Kilva Kisivani - Wikipedia
Kilva-Ksivani — Şərqi Afrikada, müasir Tanzaniyanın cənub sahilində yerləşən Hind okeanı adasında yaşayış məskəni. Tarixən bura, 13-15 əsrlərdə Suahili sahili boyu uzanan bir orta əsrlər sultanlığı olan Kilva sultanlığının mərkəzi idi. Kilva Ksivani, yaxınlıqdakı Sonqo-Mnara ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Kilva-Kisivani | |
---|---|
Kilwa Kisiwani | |
8°58′54″ c. e. 39°31′01″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | 900[1] |
Rəsmi adı: Ruins of Kilwa Kisiwani and Ruins of Songo Mnara | |
Tipi | Mədəni |
Kriteriya | (iii) |
Təyin edilib | 1981 (5-ci sessiya) |
İstinad nöm. | 144 |
Ölkə | Tanzaniya |
Region | Afrika |
Təhlükədə | 2004-2014 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix və arxeologiya
redaktəKilva-Ksivani, Kilva arxipelaqında, Süahili sahili boyunca yerləşən bir arxeoloji şəhər-dövlət sahəsidir. Bura ən azı 8-ci əsrdən tutulmuş və sahil boyunca ən güclü yaşayış məntəqələrindən birinə çevrilmişdi. Ərazidəki mövsümi külək fasilələri ticarət dövriyyəsinə təsir etmiş ola bilər.[2] Ərəbistan yarımadası, habelə Hindistan və Çin ilə ticarət əlaqələri Kilvanın böyüməsinə və inkişafına təsir göstərmişdi və burada mədəniyyətə uyğunlaşdırılmış İslam mətnləri və adətləri mövcudları olsa da, şəhər Afrika mənşəli idi.[3]
Suahili yaşayış məntəqələrinin bir çoxunda qruplar arasındakı sosial münasibətləri əks etdirən mürəkkəb planlar göstərilsə də, Kilvada şəhərin qurulması ilə bağlı hələ də cavabsız qalan bir çox sual var.
Qəbiristanlıqlar bölgə üçün adi olaraq şəhərin kənarında yerləşirdi və böyük, açıq yerlər, ehtimal ki, sosial yığıncaqlar üçün istifadə olunurdu.[4] Ticarət üçün əhəmiyyətli olan şəhərdə 13-cü əsrdə istehkamlar artdı və daha çox mal axını oldu. Bunların baş verməsi üçün şəhərə nəzarət edən, malların hərəkətinə nəzarət edən bir siyasi idarəetmə forması olmalı idi. Ticarət şəbəkələrinin çoxu Ərəbistan yarımadasında idi. Kilva-Kisivani, sərvət və ticarət sahəsindəki ən yüksək nöqtəsinə eramızın XIII-XV əsrləri arasında çatdı.[3]
Əvvəllər hamısı taxta və suvaqdan ibarət olan tikililərin 13-cü əsrdə daş tikililərə çevrilməsi həmin dövrdə sərvətin artmasını sübut edir. Burada yaşayan şəxslərin sosial-iqtisadi vəziyyətlərini yaşadıqları tikili tipindən aydın görmək mümükündür. Kilvanın ixrac etdiyi mallar arasında ədviyyat, tısbağa çanağı, hind qozu yağı, fil sümüyü və ətirli qatran, həmçinin qızıl var idi.[2] Bu zaman ətrafında, Kilva qızıl ticarət üzərində nəzarəti ələ keçirmişdi. Varlılar aşağı təbəqədən olanlara nisbətən daha çox ticarət mallarına sahib idilər. Dəbdəbəli paltarlar kimi bəzi əşyalar arxeoloji qeydlərdə qorunmasa da, dəbdəbəli paltarlar və xarici keramika, onların sahib olduqları bir neçə əşyanın arasında idi.[2] Təxminən 500 il ərzində Kilvada pul sikkələri kəsilirdi. Bu, təxminən 1100-1600-cü illərə qədər davam etdi və sikkələr Böyük Zimbabve də daxil olmaqla bütün regionda tapıldı.[5]
