Kirov Adalari - Wikipedia
Kirov adaları və ya Sergey Kirov adaları (rus. Oстрова Кирова, rus. Aрхипелаг Сергея Кирова) — Qara dənizdə yerləşən kiçik adalardan ibarət olan arxipelaqdır. Bu adalar Kerova adaları kimi də tanınır. Kiçik adalardan ibarət olan bu arxipelaq tundra bitkiləri ilə zəngindir. Kirov adaları Qara dənizdə, Sibir sahillərindən təxminən 140 km məsafədə yerləşmişdir.
Kirov adaları | |
---|---|
rus. Oстрова Кирова | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
77°36′ şm. e. 91°55′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu arxipelaq İosif Stalinin Siyasi Bürosunun üzvü olan Sergey Kirovun şərəfinə adlandırılmışdır. Ən böyük adası olan İsaçenko adasının sahəsi 168 km²-dir. Bu ada öz adını rus mikrobioloqu və botaniki olan Boris İsaçenkodan almışdır. İsaçenko adasında bir sınaq stansiyası da yerləşmişdir.
İsaçenko və Slozni adaları arasında Aerosyomki adlanan dar boğaz yerləşmişdir. Bu adalar qrupu Rusiyanın Krasnoyarsk diyarının ərazisinə daxildir. Arxipelaq Sankt-Peterburq yaxınlığındakı Baltik dənizi ərazisinə daxil olan Kirov adaları ilə səhv salınmamalıdır.
Xarici keçidlər
redaktə- Location Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine
- Nature Reserve Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine