Kiker - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kiker (alm.kicker – futbolçu) və ya Fusbol (alm.Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam.
İxtiralar
Belə hesab edilir ki, stolüstü futbolu ilk dəfə Citroёn firmasının işçilərindən biri Lyusen Rozanqartan (Lucien Rosengarten) icad etmişdir. İlk patenti isə redaktor və şair Qalisialı Alexandro Finnisterre (Alejandro Finisterre) almışdır. Finisterre ispaniya vətəndaş müharibəsi zamanı Madriddə faşist bombardmanı vaxtı yaralanmışdır. Xəstəxanada o, azyaşlı uşaqların futbol oynaya bilmədiklərini görərək stolüstü tennis ideyası haqqında düşünmüşdür. Alexandro öz tanışı bask dülgəri Fransisko Xaver Altunudan xahiş edir ki, onun göstərdiyi formada futbol stolu düzəltsin. İxtira 1937-ci ildə patent alsa da Finisterre patent kağızını fazişmdən Fransaya qaçan zaman fırtınada itirmişdir.
Amma bu stolüstü futbolun yaranmsı haqqındakı versiyalardan biridir. XX əsrin əvvəllərində bu işə çoxlu patentlər verilmişsə də, onlardan hansının birinci və bu gün stolüstü tennisə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil. Yalnız bunu demək olar ki, müasir stolun prototipinin 20-ci illərdən gec meydana gəlmədiyini güman etmək olar.
Oyun
Oyunçular sterjen (ştanqlar) üzərində qurulmuş futbolçu fiqurları idarə etməklə tutacaqların köməyilə rəqib qapısına top vurmağa çalışırlar. Bəzən yarışlarda cüt və tək sıralarda dörd-dörd oynanılmasına baxmayaraq, oyun təkbətək və ikibəiki oyunçu olmaqla gedir. Oyun bir qayda olaraq 5-dən 10-a qədər hesabla aparılır. Yarışlarda bir partiyada 6 və 7 qola qədər oynamaq qəbul edilmişdir. Bununla belə, elə yarışlar olur ki, partiyada 1, 2 və s. qələbə olur. Kiker üçün çoxlu stol variasiyalarından istifadə olunur. Çox vaxt idman mağazalarında satılan stollar xüsusi idman oyunlarında, hətta yeni başlayan olsa belə, kikerə çox da uyğun gəlmir. Sonrakı təsvir dünyada qəbul edilən idman, ev və bar tolları istehsalçılarının (Bonzini, Garlondo, Roberto Sport, Tornado, Tecball və bir neçə başqaları) düzəltdiyi stollara aiddir. Onlar, əsasən, uzunluğu 1,4 metr, eni 0,8 metr ölçüdə olub, səkkiz plastmas və ya metal "futbolist"lə təchiz edilmiş olub, uşaqlar üçün 6 hətta 4 sıra "futbolisti" olan modellərə də rast gəlinir. Stolların daha xoşlanan 22 sıralı variantı da vardır ki, onda hər tərəfdə 11 oyunçu oynaya bilər. [2]
1 sıra Qapıçı 1 futbolçu
2 sıra Müdafiə 2 futbolçu
3 sıra Hücum 3 futbolçu
4 sıra Mərkəz 5 futbolçu
5 sıra Mərkəz 5 futbolçu
6 sıra Hücum 3 futbolçu
7 sıra Müdafiə 2 futbolist
8 sıra Qapıçı 1 futbolçu
Futbol komandasının quruluşu:
Qapıçı, 1-ci xətt – müdafiə xətti, 2-ci xətt – 5 oyunçu olan xətt, 3-cü xətt – hücum xətti
Möhkəm plastik materiallardan və ya metaldan düzəldilmiş fiqurlar vintlə (bəzi modellərdə əridilib bərkidilmiş) metal ştanqa birləşdirilir. Onlar iki tərəfə çıxan (oyun zamanı stoldan kənara çıxan, hərəkət edən) sterjen və ya stolun kənarlarından birinə birləşdirilmiş və sıx təmaslı şəkildə oyunçular borucuqlar olan teleskopik vəziyyətdə olur. Stolun bayır tərəfindən ştanqların ucuna dəstəklər birləşdirilmişdir ki, onların köməyi ilə oyun aparılır. Teleskopik ştanqlar uşaqlar üçün stolu daha yığcam və daha təhlükəsiz edir, amma onlar eyni zamanda daha tez deformasiyaya uğrayır ki, bu da oyunun yüksək texnikasına mane olur. Oyun 33–35 mm diametrli, çəkisi 12-26 qram olan mantar və ya plastmas topla aparılır. Dəstəklər müxtəlif formada, müxtəlif cür süslənmiş plastik və plastik ağaclardan və rezindən ibarət olur.
Stolların markaları arasındakı fərqlər oyunun üslubuna böyük təsir göstərir. Əsas fərqləri toplar təşkil edir. Onlar mantar və ya plastik materialdan hazırlanır ki, bu da topun sürətinə və oyunun texnikasına təsir edir. Habelə stolun süslənmə təbəqəsi asanlaşdırılaraq "asta", "orta" və "sürətli" sürəti təmin edir. (Linoleum, çatlamış şüşə və pardaxlanmış şüşə də oyunun gedişinə təsir göstərir) Bundan əlavə, oyunun gedişinə "futbolistlərin" yerləşməsi, forması və hərəkət sahələri təsir edir.
