Kleyn Susesi - Wikipedia
Kleyn_şüşəsi - Haqqında Məlumat
Kleyn şüşəsi (alm. Kleinsche Flasche) – birağızlı, təküzlü şüşə. İlk dəfə 1882-ci ildə alman riyaziyyatçı Feliks Kleyn tərəfindən tərifi verilmiş və onun şərəfinə adlandırılmışdır. Kleyn şüşəsinin belə formada olmasının səbəbi qapalı səth olmasıdır. Buna görə də Kleyn şüşəsinin daxili səthi olmayıb, sadəcə xarici səthə malikdir. Birağızlı olduğu üçün içinə tökülən hər hansı maye yenə eyni açıqlıqdan töküləcəkdir.[1]
Möbius lenti üçölçülü şəkildə göstərilə bildiyi halda, Kleyn şüşəsi dördölçülü şəkildə göstərilir.[1]
Kleyn şüşəsinə baxarkən ona dördölçülü fəzada olan bir cismin üçölçülü fəzadakı əksi kimi baxmaq lazımdır. Yəni Kleyn şüşəsi dördölçülü fəzada mövcuddur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Möbius Şeridi – Klein Şişesi ve Matematiksel İllüzyon". Matematiksel (türkcə). 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
Xarici keçidlər
redaktəVikianbarda Kleyn şüşəsi ilə əlaqəli mediafayllar var.