Kicik Su Perisi Heykel - Wikipedia
Kiçik_su_pərisi_(heykəl) - Haqqında Məlumat
Kiçik su pərisi (dan. Den lille Havfrue) – Danimarkanın Kopenhagen şəhərindəki qayanın üzərində nümayiş etdirilən heykəl.
Kiçik su pərisi | |
---|---|
dan. Den lille havfrue | |
Ölkə | |
Yerləşir | Kopenhagen |
Memarlıq üslubu | heykəl |
Heykəltaraş | Edvard Eriksen |
Tikilib | 1913 |
Hündürlüyü | 1.25 m |
Material | tunc |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəHündürlüyü 1,25 metr və çəkisi 175 kiloqramdır. Heykəl 1960-cı illərin ortalarından bəri müxtəlif səbəblərdən dəfələrlə zədələnmiş və deformasiyaya uğramış, lakin hər dəfə bərpa edilmişdir.
Tarixi
redaktəHeykəltəraş Edvard Eriksen 23 avqust 1913-cü ildə açılışı olan bürünc heykəli yaratmışdır. Balerina çılpaq şəkildə modelləşdirməyə razı olmadığı üçün heykəltaraşın həyat yoldaşı Eline Eriksenin bədən fiqurlarından istifadə olunmuşdur.