Kikerin dünyada qəbul edilmiş daha bir neçə adı vardır – stolüstü futbol (table soccor), fusbol (foosball və ya foos – ingilisdilli ölkələrdə işlənən bu termmin alman dilindəki "futbol" sözündəndir), beybi-fut (babyfoot, fransızdilli ölkələrdə yayılmışdır).
Təşkilatlar
İdmanın bu növünün – ITSF (ing.International Table Soccer Federation [3]) Müasir dövrdə Beynəlxalq Baş inzibati təşkilatı – Beynəlxalq Stolüstü Futbol Federasiyası vardır. Bu təşkilat 2002-ci ildə dünya Çempionatlarını keçirmək üçün yaranmışdır. ITSF stolüstü futbolun idmanın rəsmi növü kimi tanınması, qaydaların unifikasiyası, illik təqviminin qəbul edilməsi, idmanın bu növünün bütün qitələrdə idmanın əsas növü kimi yarışlar təqviminin qəbul edilməsi, dünya çempionatları və kubokunun keçirilməsi siyasətini yeridir. Müxtəlif kateqoriyalar üzrə oyunçuların beynəlxalq reytinqi vardır. Göstərilən saytda dünya üzrə böyük turnirlərin statistikasını və oyun təqvimini asanlıqla izləmək olar. Habelə, oyunçuların şəxsi reytinqini, ölkələrin reytinqini, milli federasiyaların saytlarına istinadı, stolların istehsalçılarını və s. asanlıqla izləmək olar. Yenicə yaranmış ITSF sürətlə inkişaf edərək yeni milli federasiyalar hesabına genişlənir. ITSF turları çərçivəsində şərtsiz olaraq dünyanın bütün güclü peşəkar oyunçuları iştirak edir.
Xatırlatmaq lazımdır ki, ITSF Beynəlxalq əhatəli vahid orqan olsa da, Avropada və xüsusilə ABŞ-da çoxlu və güclü regional və milli təşkilatlar vardır ki, onlar yarıməsrlik tarixə malikdir. Onların çoxu ITSF-i qəbul edir, amma ondan asılı olmayaraq, öz yarışlar silsiləsini keçirir.
ITSF rəsmi və ümumdünya səviyyəli oyunlarında istifadə edilən stolların markaları – Fransız Bonzini, Italiya Garlando və Roberto Sport, Amerikan Tornadası və Belçika Tecballıdır. Yerdə qalan markalara çex Rosengartı, belçika Eurosoccer-i, kicker-i, Lowut-soccer-i, Warrior-u Lahmacher, Leonheart, AFS, FABI və bir çox başqaları. Kiker üzrə bir çox rəsmi yarışlar müxtəlif stollar üzərində milli federasiyalar tərəfindən təşkil edilir. Bütün bunlarla birlikdə, dünya üzrə ən yaxşı oyunçu belçikalı Frederik Kollinon (Frederic Collignon) hesab edilir. O bütün stollar (bu çox çətindir, çünki oyun texnikası çox fərqlənir) üstündə keçirilən təkbaşına oyunlarda hakim əsas yer tutur. Əgər oyunçunun ITSF saytındakı statiskanı nəzərə alsaq, kolinon ildə 1-2 dəfədən çox uduzmur. Kolinon praktik olaraq 5 il ərzində bütün çempionatlarda udmuş, şəxsi hesabında xalı hamıdan çoxdur. Onun şəxsi və cüt-qoşa oyunçu ilə reytinqi böyükdür. 2007-ci ildə ondan sonra Amerikalı Billi Pappas (Billy Pappas), ingilis Robert Ata (Robert Atha) və alman Camal Allalu (Jamal Allalou) gəlir ki, onların oyun müvəffəqiyyəti, demək olar ki, eynidir. Amma onlar müxtəlif stollara üstünlük verirlər. Bundan sonra böyük məsafə ayrılığı ilə dünya üzrə 2500 oyunçu gəlir. Qoşa kateqoriyada reytinqlər, demək olar ki, eynidir. Kolinon birinci yerdə, 2-4-cü yerlər uğrunda Pappas, Ata, Allalu mübarizə aparır. Qoşa oyunda rəqiblər çox nadir hallarda çempionu sıxışdıra bilir.
Qadınlar arasında açıq-aşkar lider italyalı Samanta Di Paulo (Samantha Di Paolo), hazırkı dövrdə ikinci yerdə qadınlar arasında – idman əfsanəsi amerikalı, Sindi Xed (Cindu Head) gəlir. Amma qeyd etmək lazımdır ki, reytinq praktik olaraq hər həftə dəyişir. Dünya kuboku milli komandalar formantında keçirilir ki, burada qadınlar, kişilər, gənclər (18 yaşına qədər) və veteranlar (50 yaşından yuxarı) iştirak edir. Bu kateqoriyalar üzrə yarışlar təkbətək və qoşa dərəcəsində keçirilir. Ənənəvi liderlər – ABŞ, İngiltərə, İtalya, Almaniya, Fransadır. 2006-cı ildə dünya kubokunu gözlənilmədən Avstriya komandası uddu.