Şəhərdə dəniz məhsulları bol idi və qida üçün istifadə olunurdu. Qida məhsulları həmçinin, ətrafdakı ərazilərdən də gətirilirdi. Bütün ehtiyatları və ticarət imkanları olan Kilvaya dəniz böyük təsir göstərdiyinə görə limanların arxeoloji araşdırması olduqca vacib hesab olunur. Kilvada əhəngdaşının üzərindəki torpaq qatı keyfiyyətsiz idi və buna görə də torpaqdan əldə edilən qida məhsulları daha hündür yerlərdən gətirilirdi. Lakin, bölgədəki torpaq, yelkən istehsalında istifadə edilə bilən pambıq üçün uyğun olmuş ola bilər. Şəhərdə pambığın bu ərazidə istifadə olunduğunu və emal edildiyini göstərən 12 əsrə aid alət tapılmışdır.[3]
Keramika
redaktəƏvvəlcə diqqətin çox hissəsi Kilva limanlarının arxeologiyasına yönəldilsə də, hal-hazırda diqqət daha çox Kilvanın ətraf bölgələrinə yönəldilmişdir. Ərazidə keramika əsərləri çoxdur və onları iki qrupa bölmək olar: regional və sahil. Regional qrupa daxil olan bütün keramika yerli istehsaldır və paylanma sahəsi məhduddur. Bu şüşəsiz keramikanın istifadəsi mütləq olaraq yalnız yemək qabları kimi olmasa da, "mətbəx əşyaları" kimi adlandırılmışdır. Bölgədə yerli istehsal edilən saxsı qabların hamısı Kilvanın özündə aşkar edilmişdir.[6]
"Mətbəx əşyaları" bütün regionda görülə bilsə də, əsasən Kilvanın özündə görülən keramikalar da var. Bunlara modelləşdirilmiş formalar və qırmızı-cilalı əşyalar daxil idi. Qırmızı-cilalı əşyalar sahil qrupuna daxil idi. Yanlız şəhərlə məhdudlaşan digər keramika növləri, Ərəbistan yarımadasından və Çindən idxal olunan keramik qablar idi. İdxal olunan keramika materiallarına kənd yerlərində rast gəlinmir. Onlardan daha çox kübar təbəqə tərəfindən sosial status əlaməti olaraq istifadə olunurdu. Bu əşyalar göstərilmələri üçün hazırlanan divar nişlərində saxlanılırdı. İdxal olunan keramika, Suahili sahili boyunca mühüm rəmzi rol oynayırdı. İdxal olunan keramikaya əlavə olunan simvolizm o qədər güclü idi ki, bu, müasir suahili mədəniyyətinə də keçmişdi. Sahildənkənar ərazilərdə idxal olunan malların olmaması, Kilva şəhərləşmə prosesini davam etdirərkən yerli icmaların kəskin dəyişikliyə uğramadığını göstərir.[6]
Qoruma
redaktə2004-cü ildə Kilva-Kisivani, Təhlükədə olan Ümumdünya irsi siyahısına yazıldı. Əsas səbəb hər iki adanın eroziya və vegetasiya kimi müxtəlif səbəblərə görə arxeoloji və monumental irsinin pisləşməsi idi.
Yağış sularının yuyulması nəticəsində torpağa dəyən ziyan uçurumun kənarındakı strukturların dağılması riskini artırır. Uçurumda çoxalan bitki örtüyü yağışın yuyucu effektini məhdudlaşdırsa da, strukturların dağılmasına səbəb olmuşdur. 2008-ci ildə Dünya Abidələri Fondu Kilvanı "100 ən böyük təhlükə altında olan obyekt" siyahısına daxil etdi və 2008-ci ildən bəri müxtəlif tikililərdə qorunma işlərinə dəstək verir.
Xarici təsirlər
redaktə1200-cü ildə, Omanda aşkar edilən Əl-Maqama Əl Kilviyyə adlı bir sənəd, yaxınlarda İraqın cənubundakı Qurabiyyə təlimindən təsirlənən Kilvanı İbadiliyə qaytarmaq üçün bir missiyanın təfərrüatını verir.
XII əsrə qədər Əbu-Məvahib sülaləsinin hakimiyyəti altında olan Kilva Suahili sahilindəki ən güclü şəhərə çevrildi. 15-ci əsrdə gücünün zirvəsində olan Kilva sultanlığı Malindi, Mombasa, Pemba adası, Zanzibar, Mafiya adası, Komor, Sofala şəhər dövlətləri və Madaqaskaradakı kanal üstündəki ticarət postları üzərində səlahiyyət qazandı.
