Kirena - Wikipedia
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir.
Kirena | |
---|---|
Κυρήνη | |
32°49′ şm. e. 21°51′ ş. u.HGYO | |
Yer | Şaxxat, Əl-Cəbəl əl-Əxdar, Kirenaika, Liviya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
İnşaatçı | I Battusun başçılığı altındakı Santorini kolonistləri |
Əsası qoyulub | E.ə 631 |
Tərk edilib | Eramızın IV əsri |
Mədəniyyətlər | Arxaika və Roma İmperiyası |
Yer qeydləri | |
Rəsmi adı: Archaeological Site of Cyrene | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii, vi |
Region | Ərəb dövlətləri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi.
Tarix
redaktəHeredota əsasən şəhərin salınması
redaktəAesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Uzun illər keçdi, lakin məsləhət yerinə yetirilmədi. Tira dəhşətli bir quraqlıq keçirdi və bütün məhsullar və ağaclar tələf oldu. Yenidən Delfiyə qayıtdılar və Pifiyanın bir neçə il əvvəl söylədiklərini xatırlatdılar, lakin bu dəfə o xüsusi olaraq Kirenaika torpağında bir qəsəbə tapdığını söylədi.
Liviyaya necə getməyi bilmədiklərindən, Kritə elçi göndərdilər ki, onları Liviyaya aparacaq birini tapsınlar. Elçilər Korobius adlı bir bənövşəyi boya taciri tapdılar. O, bir dəfə Liviya ərazisindən Plateya adasına səyahət etmişdi.[1] Qrinus və Korobius Plateaya üz tutdular. Təyin etdikləri yerə çatdıqda aylıq təchizat qoyaraq Korobiusdan ayrıldılar və Qrinus yeni qurulan koloniyanın yerləşməsi üçün adam toplamağa görə Tiraya qayıtdı. Koloniyada iki il məskunlaşdıqdan sonra az uğur qazandılar və məsləhət almaq üçün Pifiyanın yanına qayıtdılar. Pifiya Liviya ərazisindən keçmək əvəzinə birbaşa Liviya ölkəsinə köçmək tövsiyəsini təkrarladı. Beləliklə onlar Aziris adlı bir yerə köçdülər. Altı il orada məskunlaşdılar və liviyalılar Aziris qəsəbəsini ziyarət edərək xalqı daha daxili ərazilərə getməyə inandırmağa müvəffəq oldular. Onlar liviyalıların tşviqi ilə köçərək indiki Kirenə yerləşdilər. Yunanlarım qəsəbəyə gəlməsi və genişlənməsi ilə Liviyalılar Kiren ətrafındakı bir çox torpaqlarını itirdilər.[2]
Yunan dövrü
redaktəYunan ənənəsinə görə Kirena e.ə. 631-ci ildə I Battus tərəfindən idarə olunan[3] Tira adasından köçən yunanların məskunlaşması ilə qurulmuşdur.
Şəhərin qurulmasına dair ənənəvi təfərrüatlar Herodotun Tarixlər əsərində yer alır. Kirena dərhal Liviyanın baş şəhərinə çevrilmiş və eramızdan əvvəl V əsrdə öz padşahlıqları altında çiçəklənmə zirvəsinə çatmışdır. Şəhər bütün Yunan şəhərləri ilə ticarət əlaqələri qurmuşdu. Bura eramızdan əvvəl 460-cı ildən bir müddət sonra bir respublika oldu. Eramızdan əvvəl 413-cü ildə Peloponnes müharibəsi zamanı Kirena Sparta qüvvələrini iki triyera və pilotla təmin etmişdi. Makedoniyalı İsgəndərin vəfatından sonra (e.ə. 323), Kirena respublikası Ptolemey sülaləsinə tabe oldu.
Şəhəri I Ptolemeyin adı ilə şəhəri işğal edən general Ofellas, Ptolemeyin kürəkəni Kirenalı Maqas ərazinin qubernatorluğunu aldığı zaman, ölümünə qədər şəhəri demək olar ki, müstəqil şəkildə idarə etdi. Eramızdan əvvəl 276-cı ildə Maqas özünü padşah elan etdi və de-fakto müstəqillik elan etdi. O Selevkilər imperatorunun qızı ilə evləndi və Ptolomeylər Krallığını işğal etmək üçün onunla ittifaq qurdu.
İşğal uğursuz oldu və e.ə. 250-ci ildə Maqasın ölümündən sonra şəhər Ptolemey Misirində yenidən quruldu. Kirenaika İsgəndəriyyədən idarə olunan Ptolemeylər imperiyasının bir hissəsi oldu və Ptolemey Apion Kirenaikanı Romaya vəsiyyət etdikdən sonra, e.ə. 96-da Roma ərazisinə çevrildi. Eramızdan əvvəl 74-cü ildə ərazi rəsmi olaraq Roma əyalətinə çevrildi.