Qaydalar
Kiker oyunu üçün müəyyən vahid qaydalar yoxdur. Bu mənada ki, onlar müxtəlif ölkələrdə, hətta müxtəlif şəhərlərdə, hətta bir şəhərin müxtəlif klublarında müxtəlif cür aparılır. ITSF və Rusiya Stolüstü Futbol Federasiyası və Kiker Idman Federasiyası mümkün olduğu yerdə çalışırlar ki, beynəlxalq səviyyədə qəbul edilən qaydaları tətbiq etsinlər. Tamamilə (o cümlədən rus dilində) Onları FNF [6], FSK [7] və ITSF [8] saytlarında görmək mümkündür.
AŞAĞIDA ÇIXARIŞLAR VERİLİR
Stolüstü futbol üzrə və həvəskar turnirlərin keçirilməsi üçün qısa qaydalar:
1. Topun ötürülməsi
1. Oyundan qabaq komandalar sikkə pul ilə püşk atırlar. Püşkü udan komanda tərəfi seçmək və ilk top vurmaq hüququ qazanır.
2. İlk ötürməni 2-ci xəttin oyunçusu topu oyuna daxil etməklə başlayır.
3. Topu oyuna daxil edəcək komanda, rəqib komandanın oyuna hazır olmasına inanmalıdır.
4. İkinci xətt oyunçularının top atılandan dərhal sonra vurduqları qol komandalar üçün sayılmır.
5. Hesab açıldıqdan sonra top qapısına qol vurulmuş komandaya verilir və həmin komandanın 2-ci xətt mərkəzi oyunçusu tərəfindən oyuna daxil edilir.
6. Stoldan çıxmış top, onu axırıncı vurmuş komandaya verilir.
2. Topun ötürülməsi
1. Top ikinci xətt oyunçularında olarkən o, ötürmədən dərhal sonra 3-cü xətt oyunçularına ötürülə bilməz. Topa əvvəlcə, ikinci xəttin, heç olmazsa, iki oyunçusu toxunmalı və ötürmə zamanı hərəkətdə olmalıdırlar.
3. Hesab
1. Qollar 3-cü xətt oyunçularının hücumu (hücumçular), birinci xətt oyunçuları (müdafiəçilər) və qapıçı tərəfindən vurulduqda həmişə hesab olunur.
2. Əgər top qapıya daxil olub, yenidən bayıra çıxarsa qol vurulmuş hesab edilir və top qapısına qol vurulmuş komandaya verilir ki, oyuna daxil etsin.
3. Oyun 5, 7 və ya 10 xala qədər davam edir. Yarışlar 1-2 və ya 3 qələbəyə qədər davam edir.
4. Ölü zona.
1. Əgər top öz hərəkətini və fırlanmasını dayandırıbsa, komandalardan heç biri özünün bircə oyunçusu ona toxuna bilmirsə, onda top ölü zonaya düşmüş hesab edilir.
2. Əgər top qapıçı ilə ikinci xətt (müdafiə) arasında oyun sahəsinin istənilən yerində ölü zonaya düşübsə, onda o, müdafiəyə verilir.
3. Əgər top oyun meydançasının istənilən yerində 2-ci xətt oyunçuları arasında ölü zonaya düşübsə, onda topu axırıncı dəfə oyuna daxil etmiş komandaya verilir. Bu halda top qaydaların 1.5. bəndində göstərildiyi kimi oyun bərpa edilir.
5. Tyam-Aut
1. Komandalardan hər biri bir oyun zamanı 2 dəfə taym-aut götürə bilər. Bunun üçün topu dayandırmaq lazımdır.
2. Taym-autun müddəti 30 saniyədir.
3. Taym-aut zamanı oyunçularla hər hansı bir hərəkət etmək qadağandır.
4. Taym-autdan sonra top cari mövqedən oyuna daxil edilir. Bu oyunun başlanğıcında olduğu kimi edilir.
5. Komandaların üzvləri öz mövqelərini yalnız taym-aut zamanı, ya da qol vurulandan dərhal sonra dəyişə bilər.
6. Pozulmalar.
1. Zərbədən əvvəl və zərbədən sonra dəstəklərin 360 dərəcədən çox fırladılması qadağandır. Bir dəfə dəstəyi fırlatmaqla bir dövrədə vurulan zərbələr müstəsnadır. Qaydaların pozulması ilə vurulan qol hesaba alınmır.
2. Oyun zamanı stolu tərpətmək, yerindən oynatmaq, qaldırmaq və başqa vasitələrlə rəqibin diqqətini yayındırmaq qadağandır.
3. Komandalar bir-birinə hörmət etməli və biri digərinə qarşı təhqirə yol verməməlidir.
4. Hakimin xəbərdarlıq olaraq komandaya sarı vərəqə də göstərmək hüququ vardır. Bir oyun zamanı iki xəbərdarlıq qapıdan bir qol buraxmağa bərabərdir.
