Klaypeda - Wikipedia
Klаypedа (lit. ⓘ, keçmiş alman Memel, alm. Memel) — Litvada şəhər.
Klaypeda | |
---|---|
Klaipėda | |
55°42′45″ şm. e. 21°08′06″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1252 |
İlk məlumat | 1252 |
Sahəsi | 98 km² |
Mərkəzin hündürlüyü | 21 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 160 361 nəfər (2012) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +370 846 |
Poçt indeksi | LT-91001 |
Digər | |
klaipeda.lt | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəŞəhərin adının haradan əmələ gəlməsi məlum deyil. Ehtimal olunur ki, köhnə ad – "Memel" Alman ordeni tərəfindən yerli tayfalardan götürülüb, onlar Nyamunas çayının aşağı axarını belə adlandırırdı. Xalq etimologiyasına görə isə şəhərin adı "klampi pėda" ("özlü iz") söz birləşməsindən yaranıb. Bəzi linqvistlər ehtimal edir ki, şəhərin ad şəxsləndirilmiş mənşəlidir, lakin bu hələ sübut olunmayıb.
Tarixi
redaktəArxeoloji tədqiqatlar Baltların bu yerdə bizim eranın artıq birinci əsrlərində yaşadığını təsdiq edir. Klaypeda Litvanın ən qədim şəhəridir, onun Memelburq adı ilk dəfə 1252-ci ildə, Klaypeda isə – 1413-cü ildə Vitautasın məktubunda çəkilir.
Şəhərin rəsmi günü, Klaypedanın ad günü – avqustun biridir. Ona görə hər il iyulun sonunda Dəniz günü təşkil olunur. Klaypeda şəhərinin ürəyi teatr meydanı, bayramlar, konsertlər, görüşlər yeri, klaypedlilərin xüsusilə sevdiyi yerdir. Onlar dənizi, balığı və müxtəlif səbəblərlə və ya səbəbsiz yaradılan və tikilən heykəltaraşlıq əsərlərini sevir.
Müstəqillik bərpa olunana qədər Klaypeda Litvanın ən iri sənaye mərkəzlərindən biri olub, indi isə – mühüm iqtisadi zonasıdır. Maraqlısı odur ki, hazırda şəhər ən çox şəhərin bayramlarında gələn qonaqların hesabına qazanır: Dəniz bayramı, Qəsr caz festivalı liman şəhərinə 25 milyon litə qədər gəlir gətirir.
Yeni şəhərdən qərbə doğru ticarət limanı yerləşir. Klaypeda – tacirlər şəhəridir. 1889-cu ildə tacirlər Birja körpüsü yanında meteoroloji kolonna adlanan orijinal məlumat sütunu qoymuşdu. Bu beş metrdən artıq hündürlüyü, damı və küləklər qızılgülü olan dördbucaqlı sütun idi. Yuxarısında şəbəkəli külək istiqamətinin göstəricisi fırlanırdı. Sütuna mexaniki saat, barometr, termometr, kontrol metri quraşdırılmış, günəş və ayın batması və çıxması və s. barədə məlumatlar yazılmışdı. Lakin insanları sütuna hər yarım dəqiqədən bir iyirmi reklam şəkli dəyişən avtomat cəlb edirdi. Kolonna XX əsrin əvvəlində birjanın rekonstruksiyası zamanı söküldü. Şəhərin 750 illik yubileyinə sütunu yenidən tikdilər, ancaq daha kiçik ölçülərdə, lakin o eyni funksiyaları yerinə yetirir.
Müstəqillik bərpa olunana qədər Klaypedada əsas sənaye sahəsi yeyinti sənayesi idi, ikinci yerdə – yüngül sənaye dururdu. Bütün SSRİ üçün məhsul istehsal edən və digər respublikalardan gələn xammal təchizatından asılı olan müəssisələr yaradılmışdı. Klaypedada həmişə gəmiçilik üstünlük təşkil edirdi.
