Kitabul Vudu - Wikipedia
Kitabül-vüdu — Seyid Yəhya Bakuviyə məxsus əsər.
Kitabül-vüdu |
---|
Bu əsərdə dəstəmazın təsəvvüfi mənası verilmişdir. Dəstəmazın cismani və ruhani olmaq üzrə iki qism olması, ruhani mənasının Allahdan başqa hər şeydən ayrılmaq mənasına gəldiyi, bunu üçün də kamil bir şeyxə tabe olmağın gərəliyi bildirilir. Əsərdə dəstəmazda yuyulan əl, ayaq, üz və baş kimi dörd üzvün nəfsin əmmarə, ləvvamə, mülhəmə və mütmainnə kimi dörd halına işarə olası fikri ifadə olunmuşdur. Bundan başqa əsərdə yuyulması vacib olan yeddi üzvün də nəfsin yeddi mərtəbəsinə işarə olduğu açıqlanır, təsəvvüfdə şeyxə bağlanmağın vacibliyi təkrar edilir və şeyxi olmayanın şeyxinin şeytan olduğu bildirilir.
Ərəb dilində olan bu əsər Seyid Yəhyanın fars dilində digər əsəri Əsrarül-vüdu ilə səsləşsə də, məzmunu demək olar ki, tamamilə fərqlidir. Əsərin Atatürk Kitablığında olan yeganə nüsxəsi Camalül Xəlvəti adına qeyd olunmuş, ancaq əvvəlində Seyid Yəhya Şirvaniyə aid olduğu qeyd edilmişdir. Əsərdə "Qalə əş-şeyx" ifadəsinin tez-tez işləndiyini nəzərə alsaq, Camalül Xəlvəti tərəfindən ərəb dilindən tərcümə edildiyi ehtimal oluna bilər. Əsər 1199/1785-ci ildə İbrahim ibn Hüseyin tərəfindən köçürülmüşdür. Hal-hazırda İstanbul Atatürk Kitablığı, Osman Ergin, 1683 nömrədə qorunur.