Terminlər
· Hücum – ön xətdə 3 oyunçu · Yarımmüdafiə – mərkəzi xəttə 5 oyunçu · Müdafiə – qapıçı xətti və 2 müdafiəçi xətt · Uzaq hücumçu (forvard) – sol tərəfdə yerləşən hücum xətti oyunçusu · Yaxın hücumçu (forvard) – sağ tərəfdə yerləşən hücum xətti oyunçusu · Mərkəz hücumçusu – hücumun mərkəzi oyunçusu · İrəli ötürmə (propasovka) – bir xətdən başqasına irəli ötürmə · Yenidən ötürmə – bir xəttə və müdafiədə oyunçular arasında ötürmə · Geri ötürmə – xətlər arasında geri ötürmə · Topu uzatmaq – oyunçunun topa toxunmadan topu itirmədən xətt boyunca vurması o · Topu yönəltmək – oyun zamanı nəzarət edilən manera ilə topu müxtəlif tərəflərdən, oyunçuların müxtəlif tərəfləri ilə "tumarlamaq" və "istiqamətləndirmək"lə yanlış hərəkətini məhdudlaşdırmaq. o · Topu yerə sıxmaq – topu aşağı qabırğası "yuxarı" olmaqla stolun səthinə sıxmaq
Əllərin vəziyyəti
Bazu önü şaquli şəkildə – yuxarıdan aşağıya dəstəyə doğru "yaxınlaşmamalıdır". Belə olduqda bilək üçün cəld və kəsgin hərəkət etmək çətin olur. Xüsusilə 450 bucaq altında şaquli və enişə, bəzən döşəməyə paralel vəziyyətdə olduqda çətinlik yaranır.
Təsəvvür edin ki, siz bir əlinizlə şurupu divara doğru burursunuz və ya stolun ştanqı ilə papira (məşq qılıncı) kimi rəqibə işarə edirsiniz, onda dəstəyin ucu əlin kəfəsinə doğru əyilir, əlin pəncəsi praktik olaraq düz qalır, ancaq yüngülcə aşağı əyilir, baş barmaq – dəstək boyunca dayanmaq bazunun davamı olur. Belə vəziyyətdə fiqurçular aşağı baxır və siz onları saat əqrəbi istiqamətində 90 dərəcə həm şaquli, həm də sol əlinizlə asanlıqla çevirə bilərsiniz.
Oyun vaxtı edilən bütün hərəkətləri dəstəkdə əllərin vəziyyətini dəyişmədən (bir neçə çox mürəkkəb zərbələrdən başqa) və onları buraxmadan etmək mümkündür. Kiker zamanı zərbənin gücü qolun geniş açılması ilə deyil, onun qüvvətliliyi, əl pəncəsinin kəskin hərəkəti ilə əldə edilir.
Əllərin təsvir edilən vəziyyəti ilə siz dəstəyi inamla tuta bilər, əllə sıxmadan, çox yüngülcə onu hərəkət etdirə, çevirə və əyə bilərsiniz. Bu planda kiker Badminton sayağı əllərinin bütün hərəkətlərini ona yönəltməlidir ki, əlini dərhal lazımi nöqtəyə çatdıra (qoya) bilsin və məhz əlin pəncəsi ilə şapalaq hərəkəti edə bilsin.
Topa nəzarət
Kiker oyununda bütün tərəflər üçün oyun soldan sağa olur. Bu istiqaməti biz "irəli" kimi qeyd edəcəyik – öz qapısından rəqib qapısına və müvafiq olaraq əksinə "Hava zərbələri"ndən başqa, bütün oyun futbolist fiqurcukların aşağı hissəsi ilə onun müxtəlif tərəfləri ilə bu "ayaqların" (müxtəlif stollarda onların konfiqurasiyası müxtəlif olur) ön və arxa səthləri və güncləri ilə həyata keçirilir. Sadəlik üçün məhz bunu biz "oyunçu" adlandıracayıq.
Dik dayanmış topa zərbə vurmağı məşq edin: topu istənilən fiqurun qabağına qoyun (başlanğıc üçün iki və ya üç oyuncu olan xəttə, şaquli vəziyyətdə asılan topa onun qabaq tərəfindən yüngülcə toxunmalıdır). Əlinizlə fiqurçuğu 450 geriyə itələyin və "yalnız əlinizlə" şappıltı ilə hərəkət etdirin, sanki siz badminton qlafı geyindirirsiniz. Əl ilə güc vermək düzgün deyil, o praktik olaraq hərəkətsiz qalmalıdır. Topu qəti şəkildə irəli deyil, yan tərəf vurmaq üçün, topa oyunçunun orta hissəsi ilə kənarı və ümumiyyətlə küncü ilə toxunmaq lazımdır.
Əgər bu başlanğıc alınarsa, onda topu yanaşı oyunçular xəttinə (daha doğrusu stolun eninə) yönəldin. Onu bir ötürmədən sonra gah dayandırmağa, ya da arxaya ötürməyə və s. səy edin. Əvvəlcə tor hər an diyirlənəcək, çünki yan tərəfdən fiqurçuqlar, təbii olaraq ön tərəfə nisbətən nazik olur, amma çalışmaq lazımdır topa elə toxunasan ki, o yalnız xətt boyunca getsin. Sonradan istiqamətindən geri və irəli oynatmaqla oyunçunu aldadaraq "marşrut"a qaytarmağı öyrənmək lazım gələcək.
Topu xətt boyunca aparmağı, onu geriyə deyil, o nə qədər ki, hərəkətdədir. Irəli ötürməyi – ya növbəti xəttə ötürməyi, ya da irəli vurmağı sınayın. Bunu ehmalca edin ki, hər iki fiqurun və topun eyni zamanda, qarşılıqlı hərəkət etdiyi hiss edilsin. Ötürmə – digər oyuncunu geri çəkdi – topun çatmasını gözlədilər – zərbədir ya irəli ötürmə. Kombinasiyanı mürəkkəbləşdirin. Xətt boyunca ötürmə – zərbə/ötürmə irəli – iki ötürmə xətt üzrə ora-bura-zərbə ötürmə irəli. Hansı halda topun dəqiq olaraq irəli, hansı halda küncə və ya haraya getdiyini müəyyənləşdirmək üçün topa gah mərkəzi hissədən, gah fiqurçuların yanı ilə toxunmağa çalışın.