İkinci Dünya müharibəsi zamanı Klaypedanın köhnə şəhərlərinin hamısının 60 faizindən çoxu və bütün kostyollar dağıdılmışdı. Keçən əsrin birinci yarısında şəhərdə faxverklər – çoxmərtəbəli anbar binaları geniş yayılmışdı. Didjeyyi vandens küçəsi və Bazar meydanı arasında Klaypedada baş vermiş 1854-cü ilin böyük yanğınından və daha sonrakı dağılmalardan yaxa qurtarmış faxverk tikililərinin bir qrupu günümüzə qədər qalıb. İkinci Dünya müharibəsindən sonra XX əsrin yeddinci onilliyində qalmış mədəni irsə qayğı göstərilməyə başlanıb. 1963-cü ildə Klaypedanın köhnə şəhəri urbanistika abidəsi elan edilib. On ildən sonra köhnə şəhərin 70-dən çox binasının bərpası başlandı. İndi Klaypedada 4 kostyol və 3 pravoslav kilsəsi var. XVIII əsrin faxverk anbarlarının ayrıca qrupunu damları əyilmiş anbarlar təşkil edir. Bu anbarlarda rəssamlar evi qurulub. Burada təchiz edilmiş emalatxanalarda ziyarətçilər Qərbi Litvanın sənətkarlarının məmulatları ilə tanış olub, özləri nə isə yaratmağa cəhd edə bilər.
Klaypedanın qonaqlarını Litva Dəniz Muzeyi, saat muzeyi, Kiçik Litvanın tarixi muzeyi, fəaliyyət göstərən dramatik və musiqili teatr gözləyir.
Litvanın adının çəkilməsinin minilliyi "Meridian" yanında şəhər bağçasında qoyulmuş at çaparaq gedən atlının heykəli ilə əbədiləşdirilib. Atlı – Böyük Vitautasdır. Qranit şar üzərində olan tunc fiquru dörd metr hündürlüyündə olan kolonna saxlayır. Bu işin müəllifləri heykəltaraş R. Midvikis və memar V. Mazurkyaviçusdur. Heykəl şəhər vətənpərvərlərinin hesabına qoyulub.
Coğrafiyası
redaktəKlaypeda böyüklüyünə görə Litvanın üçüncü şəhəri, eləcə də əsası Baltik dənizi və Kurş körfəzi arasında olan boğazda qoyulmuş yeganə limanıdır.
Şəhərdən üç çay: Akmyana və ya Dane, Smeltale və Kretaynis keçir, amma təkcə Kurş körfəzinə tökülən Dane çayı şəhəri iki yerə bölür. Sol sahildə Köhnə şəhərdir, sağ sahildə isə – Yeni (Nauyamestis). 2006-cı ildə Triniçyay parkında qoyulmuş Y.Malinauskasın "Çiçəklənmə" abidəsi Klaypedanın coğrafi mərkəzi deməkdir. On ildən sonra artan şəhərin yeni coğrafi mərkəzini tapmaq və onu başqa bir heykəltaraşlıq əsəri ilə qeyd etmək planlaşdırılır.
Tilto və Turqaus küçələrinin kəsişməsini K.Pudimasın heykəltaraşlıq əsəri – poçt qutusu bəzəyir. İstəyən hər bir kəs burada öz ideya, təklif və arzuları yazılmış məktubları qoya bilər. Klaypedalılar Klaypeda poçtunun mərkəzi binası ilə əsaslı olaraq fəxr edir. Bina üç tikili: mansardaları olan ikimərtəbəli bina – poçtun idarəsidir və iki birmərtəbəli bina – tövlə və karet dayanacağı olan anbar. Ansamblda neoqotik tərz üstünlük təşkil edir.
Köhnə şəhərdən qərbə doğru körfəzin sahilinin dar xətti üzrə Smelte uzanır. Burada balıq limanı və bir biri ilə əlaqəli sənaye müəssisələri, eləcə də tərsanə yerləşir.
İdman
redaktəFutbol
redaktə- Atlantas FK futbol klubu.
Əhalisi
redaktə1941-ci ildə Klaypedanın 41188 sakini olub. 1945-ci ildə ruslar limanı zəbt edib, şəhərdə altı nəfər həlak olub: iki Belarus hərbi əsiri, iş üçün gətirilmiş iki polyak memar və iki yaşlı litvalı qadın. Klaypedanın 40 minə yaxın sakini Almaniyaya geri çəkilib.
2009-cu ilin məlumatlarına görə Klaypedanın 183,5 min əhalisi var. Onlardan 71 faizi Litvalılar, 21 faizi – ruslar təşkil edir. Digər milli azlıqlar 2 faizə qədərdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 ArchINFORM (alm.). 1994.