Kinq Konq Film 2005 - Wikipedia
Kinq Konq — 1933-cü ildə çəkilmiş eyniadlı filmin remeyki olan, Piter Ceksonun rejissorluğu ilə 2005-ci ildə çəkilmiş elmi fantastika janrlı bədii film. Baş rollarda Endi Serkis, Naomi Uotts, Cek Blek və Edrien Broudi çəkilmişdir. Filmdə hadisələr 1933-cü ildə baş verir. Süjet öz aktyorlarını və xüsusi muzdlu gəmi heyətini sirli Kəllə adasına getməyə inandıran iddialı rejissorun hekayəsindən bəhs edir. Orada onlar həmin adada yaşayan tarixdəqədərki dövrün canlıları ilə, eləcə də ələ keçirib Nyu-Yorka gətirməyi bacardıqları Kinq Konq kimi tanınan əfsanəvi nəhəng qorilla ilə qarşılaşırlar. Çəkilişlər 2004-cü ilin sentyabrından 2005-ci ilin martına qədər Yeni Zelandiyada aparılıb. Layihənin büdcəsi ilkin olaraq 150 milyon dollar olsa da, sonradan o vaxtkı rekord sayılan 207 milyon dollara yüksəldi.
Kinq Konq | |
---|---|
ing. King Kong | |
Janr | macəra filmi[1][2][…], dram filmi, döyüş filmi, romantik film |
Rejissor | |
Prodüserlər | |
İcraçı prodüser | Robert Zemekis |
Ssenari müəllifləri | |
Baş rollarda | |
İstehsalçılar | Universal Pictures |
Distribütor | Universal Pictures |
İlk baxış tarixi | 14 dekabr 2005[9], 14 dekabr 2005[10], 14 dekabr 2005[11], 17 dekabr 2005, 2005 |
Müddət | 187 dəq. |
Büdcə | 207.000.000 $[9] |
Gəlir | 550.517.357 $[9] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Yeni Zelandiya |
IMDb | ID0360717 |
Vikianbarda əlaqəli mediafayllar |
Rejissor orijinalın ruhuna uyğun, lakin qabaqcıl kino texnologiyasından istifadə edən remeyk yaratmağı qarşısına məqsəd qoymuşdur. Film üçün yeni ssenari yazılmışdır, lakin bu, ümumilikdə orijinal mənbəyə uyğundur. Film kommersiya baxımından uğurlu olmuş və 562 milyon dollar gəlir əldə etmişdir.
Məzmun
redaktəFilm 1933-cü ildə Böyük Depressiyanın ən qızğın çağında Nyu Yorkda başlayır. Filmin baş qəhrəmanı Enn Derrou (Naomi Uotts) vodevil aktrisası kimi işini itirən problemlərdən yorulmuş rejissor Karl Denhamla (Cek Blek) təsadüfən tanış olur. Prodüserlər onun yeni filmini maliyyələşdirməkdən imtina etmiş, bunun sadəcə vaxt və pul itkisi olduğunu söyləmişdilər, lakin buna baxmayaraq, Karl Enni yeni filmində iştirak etməyə dəvət edir. Filmin ssenari müəllifinin sevimli dramaturqu Cek Driskoll (Edrien Broudi) olduğunu öyrəndikdən sonra o, çəkilişlərdə iştirak etməyə razılaşır və əmək müqaviləsi bağlayır.
