Kifayet Genceli - Wikipedia
Kifayət İslam qızı Gəncəli (Məmmədova) (2 noyabr 1937, Kirovabad – 22 sentyabr 2024) — Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə
Kifayət Gəncəli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 22 sentyabr 2024 (86 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Mükafatları |
Həyatı
redaktə2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov gəldiyi yerə görə verib.[1] Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var.[2] 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.[3] 22 sentyabr 2024-cü ildə vəfat edib.[4] Gəncənin "Səbiskar" qəbiristanlığında dəfn olunub.[5]
İstinadlar
redaktə- ↑ "Sənətini ailəsinə qurban verən Əməkdar artist Kifayət Gəncəli". gencexeber.az (az.). 2022-09-09. İstifadə tarixi: 2024-09-22.
- ↑ "İnsult keçirən 87 yaşlı əməkdar artist Kifayət Gəncəli xəstəxanadan evə buraxılıb". Report İnformasiya Agentliyi (az.). 2024-03-27. 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ "Azərbaycanın Əməkdar artisti vəfat etdi". Oxu.az (az.). 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
- ↑ "Azərbaycanın Əməkdar artisti Gəncədə dəfn olundu". Oxu.az (az.). 2024-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.