Kicik Qaragac - Wikipedia
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü.
Kiçik qarağac | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kiçik qarağac |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Arealı
redaktəQərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir.
Botaniki təsviri
redaktəHündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır.
Ekologiyası
redaktəQarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir. Dağlarda 1500 m-dək hündürlüyə qalxır. İşıqsevən, quraqlığa davamlı, şaxtaya davamsız bitkidir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi
redaktəBu növün oduncağı maşınqayırmada, dülgər işində və s. istifadə edilir. Meşələrdə çöl qoruyucu, eroziyaya qarşı, yaşıllaşdırmada, canlı hasarlarda istifadə etmək üçün yararlıdır.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Ulmus campestris var. minor (Mill.) St.-Lag.
- Ulmus campestris minor (Mill.) Asch. & Graebn.
- Ulmus glabra f. minor (Mill.) C.K.Schneid.
- Ulmus vulgaris proles minor (Mill.) Rouy
Yarımnövləri
redaktə- Ulmus minor subsp. canescens Bartolucci & Galasso
- Ulmus minor subsp. minor