Keceldag Palciq Vulkani - Wikipedia
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir.
Keçəldağ palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
İlk püskürmə | 10 oktyabr 2000 |
Mütləq hündürlüyü | 114 m |
Yerləşməsi | |
40°29′32″ şm. e. 49°42′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Abşeron |
|
2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı.
Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur. Vulkanın çıxardığı süxur qırıntıları arasında neftli qum daşları və yanar şist aşkar edilmişdi. Çoxəsrlik "yuxudan" sonra Keçəldağ palçıq vulkanının oyanma səbəblərinə gəlincə qeyd etmək olar ki, buna çoxillik eroziya prosesləri, püskürmədən əvvəl yağan leysan yağışlar, sentyabr ayında Azərbaycanın şimal-şərqində dənizdə baş verən seysmik hadisələr, həmçinin texnogen faktorlar – vulkan sahəsində və kraterin yaxınlığında aparılmış tikinti işləri-səbəb olmuşdur.
Mənbə
redaktə- Keçəldağ palçıq vulkanı Arxivləşdirilib 2011-07-15 at the Wayback Machine