Kirman Selcuqileri - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirmanşahlar adlanırdı.
Tarixi dövlət | |||
Kirman səlcuqiləri | |||
---|---|---|---|
fars. سلجوقیان کرمان | |||
|
|||
|
|||
Paytaxt |
Kirman Ciruft Bəm |
Tarixi
redaktəDövlətin əsasları Çağrı bəyin oğlu Qavurd bəyin 1048-ci ildə bölgəni ələ keçirməsi ilə qoyulmuşdu. Bölgə Büveyhi əmirlərinin canişini olan Bəhram ibn Ləşkəristan tərəfindən idarə olunurdu. Səlcuqların işğalından sonra əmisi Toğrul bəyin adına xütbə oxutduran Qavurd bəy Kirman hakimi kimi təsdiqlənmişdi.
Alp Arslan 1072-ci ildə hakimiyyəti oğlu Məlikşaha vəsiyyət edib vəfat edəndə Qavurd bəy bu vəziyyətə razı olmayıb Kirmanda üsyana başlamışdı. Üsyan uğursuz nəticələnsə də Qavurdun davamçıları hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər.
Dövlət II Məhəmmədin Oğuz sərkərdəsi Məlik Dinara məğlub olmasından sonra dağılmış və Kirman Oğuz dövləti tərəfindən əvəz olunmuşdur.
Ərazisi
redaktəDövlətin ərazisi Kirman və Sistan kimi vilayətlərdən əlavə müasir BƏƏ və Oman bölgələrindən də ibarət idi.
Hökmdarları
redaktəMənbələr
redaktə- Sədrəddin Hüseyni - Zəbda əl Təvarix
- Əbu Həmid Kirmanı - Səlcuqiyan və Ğuz dər Kirman