Kirill Qaburic - Wikipedia
Kirill Qaburiç (rum. Chiril Gaburici; 23 noyabr 1976, Loqaneștı[d], Hinçesti rayonu[d]) — Moldovanın baş naziri; "Azercell" şirkətinin keçmiş rəhbəri.[1]
Kirill Qaburiç | |
---|---|
rum. Chiril Gaburici | |
18 fevral 2015 – indiyə kimi | |
Prezident | Nikolae Timofti |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 noyabr 1976 (48 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | sahibkar, siyasətçi, iqtisadçı |
Uşağı | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin — "Moldcell" şirkətinin baş direktoru[2] vəzifəsindən sonra, 2012-ci ildə Azərbaycanda "Azercell" şirkətinin rəhbəri vəzifəsinə təyin olunub.[1] 2014-cü ilin dekabrında "Teliasonera Group" şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək bu vəzifədən gedib.[1]
2015-ci il fevralın 14-də Moldova prezidenti Nikolae Timofti tərəfindən Kirill Qaburiçin Moldovanın baş nazir postuna namizədliyi irəli sürülmüşdür.[1] Parlamentin 18 fevral tarixində keçirilmiş iclasında onun namizədliyini 60 deputat dəstəkləmişdir ki, nəticədə Kirill Qaburiç baş nazir vəzifəsinə təsdiq edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Azercell"in eks-rəhbəri baş nazir oldu- Moldovada Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine. qafqazinfo.az, 18.02.2015 (az.)
- ↑ Azercell Telecomun yeni prezidenti Kirill Qaburiç sentyabrda işə başlayır Arxivləşdirilib 2012-07-21 at the Wayback Machine. xeber.azeri.net, 14.07.2012 (az.)