İbn Bətutə 1331-ci ildə şəhərə səfərini qeyd etmiş və hökmdarı Sultan əl-Həsən ibn Süleymanın səxavəti, təvazökarlığı və dini haqqında müsbət fikirlər söylədmişdir. O, həmçinin şəhərin planlaşdırılmasından heyran qalmışdı və bunun Kilvanın sahil boyunca uğur qazanmasının səbəbi olduğuna inanmışdı.[7]
16-cı əsrin əvvəllərində Vasko da Qama bu varlı İslam dövlətindən xərac aldı. 1505-ci ildə Fransisko de Almeydanın rəhbərlik etdiyi başqa bir Portuqaliya qüvvəsi, adanı mühasirəyə aldıqdan sonra nəzarəti ələ keçirdi. Şəhər 1512-ci ildə bir ərəb muzdlusunun Portuqaliya öz postunu tərk etdikdən sonra Kilvanı ələ keçirməsinə qədər portuqalların əlində qaldı. Şəhər daha sonra əvvəlki inkişafını bərpa etsə də, 1784-cü ildə Zanzibarın Oman hökmdarları tərəfindən fəth edildi. Fransızlar Omanı fəth etdikdən sonra adanın şimal ucunda qala inşa edib ərazinin idarə etsələr də, şəhər özü 1840-cı illərdə tərk edildi. Kilva-Kisivani daha sonra, 1886-1918-ci illər arasında Almaniya Şərqi Afrikası koloniyasının bir hissəsi olmuşdur.
3D lazer skanerləri ilə sənədləşmə
redaktəZamani Layihəsi 2005-2009-cu illər arasında Kilva-Kisivaninin bəzi suahili dağıntılarını yerüstü 3D lazer saneri ilə sənədləşdirdi.[8][9][10][11] Bəzi 3D modellər, panoram turu, yüksəkliklər, bölmə və planlar www.zamaniproject.org saytında mövcuddur.
İstinadlar
redaktə- ↑ http://www.mnrt.go.tz/uploads/ANTIQUITIES_SITES_LOCATION_AND_ACCESSBILITY.pdf.
- ↑ 1 2 3 Elkiss, Terry A. "Kilwa Kisiwani: The Rise of an East African City-State". African Studies Review. 16 (1). 1973: 119–130. doi:10.2307/523737. JSTOR 523737.
- ↑ 1 2 3 Pollard, Edward John. "THe maritime landscape of Kilwa Kisiwani and its region, Tanzania, 11th to 15th century CE". Journal of Anthropological Archaeology. 27 (3). 2008: 265–280. doi:10.1016/j.jaa.2008.07.001.
- ↑ Fleisher, Jeffery; Wynne-Jones, Stephanie. "Finding Meaning in Ancient Swahili Spatial Practices". Afr Archaeol Rev. 29 (2–3). 2012: 171–207. doi:10.1007/s10437-012-9121-0.
- ↑ Chami, Felix A. "A Review of Swahili Archaeology". African Archaeological Review. 15 (3). 1998: 199–218. doi:10.1023/a:1021612012892.
- ↑ 1 2 Wynne-Jones, Stephanie. "Creating urban communities at Kilwa Kisiwani, Tanzania, CE 800-1300". Antiquity. 81 (312). 2007: 368–380. doi:10.1017/s0003598x00095247.
- ↑ Dunn, Ross E. The adventures of Ibn Battuta, a Muslim traveler of the fourteenth century (Rev. ed. with a new pref.). Berkeley: University of California Press. 2005. ISBN 0520243854.
- ↑ "Site - Kilwa Kisiwani - Swahili Ruins". zamaniproject.org. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-02.
- ↑ Rüther, Heinz; Rajan, Rahim S. "Documenting African Sites: The Aluka Project". Journal of the Society of Architectural Historians. 66 (4). 2007: 437–443. doi:10.1525/jsah.2007.66.4.437. ISSN 0037-9808. JSTOR 10.1525/jsah.2007.66.4.437.
- ↑ Rüther, Heinz. "An African Heritage Database: The Virtual Preservation of Africa's Past" (PDF). International Society for Photogrammetry and Remote Sensing. 2002. 2020-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 oktyabr 2019.
- ↑ Wild, Sarah. "Africa's great heritage sites are being mapped out with point precision lasers". Quartz Africa (ingilis). 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
Əlavə oxu
redaktə- Chittick, H. Neville, Kilwa: an Islamic trading city on the East African coast (2 Vols), Nairobi: British Institute in Eastern Africa, 1974