Roma dövrü
redaktəEramızdan əvvəl 74-cü ildə Kirena bir Roma əyalətinə çevrildi. Ptolemeylərin hakimiyyəti altında yəhudi sakinləri bərabər hüquqlara sahib olduqları halda, indiki muxtar və daha çox yunan əhalisi tərəfindən getdikcə daha çox təzyiqə məruz qaldıqlarını iddia etdilər. Vespasianın (73-cü il, Birinci Yəhudi-Roma Döyüşü) və xüsusilə Trayanın (e.ə. 117, Kitos müharibəsi) dövründə Kirena yəhudilərinin üsyanında gərginlik baş qaldırdı. Üsyanlar çox sayda mülki şəxs yəhudi üsyançıları tərəfindən vəhşicəsinə qətlə yetirildikdən sonra Markis Turbo tərəfindən yatırıldı.[4] Qeysəriyyəli Yevseviyə görə, yəhudi üsyanı Liviyanı o qədər boşaltmışdı ki, bir neçə il sonra imperator Adrian tərəfindən məskunlaşmanın davamlılığını təmin etmək üçün orada yeni koloniyalar qurulmalı idi.
Plutarx "De mulierum virtutibus" ("Qadınların Fəzilətləri haqqında") adlı əsərində Kirenanın zülmkarı Nikokratların e.ə. 50-ci ildə Kirenalı həyat yoldaşı Aretafila tərəfindən necə qovulduğunu təsvir edir.[5]
Məşhur "Kirena Venerası", orjinal yunan versiyasının Yunanbir Roma nüsxəsi olan tanrıça Veneranın başsız mərmər heykəli,1913-cü ildə İtalyan əsgərləri tərəfindən tapıldı. Onlar heykəli 2008-ci ildə Liviyaya qaytarılana qədər qaldığı Romaya nəql etdilər.[6] Kirenada kapitan Robert Murdoç Smit və komandiri Edvin A. Porçer tərəfindən XIX əsrin ortalarında çox sayda Roma heykəlləri və kitabələri aşakr edilmişdir və onları indi Britaniya Muzeyində görmək mümkündür.[7] Bunlara Kirenanın Apollonu və bir Afrika kişisinin bənzərsiz bir tunc başlığı daxildir.[8][9]
Xristianlıq
redaktəXristianlıq əvvəldən Kirena ilə əlaqələri olmuşdur. Hər üç sinoptik İncildə Kirenalı Simonun İsanın çarmıxını daşımağa kömək etmək məcburiyyətində qaldığı bildirilir. Həvarilərin İşləri kitabında Kirenalıların Müqəddəs Üçlük günün Yerusəlimdə olması haqqında məlumatlar var.[10] Kopt Pravoslav Kilsəsinin ənənəsinə görə, kilsənin qurucusu olan Müqəddəs Mark Kirena şəhərindən idi və Kirenanın ilk yepiskopunu təyin etmişdi. Roma Martirologiyası[11] iyulun 4-də Diokletianın təqibi zamanı Kirena yepiskopu Teodorun döyüldüyünü və dilinin kəsildiyini söylədi. Kirenalı yepiskop Sinezinin 67-ci məktubunda Afanasi tərəfindən qınanılan Kirenalı yepiskop Filo tərəfindən həyata keçirilən nizamsız bir yepiskopal təyinatdan bəhs olunur. Kirenanın o vaxt artıq dağılmasına baxmayaraq 449-cu ildə keçirilən İkinci Efes Məclisində Kirena yepiskopunun adı Rufus idi. İsgəndəriyyəli Yunan Patriarxı Evloqiyin dövründə (580–607) Kirenanın yepiskopu Leonti idi.[12][13]
İstinadlar
redaktə- ↑ "Platæa". Get A Map. 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Nov 2017.
- ↑ "Internet History Sourcebooks". sourcebooks.fordham.edu. 2016-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-03.
- ↑ Osborne, Robin. Greece in the Making: 1200–479 BC. London: Routledge. 2009. səh. 8.
- ↑ Cassius Dio, lxviii. 32
- ↑ "Plutarch. De Mulierum Virtutibus (Loeb Classical Library, Plutarch III) 1931. Retrieved February 2008". 2019-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
- ↑ "Venus of Cyrene – Italy and Libya — Centre du droit de l'art". plone.unige.ch. 2013-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
- ↑ "British Museum Collection". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-13.
- ↑ "British Museum Highlights". 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ "British Museum Highlights". 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-22.
- ↑ Acts 2:10
- ↑ Martyrologium Romanum (Typographia Vaticana 2001 ISBN 978-88-209-7210-3)
- ↑ Michel Le Quien, Oriens christianus in quatuor Patriarchatus digestus "Arxivlənmiş surət". Archived from the original on 2017-10-10. İstifadə tarixi: 2020-06-14., (Paris 1740), Vol. II, coll. 621–624
- ↑ Raymond Janin, v. Cyrène in Dictionnaire d'Histoire et de Géographie ecclésiastiques Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine, vol. XIII, Paris 1956, coll. 1162–1164