Kleopatra Iynesi - Wikipedia
Kleopatra iynəsi (ing. Cleopatra's Needle) — Londonun, Viktoriya sahilində iki Sfinksin əhatəsində olan Qədim Misir obeliski. 18 metr uzunluğunda 186 ton çəkili qranitdən monolitdir. Britaniyalılar tərəfindən 1877-ci ildə İsgəndəriyədən gətirilib.
Kleopatra iynəsi | |
---|---|
Cleopatra's Needle | |
51°30′30″ şm. e. 0°07′13″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Şəhər | London |
Yerləşir | Vestminster borosu |
Tikilmə tarixi | E. ə. II minilliyin ortaları |
Üslubu | Qədim Misir memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
E. ə. II minilliyin ortalarında Asuan daşkarxanalarında yonulmuşdur. Obeliskin üzərində faraon III Tutmosun (sonradan II Ramzes və VII Kleopatranın adları əlavə edilmişdir) simvolu yonulmuşdur. E. ə. təxminən 1475-ci ildə Nilin aşağısı ilə Geliopola gətirilmişdir. Təxminən roma imperatoru Oktavian Avqust zamanında obelisk İsgəndəriyyəyə gətrilmiş və əsrlər boyu burada qalmışdır. XIX əsrin əvvəlində abidə baxımsız qalmış və quma batmışdır.
Misir hakimi Məhəmməd Əli tərəfindən eqiptomaniyanın ən qızğın çağında, 1819-cu ildə vitse admiral Nelsonun Əbukir dəniz döyüşündə və general Eberkrombinin 1801-ci il İsgəndəriyyə qələbəsini qeyd etmək üçün britaniyalılara hədiyyə edilmişdir. 1877-ci ildək, cərrah Erazmus Vilsonun şəxsi hesabından obeliskin Böyük Britaniyanın paytaxtına aparılması üçün pul ayırana qədər, İsgəndəriyyədə qalmışdır.
Obeliski dəmir silindirin içinə saldılar və xüsusi konstruksiya olunmuş "Kleopatra" gəmisinə yükləyib, 1877-ci ilin sentyabrında paroxodla yedək götürdülər. Biskay Körfəzində üzən zaman gəmi tufana düşür və 6 dənizçi həlak olur. 1878-ci il yanvarın 21-də obelisk Londona çatır. İlkin planda onun Britaniya parlamentinin sarayı önündə qoymaq planlaşdırılırdı. 1878-ci il 12 sentyabrda onu Viktoriya sahilində qoydular[1]. Ətrafında tuncdan tökülmüş və üzü obeliskə tərəf olan Sfinks heykəlləri yerləşdirilir.
İstinadlar
redaktə- ↑ Christopher Hibbert, Ben Weinreb, John Keay, Julia Keay. "The London Encyclopaedia (3rd Edition)" (ingilis). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral, 2015.