Bir xətdən digər xəttə ötürmə texnikasını mənimsəyərək, siz artıq texniki oyun göstərə bilərsiniz. Elə bir oyun ki, top necə gəldi yox, sizin istədiyiniz kimi hərəkət etsin və nəticədə üç istiqamətdə hücum: yerindən zərbə, zərbə xətti boyunca ötürmə, geri zərbə xətti üzrə ötürmə ilə hücum edə bilərsiniz. Əgər belə sadə kombinasiyaları siz inamla və dəqiq yerinə yetirsəniz, onda siz düşünülmüş hücum imkanı qazanar və rəqibi sizin necə zərbə vuracağınızı anlamağa (düşünüb tapmağa) məcbur edər.
Zərbələrin növləri
Zərbənin və ya ötürmənin zaman və yer etibarilə qəfildən olması onun sürətlə vurulması qədər vacibdir və birinin naqisliyini başqası ilə kompensasiya etmək olar. Başqa sözlə, eyni bir kombinasiyanı və ya zərbəni elə zərbə ilə vurmaq olar ki, rəqib komandanın qapıçısı ona vaxtında reaksiya verə bilməsin (hətta hansı tərəfə atılıb topu tutmağı bilsə də), amma rəqibi çoxlu aldatmalarla, aldadıcı manevrlərlə və gözlənilməz troektoriyası və zərbənin yerini dəyişməklə, çox cəld olmasa belə yaxşı nəticəyə nail olmaq olar. Belə zərbə, rəqib qapıçını aldatmaq nəticə verir.
Yerindən zərbə
Zərbənin istiqamətini oyunçunun topa toxunma nöqtəsinə yaxşı nəzarət etməklə də tənzim etmək olar. Ümumi prinsip bilyard oyunundakı şara zərbə vurmağa oxşayır, necə ki, mərkəzə doğru vurursan – şar düz istiqamətdə gedir, şarı yandan vurursan – o diaqonal üzrə gedir.
Bütövlükdə dayanmış topa düz vurulmuş zərbə "hətta çox kəskin (güclü) olsa belə, yalnız yenicə oynamağa başlayanların işidir. Çünki sadəcə olaraq oyunçunun qarşısına müdafiə qoymaqla ondan hər hansı bir xətdə asanca müdafiə olunmaq olar. Texniki oyunlarda topa yerindən düz zərbə vurmaq praktik olaraq həyata keçirilmir, amma onlar başlanğıcda "əlini əzməyə" kömək edər. "Əyri" zərbə artıq yaxşı gözəyarı və "əzilmiş əl" tələb edir. Eyni zamanda rəqib komandanın oyunçularının sırası arasından köndələn vurulmuş topun yolunu (istiqamətini) görmək, bu planı dəqiq həyata keçirmək, böyük dəqiqliklə fiqurçuğun yan tərəfi ilə topa zərbə vurmaq tələb olunur, əks halda top əvvəlcədən düşünülməmiş istiqamətdə gedə bilər. Bir çox hallarda belə zərbələr də təcrübəli müdafiəçilər tərəfindən "oxunur", belə ki, onları, bir qayda olaraq, gözlənilmədən, sezərək hazırlıqla dəf edirlər. Daha doğrusu, istənilən vaxt, müxtəlif vəziyyətlərdə topu elə vurmaq qabiliyyəti tələb olunur ki, müdafiənin manevrlərini fəaliyyətsizləşdirsin, onu hər zaman avtomatik olaraq, topun harada olmasından asılı olmayaraq onun qapıya doğru hərəkətinin qarşısını almağa məcbur etsin.
Xətt üzrə ötürmədən zərbə
Bütövlükdə bu sadə kombinasiyadır – ötürmə ilə topun yerini xətlərdən biri üzrə stolun eninə bir oyunçudan başqasına (çox vaxt üç və ya beş oyunçu ilə) verilməsi və top hərəkətdə olarkən ona zərbə vurmaq. Ötürmə nə qədər sadə (asan) olarsa, bir o qədər sizin üçün topa zərbə vurmaq və onu yeni istiqamətə yönəltmək asan olar, amma eyni zamanda müdafiəçi üçün sizin gedişinizi duymaq, ona müvafiq surətdə reaksiya vermək asan olacaq.
Ötürmədən alıb zərbə vurma, adətən, hücumda sağ əl ilə yerinə yetirilir. Adətən yan tərəf hücumçu ilə mərkəzə cəld ötürmə edilir və birbaşa və ya köndələn xətlə zərbə vurulur. Pull-sot (ingiliscə pull stop – zərbəni gecikdir – vaxtı uzat) uzaq oyunçunun mərkəzdə doğru zərbəsi, mərkəz oyunçunun zərbəsi və Puş-sot (ingiliscə push shot zərbə "itələ") – yaxın hücumçunun mərkəzə doğru zərbəsi olaraq iki növ qeyd edilir (fərqləndirilir).