Tezliklə hamısı Sumatranın qərb sahillərində Hind okeanında itmiş Kəllə adasında film çəkmək üçün SS Venture adlı köhnə gəmiyə minirlər. Və üzgüçülük zamanı Enn və Cek bir-birinə aşiq olurlar, lakin gecə gözlənilməz hadisə baş verir: gəmi heyətinin istiqamətini dəyişmək üçün bütün cəhdlərinə baxmayaraq, duman içində olan gəmi Kəllə adasını əhatə edən daş qayaların üstündə oturur. Adaya enən çəkiliş qrupu orada nəhəng bir darvaza olan siklop divarının yaxınlığında yerləşən kənddə yaşayan yerli qəbilə aşkar edir. Onların arasında toqquşma baş verir, bu zaman çəkiliş qrupunun üzvü Mayk həlak olur, daha sonra onlar yerli sakinlərə atəş açaraq onları oradan uzaqlaşdıra bilirlər, lakin sonra yerlilər Enni yelkənli gəmidən qaçırırlar. Onu xilas etməyə gedən film qrupunun üzvləri və dənizçilər qızın nəhəng buynuza bağlanaraq divardan çıxarıldığını aşkar edirlər. Cəngəllikdən yerlilərin Konq adlandırdıqları inanılmaz qorilla peyda olur və Enni aparır. Məxluqu təqib edərkən amerikalılar tarixəqədərki kərtənkələlər, nəhəng həşəratlar və digər canavarlarla qarşılaşırlar; ekipajın və çəkiliş qrupunun bir çox üzvü həyatını itirir. Bununla belə, Driskoll yenə də Konqun yuvasına çatmağı və qızı xilas etməyi bacarır.
Heyrətamiz kəşfdən ilhamlanan Denham dərhal planlarını dəyişir — indi o, Konqu Nyu-Yorka gətirmək və onu pul qarşılığında ictimaiyyətə göstərərək varlanmaq istəyir. Dənizçilər ağır itkilərlə də olsa, Konqu xloroformla keyləşdirilərək onun gəmiyə yüklənməsinə nail olurlar.
Nyu-Yorka qayıdan Denham öz ideyasını həyata keçirir. Şou zamanı saxta teatrdan qəzəblənən Konq (başqa aktrisa Enn rolunu oynayır, çünki əsl Enn iştirak etməkdən imtina edir) polad zəncirləri qırır və azad pıur. Panika başlayır. Konq şəhərə girir və qabağına çıxan hər şeyi məhv edərək Enni tapmağa çalışır. Nəhayət, o, Enni tapır və hərbçilər tərəfindən təqib edilərək onunla Empayr Steyt Bildinq-in zirvəsinə qalxır. Burada qırıcı təyyarəli döyüşçülər Ennin qışqıraraq onları dayandırmaq cəhdlərinə baxmayaraq, ağır pulemyotlarla hücum edərək ona atəş açırlar. Hərbi aviasiya ilə qeyri-bərabər döyüşdə Konq altı təyyarədən üçünü vurmağı bacarır. Nəhayət, ölməkdə olan Konq göydələndən yıxılır. Zirvədə qalan Enni isə Driskoll tapır.
Konq cəsədinin ətrafına şəhər sakinləri toplaşır. Baxanlardan biri deyir ki, Konq "sadəcə təyyarələrin asanlıqla öhdəsindən gələ bildiyi sağlam heyvandır", lakin Karl nəhəngin qarşısında dayanaraq özünə belə cavab verir:
Onu öldürən təyyarələr deyildi. Gözəl bədheybəti öldürdü.
Orijinal mətn (ing.)It wasn't the airplanes. It was Beauty killed the Beast.
Bu ifadə ilə əslində Gözəl və bədheybət nağılına işarə edilir.
İstinadlar
redaktə- ↑ 1 2 3 https://www.filmaffinity.com/en/film962157.html.
- ↑ http://www.imdb.com/title/tt0360717/.
- ↑ 1 2 3 4 5 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=46718.html.
- ↑ 1 2 http://www.metacritic.com/movie/king-kong.
- ↑ 1 2 http://bbfc.co.uk/releases/king-kong-10.
- ↑ 1 2 http://www.imdb.com/title/tt0360717/fullcredits.
- ↑ http://www.the-numbers.com/movie/King-Kong-(2005).
- ↑ 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ 1 2 3 http://www.boxofficemojo.com/movies/?id=kingkong05.htm.
- ↑ http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=61540&type=MOVIE&iv=Basic.
- ↑ King Kong // IMDb (ing.). 1990.