Klod Simon - Wikipedia
Klod Ejen Anri Simon (fr. Claude Simon; 10 oktyabr 1913[1][2][…], Antananarivu[1] – 6 iyul 2005[1][2][…], Paris[1]) — fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1985).
Klod Simon | |
---|---|
fr. Claude Simon[1] | |
Doğum adı | Claude Eugène Henri Simon[1] |
Doğum tarixi | 10 oktyabr 1913[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 2005[1][2][…] (91 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, romançı |
Əsərlərinin dili | fransız dili |
İstiqamət | Yeni roman |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFransız yazıçısı Klod Ejen Anri Simon Madaqaskar adasında doğulmuşdu. Atası Lui Antuan Simon fransız müstəmləkə qüvvələrinin zabiti idi. Birinci Dünya müharibəsinin ilk günlərində cəbhədə həlak olmuşdu. Klod əvvəlcə anası Süzanna Simonla birlikdə Fransa-İspaniya sərhəddindəki kiçik Perpinyan şəhərində yaşamışdı. Lakin 10 yaşında anasını da itirdiyindən qohumlarının himayəsinə keçməli olmuşdu. Ədəbiyyatla, rəssamlıq və foto sənəti ilə yaxından maraqlanırdı. 1934-1935-ci illərdə o, Fransa ordusunda xidmət etmişdi. Ordudakı xidmətini başa vurandan sonra SSRİ-yə səfəri dünyagörüşündə müəyyən dəyişikliklərə yol açmışdı. 1937-ci ildə respublikaçıların tərəfində vuruşmaq üçün İspaniyaya gedən könüllülərə qoşulması da məhz bu təsirlə bağlı idi. Lakin o, bir müddətdən sonra seçiminin yanlış olduğunu anlamış və respublikaçılardan uzaqlaşmışdı.
İkinci Dünya müharibəsi başlananda Klod Simon Fransa ordusu sıralarına qayıtmışdı. Draqun polkunun zabiti kimi cəbhədə vuruşmuşdu. 1940-cl ilin mayında Paris uğrundakı döyüşlərdə təsadüf nəticəsində sağ qalsa da, əsirlikdən qurtara bilməmişdi. Faşistlər onu əvvəlcə Saksoniya, sonra isə Fransadakı hərbi əsir düşərgəsində saxlamışdılar. Bir təsadüf nəticəsində əsirlikdən qaça bilmişdi. Mübarizəsini Fransa Müqavimət hərəkatının sıralarında davam etdirmişdi.
Yaradıcılığa müharibədən əvvəl başlasa da, "Fırıldaqçı" adlı ilk romanı 1945-ci ildə çap olunmuşdu. Əsər haqqındakı rəylər kifayət qədər ziddiyyətli idi. Ədəbi tənqidin fikrincə, Klod Simonun "Gərilmiş ip" (1947), "Qulliver" (1952), "Külək" (1957) avtobioqrafik romanlarında Uilyam Folkner, Marsel Prust, Cozef Konrad, Fyodr Dostoyevski kimi klassik sənətkarların təsiri duyulurdu. Gənclik dostu olan fransız rəssamı Raul Dyufinin "Çəkməli olduğun şəkil üçün çəkdiyin şəkli qurban verməyi bacar!" — məsləhəti Klod Simonun yaradıcılıq axtarışları üçün həmişə aktual olmuşdu.
Mütərəqqi fransız yazıçılarının əksəriyyəti kimi Klod Simon da müstəmləkəçiliyə barışmaz mövqeyi ilə tanınırdı. 1960-cı ildə o da Fransanın bir çox intellektualları ilə birlikdə Əlcəzair xalqına azadlıq verilməsini tələb edən "121-lər Bəyannaməsi"ni imzalamışdı.