Mərkəzə doğru ötürmə – zərbə kombinasiyası çox sadədir və onu həm hücumçu, həm də qapıçı əks hərəkət etmək üçün çox asanlıqla öyrənə bilər. Belə ki, ciddi səviyyədə o, yalnız möhtəşəm şəkildə müvafiq olaraq, sürətlə yerinə yetirilməlidir. Əks halda qapıçı müdafiə oyunçularını yerləşdirir və zərbəni dəf edir. Sizin kənar hücumçu kimi köndələn zərbə vurmaq qabiliyyətiniz qapıçının vəziyyətini çətinləşdirər ki, bundan məqsəd mərkəzə ötürmənin planlaşdırılmasıdır. Bu, qapıçının son ana qədər yan tərəfdən vurulmuş köndələn zərbənin diqqətlə yolunu kəsməsini labüd edəcək və sürətli qaçış zamanı sizin ötürmənizin arxasınca mərkəzə qaçmasını tələb edəcək, o topa çata bilməyəcək və ya səhv edəcək.
Habelə 5 oyunçu olan xətdən ötürülmüş topa zərbə vurmaq – bu çox qeyri-adi haldır. Çünki əvvələn onu sol əli ilə idarə edirlər və yalnız sağ əli ilə vura bilən oyunçular üçün çətin olur; ikinci – "kabab" qapıdan daha uzaqdır, nəinki hücum xətti və müvafiq olaraq rəqib komandanın yarımmüdafiəçilərinin müqavimətini qırmaq. Hər halda sağ əli vurmağı öyrənməyə cəhd etmək lazımdır, çünki bu, heç olmasa, "ehtiyat silah" rolu oynayacaq və sizin hücum hərəkəti arsenalınızı kasıblaşdırmaz. Beləliklə, ümumiyyətlə, sol ilə hücum etmək qəbul edilməmişdir, çox vaxt az təcrübə ilə müdafiə belə zərbələri gözləmir və ona qarşı necə hərəkət etməyi təhlil etmir. Bəzi hücumçular, ümumiyyətlə bu xətt üzrə əlini vuraraq daha çox hücum edirlər. Bununla belə, etiraf etmək lazımdır ki, belə hacümlar bir yarışda bir-iki dəfə yüksək səviyyədə baş verir ki, bu da gözlənilməz faktor kimi qiymətləndirilir.
Oyun taktikası
Rəqibi yayındırmaq üçün edilən aldadıcı hərəkətlər, yalançı çapalar və s. hücumda qapıya zərbə və ötürmə qədər gərəklidir, çünki onlar rəqib müdafiəçiləri yayındırır, sizin məqsədinizi pərdələyir, qapıçını "sağa-sola yellədir". Siz öz hərəkətlərinizlə bu yalançı təhlükəni nə qədər təbii etsəniz, o qədər şansınız olar ki, rəqib onların içində aldanıb itsin, öz oyunçularını sizə lazım olan səmtə yönəltsin, beləliklə, sizin hücum üçün yolunuz açılsın. Minimum olaraq oyunun gedişində istənilən formada davam edərkən 2 variant olmalıdır ki, qərib məcbur olub inansın ki, indi top ona gələcək. Əgər sizin bir manevriniz oyunun gedişində uğur gətirirsə (nəzarət edilən ötürmə və ya qapıya zərbə), hətta təcrübəli müdafiəçi bir-iki hücumdan sonra sizi "dişinə vuracaq" və bütün başqa aldatmalar və yalançı təhlükələrə əhəmiyyət verməyəcək. Sizi çətin vəziyyətdə qoyacaq. Buna görə də heç olmazsa, başlanğıcda bir təhər əyri-üyrü yolla, amma hər vaxt müxtəlif zərbə və ötürmələr etmək və onları əvəzləmək (növbələmək) lazımdır. Beləliklə, çoxlu aldatmalar və zərbələr arsenalına mümkün qədər malik olmaq lazımdır ki, onlarla siz real hücumlar edə bilərsiniz, amma hər zaman müxtəlif vasitələrlə hücum etmək zəruridir.
Kifayətdir ki, rəqib komandanın müdafiəçisi sizin müxtəlif variantlı hücumlarınızı gözləsin və onları gözləyərək müxtəlif manevrlər etsin. Hücum zamanı oyunda müxtəlif texnika istifadə edilməsi əsas üstünlüyün şərtidir, çünki qapının müdafiəsində oyunçuları eyni vəziyyətdə düzmək (yerləşdirmək) mümkün deyil ki, onlar hücumun qarşısını alsın, o vaxt onları ora-bura hərəkət etdirmək lazım gəlir ki, bu da hücum üçün müvəffəqiyyətə yol açır. Bütün idmançılarda, təbii olaraq, müəyyən "şah" zərbə təcrübəsi (bacarığı) yaranır ki, hamıdan yaxşı cəhətlə seçilir. Amma hətta çox kəsgin hücumları olan idmançılar (sürətli top dolandırma, pin-sot və sneyk-şota malik olan, top hərəkətdə olanda onu gözlə izləmək mümkün olmayan dərəcədə cəld) bir zərbədə qapanıb qalmır, çünki həmişə müdafiəçi zərbənin qarşısını alır və "papaqdan yeni dovşan çıxarmaq" lazım gəlir.
Kikerdə böyük tennislə analogiya aparmaq yerinə düşər. Məsələn, oyunun offektivliyini təhlil etmə üsulu ilə.
1. Hücumda uğurlu hərəkətlər.
2. Uğurlu müdafiə.
3. Məcburi səhvlər (rəqibin uğurlu hərəkəti).
4. Qeyri-məcburi (ixtiyari) səhvlər.
5. Rəqibin qeyri-məcburi (ixtiyari) səhvləri.
Ümumi nəticə yalnız ondan asılı deyil ki, kim çox top vurar, əksinə kim daha az səhvə yol verər.
