Kildin Adasi - Wikipedia
Kildin_adası - Haqqında Məlumat
Kildin adası — Barens dənizində, Murmansk sahilindən 1.5 km aralıda yerləşən ada. Materikdən Kildinski boğazı ilə ayrılır.
Kildin adası | |
---|---|
rus. Кильдин | |
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Eni | 7 km |
Əhalisi | 10 nəfər (2010-cu il) |
Yerləşməsi | |
69°20′45″ şm. e. 34°10′50″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təsvir
redaktəAdanın uzunluğu 17,6 km, eni 7 km təşkil edir. Səthi təpəliklərdən ibatrət olan bir platodur. Maksimal hündürlüyü 281 metrdir. Ərazisi qumdaşı və şistdən təşkil olunmuşdur. Şimal və qərbində sıldırımlar, cənub və şərqində isə geniş terraslar vardır[1]. Adanın səthi tundra bitkiləri ilə örtülmüşdür.
Adada iki yaşayış məntəqəsi vardır — Şərqi Kildin və Qərbi Kildin[2].
Adada yerləşən Moqilnoe gölü özünün unikallığı ilə seçilir. Burada həm göl həm də dəniz canlıları yaşayır. Bu göldə adanın endemiki olan Kildin treskası yayılmışdır.
İstinadlar
redaktə- ↑ "Topoqrafik xəritə". 2019-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- ↑ "Справочник административно-территориального устройства Мурманской области на 1 октября 2017 года" (PDF). Правительство Мурманской области. 2018-01-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.