Kitabi Dede Qorqud Basat Ve Tepegoz Film 2003 - Wikipedia
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz — Arif Məhərrəmovun filmi.[2]
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz | |
---|---|
Fayl:Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003).jpg | |
Janr | macəra |
Rejissor | Arif Məhərrəmov |
Ssenari müəllifi | Arif Məhərrəmov |
Bəstəkar | Arif Məlikov |
Rəssam | Arif Məhərrəmov |
İstehsalçı | Azanfilm[1] |
İlk baxış tarixi | 2003 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 17 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2003 |
Texniki məlumatlar | 3 hissə |
Rəng | rəngli |
Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib.[3]
Məzmun
redaktəKöç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.
Film haqqında
redaktəFilmin titrləri: ...Qədim zamanlarda Oğuz elində Dədə Qorqud adlı bir ozan vardı. Tanrı onun könlünə ilham vermişdi. Qeybdən dürüst xəbərlər söylərdi. Nə desəydi çin olardı. Dədə Qorqud belə söylərmiş: Əcəl vaxtı çatmayınca kimsə ölməz. El oğlunu bəsləməklə oğul olmaz. Böyüyəndə atıb gedər, gördüm deməz. Əski pambıq bez olmaz. Əski düşmən dost olmaz.
Film 3 hissədən ibarətdir.
Səhvlər
redaktə- Orfoqrafik: Titrlərdə "Basatın iğidliyi" yazılmışdır. Doğrusu "...igidliyi" olmalıdır.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Arif Məhərrəmov
- Ssenari müəllifi: Arif Məhərrəmov
- Bəstəkar: Arif Məlikov
- Quruluşçu rəssam: Arif Məhərrəmov
- Səs operatoru: Roman Məmmədov
- Kompüter mühəndisi: Konstantin Qavriş
- Rəssam: Yelena Qolubeva
- Cizgi rəssamı: Rauf Dadaşov, Firəngiz Quliyeva, Aleksandra Şirinova, Arifə Hatəmi
- Rejissor assistenti: Toğra Ağabəyova, Zəkiyyə Mahmudova
- Rəssam assistenti: Əli Əliyev, Samirə İsmayılova
- Fazaçı rəssam: Lalə Məmmədova, Tamilla Əsgərova
- Rəngləmə: Samirə İsmayılova, Hüseyn Cavid İsmayılov
- Fonlar üzrə rəssam: Arif Əlioğlu
- Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi)
- Musiqi redaktor: Rauf Əliyev
- İnzibatçı: İlqar Musayev (II)
- Mühasib: Nərminə Mehdiyeva
- Filmin direktoru: Heydər Dadaşov
Filmi səsləndirənlər
redaktə- Yaşar Nuri — Təpəgöz
- Rasim Balayev — Dədə Qorqud
- Elxan Cəfərov — Basat
- Ramiz Əzizbəyli — Aruz
- Əliqulu Səmədov — aşpaz
- Fərhad İsrafilov — çoban
- Nuriyyə Əhmədova — çobanın arvadı
- Şəfəq Əliyeva
- Firuzə Yusubova
Sponsor
redaktəÇəkilişə köməklik edən qurumlar
redaktə- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi
- MARS Oversis Baku Ltd. (MARS Overseas Baku Ltd.)
- "Orxan Eloğlu" Şirkəti
- "Qorqud Holdinq" Şirkəti (Gorgud Holding)
- "MİR" Dövlətlərarası Teleradio Şirkəti
- "Azərbaycanfilm" Kinostudiyası
Sitatlar
redaktə- Dədə Qorqud: Bala, niyə bu camaata zülm eləyirsən?
- Təpəgöz: Dədə, gündə bir adam nədi ki?
- Dədə Qorqud: Sən lap qudurmusan, Təpəgöz! Elin qarğışı tutacaq o tək gözünü
- Təpəgöz: Doymuram bir adamdan.
Tənqid
redaktəAzərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: Qəhrəmanlar o qədər qeyri-təbii hərəkət edirlər. Hətta ABŞ istehsalı olan dəhşətli cizgi filmlərindən daha dəhşətlidir, baxmaq olmur.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Milli animasiya filmlərimizin əsas problemi nədir?". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
- ↑ "ƏMƏKDAR RƏSSAM ARİF MƏHƏRRƏMOV VƏFAT EDİB". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
- ↑ "Vətənpərvərlik mövzusunda animasiya filmlərinin çəkilişi "daşa dirənib"…". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
- ↑ "Azərbaycan cizgi filmlərinin çoxu niyə maraqsızdır? (Debat)". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.