Klarens Anqlin - Wikipedia
Klarens Anqlin (11 may 1931, Donalsonville[d], Corciya) — Amerikanın ən yaxşı qorunan və ən bədnam cinayətkarlarının yerləşdiyi Alkatrazda yatmış, heç kimin qaça bilməyəcəyi Alkatrazdan Frenk Morris və qardaşı Con Anqlinlə birlikdə qaçmağı bacaran bir məhbus.[1] Ölümünün dəqiq tarixi məlum deyil, onun 1962-ci il iyunun 11-nə keçən gecə qaçarkən boğularaq öldüyü güman edilir. Lakin boğulduğuna dair heç bir fakt aşkar edilməyib.[2]
Klarens Anqlin | |
---|---|
ing. Clarence Anglin | |
Doğum tarixi | |
Doğum yeri | |
Yoxa çıxıb |
|
Vəfat səbəbi | Bilinmir |
Vətəndaşlığı | |
Fəaliyyəti | cinayətkar |
Cinayət cəzası | 35 il |
Cinayət statusu | Qaçaq, itkin |
Valideynlər |
|
Alkatraz
redaktəSan-Fransisko körfəzində sahildən 2,4 km aralıda 9 hektar əraziyə yayılmış Alkatraz adası ABŞ-nin ən məşhur həbsxanalarından biri olmaq xüsusiyyətinə malikdir.
Əvvəllər ispanlar tərəfindən idarə olunan ada "La Isla de los Alcatraces" (Qutanlar adası) adlanırdı. 1848-ci ildə ABŞ idarəetməsinə keçən ada San-Fransiskonun müdafiəsi üçün bir müddət hərbi məqsədlər üçün istifadə edilib. 1868-ci ildə inşa edilən yerli üsyançıların liderlərin tutulduğu həbsxana, Alkatraz adasının gələcək rolunu da müəyyən edəcəkdi. Əlavə binalarla böyüyən həbsxana 1934-cü il yanvarın 1-də federal həbsxanaya çevrildi. İntizamı möhkəm saxlamaq üçün yeni məhkumlar qəbul edilmir, başqa həbsxanalardan təhlükəli məhkumlar bura köçürülürdü. 1934-cü ilin iyununda müxtəlif yerlərdən 196 məhbus və məhkum bu tutulmaz adaya köçürüldü.
Alkatraz adası bir çox məşhur cinayətkarlara "ev sahibliyi edib". Bunlardan bəziləri: Al Kapone, Dok Barker, "pulemyot" Corc Kelli, Robert Franklin Stroud, "quş adam" və ya Alkatraz quşçusu kimi tanınan Floyd Hamilton, Bonnie və Klayd ikilisinin sürücüsü Alvin Karpis idi.
Məhkumların adlarının rəqəmlərlə çəkildiyi Alkatrazda çox sadə ilkin ehtiyaclardan başqa heç bir imtiyaz yox idi. Həbsxananın kitabxanasından istifadə etmək üçün belə ən azı beş il problem yaratmayan məhbus olmaq tələb olunur. Həddindən artıq axıntı ilə əhatə olunmuş adadan qaçmağın çox çətin olduğu həbsxana şəraiti əsir düşərgələrini xatırladırdı. Sığınacaq, yemək, geyim və tibbi yardımdan başqa heç nə verilmirdi. Məhkumların əksəriyyəti kameralarında sutkada 23 saat vaxt keçirirdilər. Ancaq fürsət düşəndə, təmizlikçi kimi bir saatlıq çölə çıxa bilirdilər. Əsas binanın qapı-pəncərələri barmaqlıqlı idi. Burada və gözətçi qülləsində silahlı mühafizəçilər var idi. Ada soyuq körfəz suları və çoxlu köpək balığı ilə əhatə olunmuşdu.[3]
Alkatrazdan qaçış
redaktəKlarens Anqlin qardaşı Con Anqlinlə birlikdə Alkatraza göndərilmişdi. Alkatrasa çatan kimi qardaşlar qaçmağın yollarını axtarmağa başladılar və Frenk Morrislə əməkdaşlıq etmək qərarına gəldilər. Frank Morrisin çox ağıllı olduğu deyilirdi, ona görə də onlar adətən Morrisin dediklərini etməklə qaçmağa çalışırdılar.[4] Mühafizəçilər daim keşik çəkərkən və vaxtaşırı saymaqla, gündüzlər Alkatrazdan qaçmaq mümkün deyildi.[5] Gecə qaçmaq məcburiyyətində idilər, çünki mühafizəçilər gecələr keşik çəkir, hesabat aparmırdılar. Ancaq qaçdıqdan sonra dərhal diqqət çəkməmək üçün bir yol tapmalı idilər,[6] buna görə də özləri üçün bir maneken düzəltmək fikrinə gəldilər. Jurnal və kitablardan düzəltdikləri manekenləri daha inandırıcı etmək üçün bərbərdən aldıqları saçlar ilə birləşdirib, qaçacaqları gecə çarpayılarına qoydular. Kameradan çıxmaq üçün kameradan çıxan havalandırma kanalını deşərək jurnal və kitablardan düzəltdikləri divarın eynisini kanala saldılar. Mühafizəçilər divarın çuxur olduğunu heç vaxt bilmədilər.
Kameradan çıxandan sonra damın altındakı dəmir barmaqlıqları söktülər. Bunu gecələr etdikləri üçün çox diqqətli və səssiz idilər. Dəmir barmaqlıqları kəsdikdən sonra dama çatdılar. Alkatraz qurudan 2,4 km aralıda olduğundan onların üzərək keçməsi mümkün deyildi. Komanda 50-yə yaxın yağış paltarından istifadə edərək özləri üçün qayıq düzəltməyə qərar verdilər və bir daha Alkatraza geri qayıtmamaq üzərə 11 iyun 1962-ci il gecəsi qaçdılar.[7]
Populyar mədəniyyətdə yeri
redaktəCek Tibeau 1979-cu ildə çəkilmiş Alkatrazdan qaçış filmində Klarens Anqlin rolunu canlandırıb.
İstinadlar
redaktə- ↑ "Alcatraz escape still surprises, 50 years on". bbc.com (ingilis). 10 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2015.
- ↑ "Frank Morris and the Anglin Brothers". unsolvedmysteries.wikia.com (ingilis). 3 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2015.
- ↑ [[[:en:Alcatraz Island]] "Arxivlənmiş kopya"] (#bad_url). wikipedia.org (ingilis). 3 iyul 2015 tarixində Island%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 23 iyun 2015.
- ↑ "Alcatraz Escape – June 11, 1962". alcatrazhistory.com (ingilis). 5 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2015.
- ↑ "Who Was Frank Morris? He Escaped Alcatraz". ghostsofdc.org (ingilis). 3 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2015.
- ↑ "Rome man claims he had role in escape from Alcatraz". 11alive.com (ingilis). 20 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2015.
- ↑ "Frank Morris: Born in D.C., Escaped From Alcatraz". huffingtonpost.com (ingilis). 3 iyul 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2023.