Kiprin Dovlet Qurulusu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kiprin dövlət quruluşu — 1960-cı ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Kipr Respublikası | |||
---|---|---|---|
Κυπριακή Δημοκρατία (yun.) Kıbrıs Cumhuriyeti (türk.) | |||
| |||
Himn: Υμνος είς την Ελευθερίαν İmnos eis tin Eleuterian Azadlıq Himni |
|||
Tarixi | |||
• Sürix və London razılaşmaları | 11 fevral 1959 | ||
• Müstəqilliyin elanı | 16 avqust 1960 | ||
• Aİ-yə qəbul | 1 may 2004 | ||
Paytaxt | Nikosiya (Λευκωσία, Lefkoşa) | ||
İdarəetmə forması | Prezident respublikası | ||
Prezident | Nikos Anastasiadis | ||
Parlament sədri | Yiannakis Omirou | ||
Sahəsi | Dünyada 167-ci | ||
• Ümumi | 9251 km² | ||
Əhalisi | |||
• Əhali | 1 160 min (Şimali Kipr ilə) nəfər (157-ci) | ||
• Sıxlıq | 125 nəf./km² (85-ci) | ||
ÜDM (AQP) | |||
• Ümumi | $22 721 milyon dollar (107-ci) | ||
• Adambaşına | $29 853 dollar (29-cu) | ||
ÜDM (nominal) | |||
• Ümumi (2008) | $24 922 milyon dollar (86-cı) | ||
• Adambaşına | $32 745 dollar (26-cı) | ||
İİİ (2009) | 0.914 (artış; 32-ci) |
Dövlət quruluşu
redaktəKipr Respublikası əhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1960) 16 avqustda qeyd olunur. Ölkə Konstitusiyası 16 avqust 1960-cı ildən qüvvədədir.
(1983-cü ildə Kipr adasının Türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumudur. Şimali Kipr Türk Respublikası 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.
Adanın üçdə bir hissəsinə nəzarət edən Şimali Kipr Türk Respublikasısı dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər rəsmən tanımaq istəməsələr də, onlardan bir çoxu Şimali Kipr Türk Respublikası ilə qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar).
İnzibati bölgüsü
redaktə33 bələdiyyəni (icma) birləşdirən Nikosiya (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Kireneya (Şimali Kipr Türk Respublikasının böyük hissəsi), Larnaka (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Limasol, Pafos və Famaqusta (Şimali Kipr Türk Respublikasının tam hissəsi) rayonlarına (eparxiya) bölünür[1] .
Dövlət başçısı
redaktəÜmumxalq səsverməsi yolu ilə, 5 il müddətinə seçilən Prezident dövlət və hökumət başçısıdır. Prezident icra hakimiyyətini Nazirlər Şurasının vasitəsilə həyata keçirir. Dövlət başçısının səlahiyyəti dövlət siyasətinin mühüm məsələləri ilə bağlı vitse-prezidentə (münaqişə ilə əlaqədar olaraq vakant yerdir) veto hüququ verməklə məhdudlaşır.
Üzvləri (nazirlər) Nümayəndələr Palatasında seçilən Kipr Hökuməti İcra hakimiyyəti ilə yanaşı, Parlamentlə birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.
Qanunverici hakimiyyət
redaktəBir palatalı Nümayəndələr Palatasıdır. Parlamentin 59 üzvündən 56-sı proporsional nümayəndəlik sistemi üzrə partiya siyahıları ilə, etnik azlıqları təmsil edən digər üç nəfər isə müşahidəçi üzv qismində 5 il müddətinə seçilir. Ölkədəki siyasi situasiya ilə əlaqədar olaraq Türk icması üçün nəzərdə tutulmuş 24 yer 1964-cü ildən açıq qalır.
Qanunların hazırlanması və qəbulu, illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası, Nazirlər Şurasının fəaliyyətinə ümumi nəzarət və Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm funksiyalar bilavasitə Nümayəndələr Palatasının səlahiyyətlərinə aiddir.
Məhkəmə hakimiyyəti
redaktəÖlkədə məhkəmə hakimiyyəti, ən yüksək apelyasiya instansiyası sayılan Ali Məhkəmə, həmçinin hərbi, əmək, ailə, nəzarət və s. məsələlər üzrə ixtisaslaşmış dairə məhkəmələri tərəfindən həyata keçirilir.
Mənbə
redaktə- Statistical Service of the Republic of Cyprus(MS Excel), 2001 Population Census
- Preliminary Results of the Census of Population, 2011 Preliminary Results of the Census of Population, 2011
- Anastasiou, Harry (2008). Broken Olive Branch: Nationalism Ethnic Conflict and the Quest for Peace in Cyprus. Syracuse University Press. ISBN 0-8156-3196-0.
- Brewin, Christopher (2000). European Union and Cyprus. Eothen Press. ISBN 0-906719-24-0.
- Dods, Clement (ed.) (1999). Cyprus: The Need for New Perspectives. The Eothen Press. ISBN 0-906719-23-2.
- Durrell, Lawrence (1957). Bitter Lemons. Faber and Faber. ISBN 0-571-20155-5.
- Faustmann, Hubert and Nicos Peristianis (2006). Britain and Cyprus: Colonialism and Post-Colonialism, 1878–2006. Bibliopolis. ISBN 978-3-933925-36-7.
Xarici keçidlər
redaktə- Timeline of Cyprus by BBC
- Cyprus Arxivləşdirilib 2008-07-27 at the Wayback Machine from UCB Libraries GovPubs
- Cyprus information from the United States Department of State includes Background Notes, Country Study and major reports
- DMOZ-da Kiprin dövlət quruluşu
- Cyprus profile from the BBC News
- The UN in Cyprus
- Cypriot Pottery, Bryn Mawr College Art and Artifact Collections
- The Cesnola collection of Cypriot art : stone sculpture, a fully digitised text from The Metropolitan Museum of Art libraries
İstinadlar
redaktə- ↑ http://europa.eu/abc/maps/members/cyprus_en.htm Arxivləşdirilib 2009-04-18 at the Wayback Machine |title=EUROPA – The EU at a glance – Maps – Cyprus |work=Europa (web portal) |accessdate=27 March 2009