Kirman Beynelxalq Hava Limani - Wikipedia
Əvvəllər Kirman Beynəlxalq Hava Limanı olaraq tanınan Ayətullah Haşimi Rəfsəncani adına Beynəlxalq Hava Limanı (IATA: KER, ICAO: OIKK) İranın Kirman ostanında yerləşən hava limanıdır. Hava limanı ticarət, ümumi aviasiya və hərbi təlim məqsədləri üçün istifadə olunur. Hava limanında uçuşlara 1970-ci ildən başlanmışdır.
Kirman Beynəlxalq Hava Limanı | |
---|---|
30°16′28″ şm. e. 56°57′04″ ş. u.HGYO |
|
IATA: KER – ICAO: OIKK | |
Ölkə | |
Açılış tarixi | 1956[1] |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
10 iyun 2017-ci il tarixində hava limanının adı Kirmanda doğulub böyüyən keçmiş İran prezidenti Ayətullah Əkbər Haşimi Rəfsəncaninin şərəfinə dəyişdirilərək bugünkü adını almışdır.
Mahan Air uçuş heyətinin simulyator mərkəzi və kabin heyətinin təlim mərkəzi Kirman Beynəlxalq Hava limanında yerləşir. Həmçinin Mahan Air-in ticarət pilotlarının təlimi məqsədilə istifadə etdiyi kadet pilot proqramının keçirildiyi Bootia-Mahan Aviasiya Kollecinin əsas mərkəzidir.