Hücumda uğurlu hərəkətlər
Siz 1 nəfərə qarşı 1 nəfər və ya iki nəfərlə oynamağınızdan asılı olmayaraq, təkcə daha aktiv şəkildə hücum etməyə cəhd etməlisiniz. Oyun zamanı müdafiəçi də birinci imkan yarandıqda hücum edə bilər və etməlidir (hücumçu isə həmişə öz qapısını rəqibin müdafiəsindən gələn uzaq zərbələri dəf edərək qorumalıdır).
Çalışmalıdır ki, bütün hücumları effektli olsun – qolla olmasa da, ən azı qapıya doğru zərbə effekti versin. Əgər top üzərində nəzarət itirilmişsə, onda rəqibin səhv edəcəyini gözləməməli, elə etməlidir ki, top üzərində öz nəzarətini bərpa etsin, rəqibə "öz oyununu oynamaq" üçün sərbəstlik vermədən onu aktiv surətdə sıxışdırmalıdır. "Öz oyunu" sözü altında nə istəsən düşünmək olar, əsas cəhət budur ki, qaydalar çərçivəsində elə etməyə çalışmaq ki, inandırasan məndə hər şey yaxşı alınır və mənə əlverişlidir qüvvəsi daxilində rəqibə həmin imkanı verməməlidir.
Hər zaman hücum etmə arsenalını genişləndirmək (zənginləşdirmək), rəqibi aldadıcı manevrlərin mövcudluğuna inandırmaq zəruridir. Həmişə zaman və üsul etibarilə gözlənilmədən və hücum etmək, həmişə öz ustalığı çərçivəsində topun uçuş istiqamətini dəyişməklə zərbələrə üstünlük vermək (yerindən və ya hərəkətdə olarkən) – birbaşa zərbələrə həm müdafiədə, həm hücumda – çalışmaq lazımdır ki, rəqib, ümumiyyətlə sizin qapıya zərbə vura bilməsin. Bütün hallarda sizin müqavimətiniz olmalıdır.
Məcburi səhvlər
Həmişə araşdırmaq lazımdır ki, rəqib həmişə nəyin hesabına sizi üstələyir yadınızda saxlayın rəqib hansı mövqedən və hansı üsulla hücuma keçir ki, siz onu tuta bilmirsiniz, habelə top sizin qapının harasından keçir. Çünki bu təkrar oluna bilər. Yaxşı ötürülmüş zərbələrin zəifliyi ondan ibarətdir ki, oyunçular oyun boyu onu təkrar edirlər, özü də bu, praktik olaraq eyni traektoriya üzrə baş verir. Heç kəs hücumda öz hərəkətlərini təkrar etmədən sizə güclü hücum edə bilməz. Rəqibin anoloji hücumu zamanı öz hərəkətlərinizi həmin müşahidələriniz əsasında qurmağa çalışın.
Müxtəlif variantlardan ehtiyat etməkdə davam edərək, o kombinasiyanı və komöinasiyaları gözləyin ki, onlar sizi topu qapının içindən götürməyə məcbur etmişdir. Heç də hər şeyin əvvəlki kimi təkrar edilməsi fakt deyil, amma bütövlükdə rəqib üçün uduş taktikası əvvəlki uğurlu manevrlərin təkrarı olacaq ki, qolla nəticələnmişdir. Siz isə hələ onu dəf etməyə başlamamışsınız. Siz uğurlu hücumun qarşısını alaraq, məcbur edəcəksiniz ki, rəqib başqa manevrlərə əl atsın və şansınız var ki, onlar effektiv olmasın. Məcburi səhvləri azaltmaq, əlbəttə, bu çox çətindir, çünki burada hər şey rəqibinizdən asılıdır və o necə eləyir, şərtsiz olaraq başqasının oyununu "oxumaq" və təhlil etmək, şübhəsiz, çox xeyirlidir və yaxşı nəticələr verəcəkdir.
Qeyri-məcburi (ixtiyari) səhvlər – yalnız sizin hərəkətlərinizdə xüsusi günahlarınızı əks etdirir ki, ona rəqib heç qarışmamışdır. Çoxları belə kiçik səhvlərə, müdafiəsinin zonasında top üzərində nəzarət kimi, topun itirilməsinə də əhəmiyyət vermir, amma oyunun ümumi nəticələrinə onlar vurulmuş qoldan az təsir etmir. Çünki bu, rəqibə imkan verir ki, daha arxayın və təbii ki, effektiv oynasın.
Ustalığın artması cəhətinə görə bu kateqoriyaya daha mürəkkəb şeyləri aid etmək olar, məsələn:
1. Sizin arxa divarınıza və ya qapıçıya dəymiş top, mütləq müdafiə zonasında qalmalı və rəqibə qayıtmamalıdır; 2. Sağ əl ilə vurulmuş top rəqib onu qaytarsa belə, qapı istiqamətinə (ağzına) düşməlidir; 3. Biz xətt üzrə aparılan top heç vaxt itirilməməlidir; 4. Sizin qapınıza yerindən bir başa bir dənə də top vurulmamalıdır; 5. Qapıçının zərbəsi zamanı və ya yenidən ötürmədə heç bir avtoqol olmamalıdır.
