Kemp Devid Muqavilesi - Wikipedia
Kemp-Devid müqaviləsi, Misir prezidenti Ənvər Sadat ilə, İsrail prezidenti Menaxem Begin arasında, 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə 17 sentyabr, 1978-ci ildə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir.[1] Bu müqavilə ilə ilk dəfə bir Ərəb ölkəsi İsraili rəsmən tanımış və ələ keçirdiyi torpaqlar üzərindəki varlığını qanuni olaraq qəbul etmişdir. Müqavilə 6 ay sonra (26 mart, 1979) imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edirdi. Buna görə İsrail hərbi qüvvələrini Sinay yarımadasından çəkəcək və Misir ilə diplomatik əlaqələrini normallaşdıracaqdı. Diplomatik əlaqələr 1980-ci ildə normala döndü. İsrailin ümid etdiyindən az olsa da, ticari əlaqələr oldu. Mart, 1980-ci ildə havayolu ilə nəqliyyat əlaqələri başlandı. Misir İsrailə neft satmağa başladı. Bu müqavilə ilə İsrail tərəfindən Altı gün Müharibəsində ələ keçirilən Sinay yarımadası Misirə geri verildi. Sülh cəhdlərinin nəticəsi olaraq Menaxem Begin və Ənvər Sədat, 1978-ci il Nobel Sülh Mükafatını qazandılar.[2]
Kemp-Devid müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 1978, 17 sentyabr |
İmzalanma yeri | Kemp-Devid |
Tərəflər | Misir və İsrail |
Vikianbarda əlaqəli mediafayllar |
Müqavilənin şərtləri
redaktə- İsrail Sinay yarımadasından çıxacaq, buna qarşılıq Misir İsraili rəsmən tanıyacaq və diplomatik əlaqələr saxlayacaqdı.[3]
- Qəzzə və Qərbi Şəriada yaşayan Fələstinlilərə Misir və İordaniyanin müəyyən edəcəyi formada muxtariyyət veriləcək.
- 3 il sonra Misir-İordaniya-İsrail-Fələstin arasında Qərbi Şəriə və Qəzzənin statusunu müəyyən etmək üçün təkrar görüşmə ediləcək.
- İsrail-İordaniya arasında sülh danışıqları başlayacaq.
- İsrail Fələstində əsgər sayını azaldacaq.
ABŞ ilə bağlı olan maddələr
redaktə- ABŞ F-16 qırıcıları daxil olmaqla, İsrailin bütün hərbi ehtiyaclarını qarşılayacaqdı.[4]
- 1975-ci il müqaviləsi ilə İsrail, Misirə buraxılan Əbu Rudeis və Ras Sudar neftlərindən hər il 4.5 milyon ton neft satın alacaqdı. Bu mövzuda bir yubanma olarsa, yəni Misir nefti satma məsələsində bir narazılıq edərsə, ABŞ İsrailin neft ehtiyacını qarşılamalı idi.
- Misir bu razılaşmaya uymayacaq olarsa və ya bu maddələrdən hər hansı bir formada yayınarsa, ABŞ edəcəyi tədbirlər mövzusunda İsraillə məsləhətləşəcəydi.
- ABŞ bundan sonra Misir ilə İsrail arasında ediləcək müqavilənin Son Sülh Razılaşması olması üçün əlindən gələni etməli idi.
- ABŞ Təhlükəsizlik Şurasında bu müqavilənin əleyhinə olan istənilən layihəni veto etməli idi.
İstinadlar
redaktə- ↑ Camp David Accords – Israeli Ministry of Foreign Affairs Archived 3 September 2011 at the Wayback Machine.
- ↑ Stein, Kenneth. Heroic Diplomacy: Sadat, Kissinger, Carter, Begin, and the Quest for Arab–Israeli Peace. Taylor & Francis, 1999, pp. 228–229
- ↑ George Lenczowski, American Presidents and the Middle East, Duke University Press, 1990 p.164. ISBN 0-8223-0972-6. From Zbigniew Brzezinski, Power and Principle: Memoirs of the National Security Advisor 1977–1981, (New York: Farrar, Straus and Giroux, 1983), p.88.
- ↑ Gold, 175