamic State out of Kobane'". BBC News. 26 January 2015. 26 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2015.
- ↑ "General Census of Population and Housing 2004: Ain al Arab nahiyah". cbssyr.sy (ərəb). Suriya Mərkəzi Statistika Bürösu. October 31, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 16, 2019.[ölü keçid]
- ↑ "The Second Report: Ayn al-Arab/Kobani, Etana Billetin-First issue". Etana Files. 1 December 2013. 28 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 April 2014.
- ↑ 1 2 Other sources that refer to this subject include Nedal Yousef, 'Interview with Hussein Amin Hussein about [his book] 'Ayn al-Arab – One Hundred Years "حسين أمين حسين"…يتحدث عن مدينة "عين العرب" في مئة عام.. (esyria.sy) Arxivləşdirilib 2018-08-17 at the Wayback Machine 9 April 2009. Hussein Ali Hussein, "Ayn Al-Arab over a century" (عين العرب في مئة عام), Dar Al-Aqsa, Damascus (2007); the book is a history of the town compiled for its centennial from accounts in living memory (notably from one Mohamed Abdi, who according to Hussein died in 1998 aged 118, as well as "other centenarians from the region").
- ↑ 1 2 Patrick Cockburn, Isis in Kobani: Turkey's act of abandonment may mark an 'irrevocable breach' with Kurds across the region Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine Independent 7 October 2014.
- ↑ Kheder Khaddour, Kevin Mazur, The Struggle for Syria's Regions (MER269) Arxivləşdirilib 2015-07-14 at the Wayback Machine "State policy Arabized this town's name in the 1980s to ‘Ayn al-‘Arab, meaning the "spring of the Arabs." The running joke among residents is that the town has neither Arabs nor a spring."
- ↑ Tastekin, Fehim. "Erdogan plays 'Arab card' in Kobani". Al-Monitor. 28 October 2014. 30 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2019.
- ↑ Movsesian, Mark. "Kobani, Then and Now". First Things. 27 October 2014. 1 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2019.
- ↑ Sociéte Impériale du Chemin de fer de Bagdad, founded on 13 April 1903 with 40% ownership of Deutsche Bank, 30% Banque Impériale Ottomane, 10% Anatolische Eisenbahn-Gesellschaft, 7,5% Wiener Bankverein, 7,5% Schweizerische Kreditanstalt, 5% Banca Commerciale Italiana.
- ↑ "Explained: Kobane or Ayn al-Arab?". Daily News. 28 August 2014. 19 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2015.
- ↑ The district of Kobanî comprises about 170 villages: Gérard Chaliand, A People Without a Country: The Kurds and Kurdistan, 1993, p. 195. name of the station: Office International de Renseignements sur les Sauterelles de Damas, 1930, p. 43.
- ↑ Kheder Khaddour, Kevin Mazur, The Struggle for Syria's Regions (MER269) Arxivləşdirilib 2015-07-14 at the Wayback Machine "State policy Arabized this town's name in the 1980s to ‘Ayn al-‘Arab, meaning the "spring of the Arabs." The running joke among residents is that the town has neither Arabs nor a spring."
Xarici keçidlər
redaktə- "Documentary "Radio Kobani"". — IMDb saytında. (ing.)
- "Recommendations for reconstructing Kobani". — kobani.net saytında. (ing.)