Bu sizin şəxsi işinizdir ki, texniki hərəkətləri komplektləşdirməklə başlamağı mütləq sayasınız. Amma bir halda ki, rəqib oyunçuların arasından orta xətdən bir-birinə ötürməyi qərara almısınız, onda bu mütləq topa sağ əllə nəzarətlə qurtarmalıdır; həmişə buna çalışmaq lazımdır.
Rəqibi səhv etməyə məcbur etmək, özünün səhv etməsindən daha çətindir, amma bu mümkündür. Işin mahiyyəti bundan ibarətdir ki, bütün istiqamətlərdə rəqibin oyununu məngənəyə salmaq, ona adət etdiyi kimi oynamağa imkan verməmək, daha doğrusu, onun işlənmiş hərəkətlərinin – ötürmə, zərbə vurma qarşısını almaq lazımdır. Habelə onu qeyri-standart şəkildə hərəkət etməyə çox böyük surətlə oynamağa, düşünülməmiş və pis hazırlanmış hərəkətlər etməyə, sizi aldatmaq səylərinə yol verməməyə, oyunun tempini dəyişməyə, əgər tələb olunarsa – onu bərabərləşdirməyə məcbur etmək lazımdır. Bu, onların buraxdığı səhvlərin çoxalmasını qaçılmaz edəcək.
Oyunun psixologiyası
Heç vaxt özünüzün və rəqibin hücumundan sonra "oyundan ayrılmaq" (diqqəti zəiflətmək) olmaz, ani olaraq oyunu davam etdirməyə hazır olmaq lazımdır. Əgər top finiş xəttinə düşməsə və ya onu müdafiçi qaytarsa belə, diqqəti zəiflətmək olmaz. "Başı hücumdan ayırıb müdafiəyə" qoşmaq və tərsinə etməyi bacarmaq lazımdır.
Amma belə güclü mərkəzləşdirmə (konsentrasiya) uzun müddət davam edə bilməz. O, qaçılmaz dərəcədə aşağı düşməyə başlayır. Buna görə də ötürmələr arasındakı qısa fasilələrdə gərginliyi azaltmağı və onu yenidən bərpa etməyi bacarmaq lazımdır. Rəqibə münasibətdə isə müvafiq olaraq elə etmək lazımdır ki, oyun boyunca onun gərginliyi zəifləməsin – hər an nə isə baş verməlidir – real və ya təhlükə şəklində. Ciddi turnirlərdə eyni gücə malik rəqiblərin oyunu zamanı, bir çox halda məhz o komanda qalib gəlir ki, o, psixoloji cəhətdən daha səbatlı olsun, aydın başla oynamaq qabiliyyətini saxlasın, 4-5 saatdan sonra özünü cəmləşdirə bilsin. Çünki adətən bu momentədək oyunçu öz real imkanlarının ən çox halda 70 faizindən istifadə etmiş olur.
Uğursuz gedən partiyanın gedişini dəyişmək dönüş yaratmaq qabiliyyətinə malik olmaq lazımdır. Bəzən bunun üçün yer dəyişmə etmək mümkündür. Habelə geriyə bacarıq lazımdır. Belə ki, rəqibin üstünlüyü zamanı real olaraq onu sıxışdırmaq, ona düşünməyə imkan verməmək, yenidən qurmaq öz gücünə inanmaq əsas şərtdir.
Oyunun gedişinə təsir edən misallar
Hücum zamanı rəqibin müdafiə hərəkətlərini müşahidə etmək, onun güclü və zəif cəhətlərini təhlil etmək, zərbələrindən yayınmaq lazımdır. O cəhətdən ki, rəqib onları "oxuyur" tutur və əksinə. Habelə imkan daxilində oyun tempini özünün xeyrinə, rəqibin ziyanına dəyişməyi bacarmaq lazımdır. Əgər rəqib "bircə toxunmaqla" sürətli oyuna üstünlük verirsə – onda oyunun tempini qırın, fasilə edin, topu daha uzağa ötürün (zaman məhdudiyyəti qaydalarında göstərilən çərçivədə). Bu yəqin ki, rəqibin oyun ritmini qıracaq, onun konsentrasiyasını pozacaq. Bəziləri topa zərbə vurmaq zamanı daimi dayanmaqla (fasilə etməklə) özlərini yaxşı hiss edir, başqaları isə buna dözə bilmir və mümkün qədər tez (sürətlə) oynayırlar. Əgər siz rəqibin oyununu sındırmağı öz oyununuzu qaydaya salmaqdan daha effektli hesab edirsinizcə – onu rəqibin əksinə edin, hətta bu sizin üçün əlverişli olmasa belə.
Əgər rəqib sizin diaqonallar boyunca zərbənizə əhəmiyyət vermirsə, onu daha çox vurun. Əgər rəqib ötürülmüş zərbələri yaxşı tutursa, amma təmasda zəifdirsə onda ötürmələrlə hücum edin. Habelə "Hesab üzrə" oynamaq məsləhət görülmür. Başqa sözlə, lazım deyil ki, fərqləndirəsən 0-0 və ya 6-0 və ya 6-6 – bu çox vaxt oyunçularda alınmır. Amma əgər siz həmişə oyun boyunca bunu etmisinizsə, davam edin; əgər siz bu vaxta qədər sürətli manerada gərginliksiz oynamısınızsa, oyunun tempinin belə qırılması sizin özünüzü yayındıracaq.