Katarjina Kotula - Wikipedia
Katarjina Aqata Kotula (pol. Katarzyna Kotula; 1 fevral 1977[1], Qrifino, Qərbi Pomeraniya voyevodluğu[d][1]) — Polşalı müəllim və siyasi fəal, Yeni Sol Partiyasının üzvü.
Katarjina Kotula | |
---|---|
pol. Katarzyna Kotula | |
Vəzifədədir | |
13 dekabr 2023-cü ildən | |
Baş nazir | Donald Tusk |
Vəzifədədir | |
12 noyabr 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1977[1] (47 yaş) |
Doğum yeri | |
Partiya | Yeni Sol Partiyası |
Təhsili | Adam Mitskeviça adına Poznan Universiteti |
Fəaliyyəti | language teacher[d], aktivist |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi, ictimai xadim |
katarzynakotula.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2023-cü il 13 dekabrdan Polşa Respublikasının Bərabərlik naziri vəzifəsini icra edir.[2] 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır.[3] O, həmçinin feministdir.
Həyatı
redaktəKatarjina Kotula 1 fevral 1977-ci ildə Qərbi Pomeraniya voyvodluğunun Qrifino şəhərində anadan olub.[3]
Uşaq vaxtından Qrifinonun "Energetik" klubunda tennis oynayan Katarjina 2022-ci ilin noyabrında, 2017-ci ildə Polşa Tennis Assosiasiyasının (PZT) prezidenti seçilən keçmiş məşqçisi Miroslav Skşipçinskonu təcavüzdə ittiham etdi. 2022-ci il 22 noyabrda Onet Wiadomości portalına verdiyi müsahibəsində Kotula, məşqçi Skşipçinskonun ona 13-14 yaşlarında bir neçə dəfə təcavüz etdiyini bildirib. Kotula, məşqçini digər azyaşlı tələbələrə qarşı da cinsi təcavüzdə ittiham edib.[4] Bütün bunların nəticəsində noyabrın 24-də Polşa Tennis Assosiasiyasının rəhbəri Miroslav Skşipçinsko istefa verdi.[5]
2016-cı ildə Adam Mitskeviça adına Poznan Universitetində ingilis dili və ədəbiyyatı filologiyası üzrə magistr dərəcəsini alıb.[3]
Təxminən 20 il Qrifinoda özəl və dövlət məktəblərində ingilis dilindən dərs deyib.[6]
O, 2016-cı ildən Polşada abort qanunlarının sərtləşdirilməsinə qarşı keçirilən "qadınların tətili"nin fəalı və lideridir.[6]
Əlilliyi olan insanlara dəstək verməklə, Katarjina Kotula BMT-nin Əlillərin hüquqları haqqında Konvensiya həyata keçirilməsinə dəstək verir.
"Robert Bedronya Baharı" Partiyasının yaradılmasında iştirak etmişdir. 2019-cu il 26 mayda 13-cü seçki dairəsindən (Lubuş və Qərbi Pomeraniya voyvodluqları) Avropa Parlamentinə seçkilərdə iştirak edərək, topladığı 3143 səslə Parlamentə seçilə bilmədi.
2019-cu il 13 oktyabr parlament seçkilərinin nəticələrinə əsasən, o, Qərbi Pomeraniya voyvodluğu 41-ci (Şçecin) seçki dairəsində 7557 səslə IX çağırış Polşa Seyminə deputatı seçildi. Seymdə nizamnamələr, deputatların işləri və toxunulmazlıqlar komitəsinin sədr müavini və Sosial siyasət və Ailə Komitəsinin üzvü oldu. 2020-ci ilin oktyabrında "Robert Bedronya Baharı" Partiyasının mətbuat katibi olan Katarjina 2021-ci ilin iyununda, partiyanın dağılmasından sonra, Yeni Sol partiyanın üzvü oldu. Noyabrda o, Yeni Sol Partiyasının Qərbi Pomeraniya voyvodluğu bölməsinin həmsədri seçildi. 2023-cü il oktyabrın 15-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, o, Pomeraniya voyvodluğu 25-ci (Qdansk) seçki dairəsindən 33122 səslə X çağırış Polşa Seyminə "Yeni Sol" Partiyasından deputat seçildi.[7]
2023-cü il 13 noyabrda X çağırış Seymin ilk iclası ərəfəsində keçirilən mətbuat konfransında deputatlar Katarjina Kotula və Anna Mariya Jukovska, həmçinin senator Maqdalena Bejat Seymə iki qanun layihəsinin: liberallaşdırma və abort haqqında qanun layihələrinin təqdim olunduğunu elan etdilər.[8]
Dekabrın 12-də Seym tərəfindən vəzifəsi təsdiqlənən Katarjina Kotula 13 dekabr 2023-cü ildə Donald Tuskun sədrlik etdiyi koalisiya hökumətində Bərabərlik naziri kimi and içib.[2]
Şəxsi həyatı
redaktəKatarjina Kotulanın bir qızı var.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://www.sejm.gov.pl/sejm10.nsf/posel.xsp?id=177&type=A.
- ↑ 1 2 "Skład Rady Ministrów". gov.pl (polyak). 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
- ↑ 1 2 3 "Katarzyna Kotula" (polyak). Sejm Rzeczypospolitej Polskiej. İstifadə tarixi: 2023-11-15.
- ↑ "Депутат польского парламента обвинила тренера в изнасилованиях". РИА Новости. 2023-11-23. İstifadə tarixi: 2023-11-15.
- ↑ "Глава Польской ассоциации тенниса ушел в отставку после обвинений в насилии". РИА Новости. 2023-11-24. İstifadə tarixi: 2023-11-15.
- ↑ 1 2 Тимофеева Ольга Валерьевна. «Женская забастовка»: Проблема абортов в зеркале политической борьбы в современной Польше // Вестник Удмуртского университета. Социология. Политология. Международные отношения. № 4. 2021. 2023-11-17 tarixində arxivləşdirilib.
- ↑ "Katarzyna Kotula" (polyak). Сейм Польши. İstifadə tarixi: 2023-11-15.
- ↑ "Польские левые хотят легализовать аборты". РФО «ОНА». 2023-11-15. 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.