Klinqon Dili - Wikipedia
Klinqon dili (kli. tlhIngan Hol) – "Ulduz yolu" kainatında uydurma xalq klinqonlar tərəfindən danışılar uydurma və süni dil. Klinqon dili üçün 25 hərfdən ibarət əlifbadan istifadə olunur. Rəqəmlər üçün də ayrı işarələr var.[1]
"Ulduz yolu"nun orijinal seriyasında klinqonlar insanlardan fərqli görünmürdülər və mədəniyyətləri kifayət qədər aydınlaşdırılmamışdı. Daha sonrakı serial və filmlərdə klinqonlar inkişaf etdirildi. Klinqon mədəniyyəti, tarixi, incəsənəti, mətbəxi, dini və dili ortaya çıxarıldı.[1]
Tarixi
redaktə1980-ci illərin ortalarında Ulduz yolu prodüserləri film üçün vulkanca dialoq yazdırmağa peşəkar dilçi axtararkən təsadüfən Paramount büfetindən dostu ilə nahar edən Mark Okrandla qarşılaşırlar. Mark Okrand onların təklifi qəbul edib layihəyə qoşulur. Okrand növbəti film üçün klinqon dialoqu yazmağa çağırılanda Okrand dil üzərində ciddi şəkildə işləməyə qərar verir və zəngin söz ehtiyatına və mürəkkəb qrammatika malik klinqon dilini inkişaf etdirir. 1985-ci ildə o, içərisində 250.000 söz olan klinqon lüğəti nəşr etdirir. 1992-ci ildə "Klinqonca söhbətlər" adlı səs lentləri buraxmışdır.[2]
1992-ci ildə Klinqon Dil İnstitutu (KDİ) yaradılmışdır. Klinqon dili Ulduz yolu serial və filmlərində tez-tez istifadə olunsa da, ən çox "Ulduz yolu: Kəşf" serialında istifadə olunmuşdur.[1]
Qrammatika
redaktəKlinqon dili klinqon mədəniyyətini özündə əks etdirir. Klinqon dili qulağa melodik gələn dil deyil. Klinqonlar çox kobud xalq olduqlarından dillərində "salam" mənasında söz yoxdur. Əvvəzinə "nuqqeH" sözündən istifadə edirlər, amma bu sözün əsl mənası "nə istəyirsən?"dir. Bu dilin mərkəzində klinqon mədəniyyəti, kosmos və müharibə vardır.[1]
Klinqon dilindəki sözlərin sayı 250.000-dən çoxdur və söz ehtiyatına görə ən böyük süni dillərdən biridir. Sadəcə söz ehtiyatına görə deyil, qrammatik olaraq da inkişaf etmiş dildir. Orta Dünyada istifadə olunan Elf dillərindən daha dəqiq qaydalara malikdir. Klinqon dilində mübtəda cümlənin sonunda gəlir. Cümlə quruluşu əsasən tamamlıq + xəbər + mübtəda şəklindədir. Cümlədə ədat varsa, tamamlığın qabağına gəlir, amma zərf varsa, ədatın belə başına keçib, cümlənin ən başında durur.[1]
Klinqon dilində passiv fellər və sifətlər yoxdur. Təsriflənməyən fellər sifət kimi istifadə olunur və dəyişdirdikləri isimdən sonra gəlirlər. Sual cümlələrində cümlənin üzvləri yer dəyişdirə bilməz.[1]
Populyar mədəniyyətdə
redaktəVikipediyanın keçmiş loqosunun yuxarı sağ küncündə klinqon əlifbasından işarə var idi. 2010-cu ildə bu işarə başqası ilə əvəz olunmuşdur.[3] 2004-cü ilin iyununda klinqon dilində Vikipediya bölməsi açılmış, lakin 2005-ci ilin avqustunda bağlanmışdır.[4][5] Klinqon dilində Vikilüğət isə 2008-ci ildə bağlanmışdır. Google Searh[6] və Minecraft üçün klinqon dili üçün nizamlamalar mövcuddur.[7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Fantastik Dünyaların Fantastik Dilleri". Kayıp Rıhtım (türkcə). 7 yanvar 2018. 2019-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2019.
- ↑ "En Son Keşfedilen Uzaylı Dili: Klingonca". Bilimkurgu Kulübü (türkcə). 6 noyabr 2015. 8 yanvar 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ Polo, Susana. "Wikipedia Takes the Klingon Out of Its Logo". The Mary Sue. May 15, 2010. September 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2018.
- ↑ Vibber, Brion. "[Wikipedia-l] Klingon Wikipedia locked". August 7, 2005. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2018.
- ↑ "tlhIngan Hol". January 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2018.
- ↑ "Google". February 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2018.
- ↑ "Language". Minecraft Wiki. March 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2018.