Müharibə Klod Simonun yaradıcılığının davamlı mövzularından biri idi. Nüfuzlu "Ekspress" jurnalının mükafatını alan "Flandriya yolları" (1961) romanının qəhrəmanı Corc da müəllifin özü kimi Paris döyüşlərinin iştirakçısıdır. Lakin Simon onun şücaətlərindən daha çox müharibə ilə bağlı fikirlərinə diqqət yetirmişdi. Mediçi mükafatı ilə qeyd olunan "Tarix" (1967) romanında yazıçı, əksinə sözlə batal səhnələr yaratmağı üstün tutmuşdu. "Farsal yaxınlığında döyüş" (1969) romanında isə müharibənin ab-havasını vermək üçün müəllif dil və üslub üzərində bir sıra maraqlı eksperimentlər aparmaqdan özünü saxlaya bilməmişdi.
Bədii mətnin get-gedə mürəkkəbləşməsi, kompozisiya eksperimentləri və şifrələnmiş obrazların yaradılması yazıçının erotik istiqaməti ilə seçilən "Triptix" (1973) romanında özünü göstərmişdir. Klod Simonun bir neçə il sonra çap etdirdiyi "Georgika" romanı (1981) isə əvvəlki ədəbi eksperimentlərdən uzaqlaşaraq yenidən fransız ədəbiyyatı ənənələrinə qayıdışla səciyyəvi idi.
1985-ci ildə daha çox "seçilmişlərin" və "mütəxəssislərin" yazıçısı sayılan Klod Simon "insanın təsvirində zaman amilinin rolunun dərindən dərk edilməsinə, habelə yaradıcılığında poetika və rəngkarlığın üzvi şəkildə birləşdirilməsinə görə" Fransa ədəbiyyatına növbəti Nobel qazandırmışdı. Nobel mühazirəsində yazıçı özünün ədəbiyyata fərqli baxışının mahiyyətini açıqlayaraq qələm dostlarını "sübuta yetirməyə deyil, göstərməyə, uydurmağa deyil, yaratmağa, ifadə etməyə deyil, açmağa, kəşf etməyə" çağırırdı.
"Hər şey avtobioqrafikdir, hətta təxəyyül də!" — deyən müəllif 80-ci illərin ikinci yarısından sonra çap etdirdiyi "Dəvət" (1987), "Akasiya" (1989), "Tramvay" (2001) kitablarında da özünün sənət prinsiplərinə sadiq qalmağa çalışmışdı.
Əsərləri
redaktə- Le Tricheur (Fırıldaqçı) 1946
- La Corde Raide (İp) 1947
- Gulliver 1952
- Le Sacre du printemps (Bahar ayini) 1954
- Le vent: Tentative de restitution d 'un rétable baroque (The Wind: Attempted Restoration of a Baroque Altarpiece) 1957
- L'Herbe (Ot) 1958
- La Route des Flandres (Flanders yolu) 1960
- Le Palace (Saray) 1962
- La Separation (Ayrılma) 1963; pyes, Ot romanından adaptasiya olunmuş
- Femmes, sur 23 peintures de Joan Miró (Qadınlar, Con Mironun 23 şəkli) 1966; yeni nəşr, La Chevelure de Bérénice (Berenisin saçı) 1984
- Histoire (Hekayə) 1967
- La Bataille de Pharsale (Farsal savaşı) 1969
- Orion aveugle: Essai (Kor Oryon: İnşa) 1970
- Les Corps conducteurs (Conducting Bodies) 1971
- Triptyque (3 hissəli əsər) 1973
- Leçon de choses (Əşyalarda dərs) 1975
- Les Géorgiques (The Georgics) 1981
- L'Invitation (Dəvət) 1987
- L'Acacia (Akasiya) 1989
- Le jardin des plantes (Bitkilərin bağı) 1997
- Le tramway (Tramvay) 2001
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Claude Simon // Encyclopædia Britannica (ing.).
- ↑ Find a Grave (ing.). 1996.
Mənbə
redaktə- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.