Killian Merfi - Wikipedia
Killian Mörfi (ing. Cillian Murphy; 25 may 1976[1][2][…], Duqlas[d], Munster[d]) — İrlandiya aktyoru. O, karyerasına 1996-cı ildə Enda Uolşun "Disco Pigs" tamaşasında çıxış edərək başlayıb. O, eyni zamanda tamaşanın 2001-ci ildəki film versiyasında da eyni rolu oynamışdır. Killianın rol aldığı ilk uğurlu filmlər "28 Gün Sonra", "Intermission", "Red Eye", "The Wind That Shakes the Barley" və "Günəşin işığı" olub. Killian "Peaky Blinders" teleserialına görə məşhurlaşıb. O, bu serialın baş qəhrəmanı Tommi Şelbini canlandırır.
Killian Mörfi | |
---|---|
ing. Cillian Murphy | |
Doğum tarixi | 25 may 1976[1][2][…] (48 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Fəaliyyəti | aktyor, ssenarist, bəstəkar, səsləndirmə aktyoru[d], musiqiçi, teatr aktyoru, kino aktyoru, televiziya aktyoru, dicey, televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 1996-cı ildən |
Mükafatları | |
IMDb | ID0614165 |
Vikianbarda əlaqəli mediafayllar |
Killian 2005-ci ildə çəkilmiş "Breakfast on Pluto" filmində trans rolunda oynamış və bu filmə görə "Qızıl Qlobus" mükafatına namizəd göstərilmişdir. O, kinorejissor Kristofer Nolanla əməkdaşlıq etmiş və onun çəkdiyi bir çox filmlərdə rol almışdır. O, Nolanın Betmen haqqında çəkdiyi "Qara cəngavər" filmində pis adam rolunu ifa edib. Killian Nolanın "Başlanğıc", "Dünkerk" və "Oppenheymer" filmlərində çıxış etmişdir. Killian Con Krasinskinin 2021-ci ildə ekranlara çıxan "Sakit yer 2" filmində də rol alıb.
Kilian Mörfi 2011-ci ildə "Misterman" tamaşasındakı performansına görə İrlandiya Tayms Teatrı tərəfindən "Ən Yaxşı Aktyor" mükafatına layiq görülmüşdür. O, 2020-ci ildə "The Irish Time" qəzetinin tərtib etdiyi "Ən yaxşı İrlandiya aktyorları" siyahısında yer alıb.[3]
O "Oppenheymer" filmindəki roluna görə 2024-cü ildə "Oskar" mükafatı'na layiq görülüb.
Həyatı
redaktəKillian Mörfi 1976-cı ildə İrlandiyanın Duqlas qəsəbəsində anadan olub.[4] Anası fransız dili müəllimi, atası isə təhsil nazirliyində çalışıb.[5] Onun babası, xalaları və dayıları da müəllim olmuşdur. Killian qardaş-bacıları ilə birlikdə İrlandiyanın Ballintempl şəhərciyində böyüyüb.[6][7] Killian 10 yaşı olanda mahnı yazıb ifa edirdi.[8]
Filmoqrafiya
redaktə- 28 gün sonra (2002)
- Betmen başlayır (2005)
- Günəşin işığı (2007)
- Qara cəngavər (2008)
- Perrier's Bounty (2009)
- Başlanğıc (2010)
- In Time (2011)
- Red Lights (2012)
- Broken (2012)
- The Dark Knight Rises (2012)
- Aloft (2014)
- Transcendence (2014)
- Dənizin qəlbində (2015)
- Free Fire (2016)
- Anthropoid (2016)
- The Party (2017)
- Dünkerk (2017)
- The Delinquent Season (2018)
- Anna (2019)
- A Quiet Place Part II (2020)
- Oppenheymer (2023)
İstinadlar
redaktə- ↑ 1 2 Cillian Murphy // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Cillian Murphy // filmportal.de. 2005.
- ↑ Clarke, Donald; Brady, Tara. "The 50 greatest Irish film actors of all time". Irish Times. 13 June 2020. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2020.
- ↑ Boland, Yasmin. "Horoscope". TV Guide. 16 August 2021. səh. 72.
- ↑ Walsh, John. "Murphy's lore: Meet the action hero who looks on the verge of tears". The Independent. 31 March 2007. 20 April 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 July 2007.
- ↑ O'Sullivan, Gemma. "Ireland: Sane Boy of the Western World". The Sunday Times. 1 February 2004. 15 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 December 2007.
- ↑ Lytal, Cristy. "The 24 Finest Performances of 2005: Cillian Murphy". Premiere. February 2006. 5 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2007.
- ↑ O'Donoghue, Donal. "Western Hero". RTÉ Guide. 6 February 2004.