Kilimancaro Milli Parki - Wikipedia
Kilimancaro Milli Parkı — Tanzaniyanın Kilimancaro regionunda, ekvatordan 300 kilometr (190 mil) cənubda yerləşən milli park.[1] Park Moşi şəhərinin yaxınlığında yerləşir.[2] Parka Kilimancaro dağının bütün meşə zolağı və 1,820 metr (5,970 ft) yuxarıdakı montan meşə kəməri daxildir.[1][2] Kilimancaro Milli Parkı 1 688 kvadrat kilometr ərazini əhatə edir. Park Tanzaniya Milli Parklar Təşkilatı (ing. Tanzania National Parks Authority (TANAPA))) tərəfindən idarə olunur.[3]
Kilimancaro Milli Parkı | |
---|---|
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi |
|
Yaradılma tarixi | 1973 |
Yerləşməsi | |
3°04′ c. e. 37°22′ ş. u.HGYO | |
Ölkə | |
tanzaniaparks.com/kilima… | |
|
|
Rəsmi adı | Kilimanjaro National Park |
Tipi | Təbii |
Kriteriya | vii |
Tarixi | 1987 (11-ci sessiya) |
İstinad nöm. | 403 |
Ölkə | Tanzaniya |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Park 2013-cü ildə 51 milyon ABŞ dolları gəlir əldə etdi.[4]:285 Park bununla Tanzaniya milli parkları arasında ikinci[5]:258 və 2012-2013-cü illər ərzində büdcəyə gəlir gətirən yalnız iki Tanzaniya milli parkından biri idi.[6] TNPA, 2012-2013 turizm ilində parkda 58.460 turistin qeyd etdiyini, bunlardan 54.584 nəfərinin xarici olduğunu bildirdi.[6]
Tarix
redaktəXX əsrin əvvəllərində Kilimancaro dağı və ona bitişik meşələr Alman müstəmləkə hökuməti tərəfindən ov ərazisi elan edildi.[2] 1921-ci ildə ərazi meşə qoruğu təyin edildi.[2] 1973-cü ildə isə meşə zolağının üzərindəki dağ (təxminən 2,700 metr (8,900 ft)) milli park olaraq təsnif edildi.[1] Park 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən Ümumdünya irsi elan edilmişdir.[2] 2005-ci ildə park Kilimancaro Meşə Qoruğunun bir hissəsi olan bütün montan meşəsini əhatə etmək üçün genişləndirildi.[1][2]
Fauna
redaktəParkda müxtəlif heyvanlar tapıla bilər. Meşə zolağından yuxarıda Kilimancaro ağac damanı, kolluq dukeri və gəmiricilərə tez-tez rast gəlinir.[2] Meşə zolağında Buşbok və cephalophus spadix görünür.[2] Montan meşəsində və bəzən rütubətli və ya otlaq ərazilərdə Afrika kəlləri yaşayır.[2] Fillərə Namvay və Tarakya çayları arasında rats gəlinə bilər və bəzən daha yüksək hündürlüklərdə də olurlar.[2] Montan meşələrində mavi meymunlar, ağ-qara kolobuslar, qalaqolar və bəbirlərə rast gəlmək olar.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 "Kilimanjaro National Park World Heritage Site, Tanzania National Parks". 2018-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 UNESCO. "Kilimanjaro National Park". 2012-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
- ↑ Mount Kilimanjaro National Park, Tanzania National Parks Authority Arxiv surəti 23 sentyabr 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-09-23 at the Wayback Machine
- ↑ Ghazali Musa; James Higham; Anna Thompson-Carr, redaktorlar Mountaineering Tourism. Routledge. 5 June 2015. ISBN 978-1-317-66874-9. 23 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2020.
- ↑ Ian Christie; Eneida Fernandes; Hannah Messerli; Louise Twining-Ward. Tourism in Africa: Harnessing Tourism for Growth and Improved Livelihoods. World Bank Publications. 2014. ISBN 9781464801976. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
- ↑ 1 2 Tanzania National Parks. "Park arrivals highlights, Tourism Performance, Corporate Information". 20 dekabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2015.