Kitabsunasliq Ve Redaktor Seneti Jurnal - Wikipedia
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal.[1] [2][3]
Kitabşünaslıq və redaktor sənəti (jurnal) | |
---|---|
| |
Baş redaktor | Knyaz Aslan |
Növ | elmi-nəzəri və təcrübi-metodik jurnal |
Dövrilik | yarımillik |
Təsisçi | Knyaz Aslan |
İlk buraxılışı | 2015-ci il |
Ölkə | Azərbaycan |
Qərargah | Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, 2 saylı tədris korpusu, 508-ci otaq, «Kitabşünaslıq və nəşriyyat işi» kafedrası, AZ 1148 |
Dil | Azərbaycan dili, Ingilis dili, Rus dili |
ISSN | (Print)2617-6939 |
Jurnalın yaranma tarixi
redaktə«Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur.[1]
Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur.[4]
Jurnalda dərc olunan mövzular
redaktə• Nəşriyyat işinin əsasları;
• Mətnşünaslıq;
• Ədəbiyyatşünaslıq;
• Jurnalistikanın nəzəri və təcrübi məsələləri;
• Mətbuat və kitab tarixi;
• Sənəd-informasiya təminatı.[5]
Redaksiya heyəti
redaktə- Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan);
- Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan);
- Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya);
- Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan);
- Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan);
- Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
- Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə);
- Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna);
- Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan);
- Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan);
- İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
- Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
- Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə);
- Eldəniz Məmmədov[6][7] - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).[5][8]
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "Arxivlənmiş surət". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ https://web.archive.org/web/20191118153707/http://libinfo.bsu.edu.az/az/content/ktabnasliq_v_redaktor_snt_elmnzr_v_tcrbmetodk_jurnal
- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2021-10-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-18.
- ↑ "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
- ↑ "Arxivlənmiş surət". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ "Arxivlənmiş surət". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.