Kastiliyali Urraka Portuqaliya Kralicasi - Wikipedia
Kastiliyalı Urraka (isp. Urraca de Castilla) (1186, Kastiliya krallığı – 3 noyabr 1220[1], Koimbra) — Portuqaliya kralı II Afonsonun xanımı, Portuqaliyanın kraliça-konsortu, Kastiliya infantası.
Kastiliyalı Urraka | |
---|---|
26 mart 1212 – 3 noyabr 1220 | |
Əvvəlki | Araqonlu Dulsa |
Sonrakı | Mesiya Lopez de Haro |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1186 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 1220[1] |
Vəfat yeri | |
Anası | Elyanora Plantagenet (Kastiliya kraliçası) |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Kastiliya kralı VIII Alfonso, anası isə İngiltərə kralı II Henrinin qızı Elyanora Plantagenetdir. İlk başda Fransa kralı VIII Lüdoviklə evləndirilməsi planlaşdırılsa da, anası buna qarşı çıxdı. Onun yerinə kiçik bacısı Blanş Fransa sarayına gəlin olaraq göndərildi.
1206-cı ildə Urraka Portuqaliya kralı I Sançonun oğlu və vəliəhdi İnfant Afonsoyla evləndirildi. Ərinin 1212-ci ildə taxta çıxmasıyla Urraka Portuqaliya kraliçası oldu.Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Cütlük bir-birini o qədər çox sevirdi ki, II Afonso 1214-cü ildə hazırlanan vəsiyyətində övladlarını deyil, xanımını taxt varisi elan etdi. Ancaq Urraka kraldan öncə - 1220-ci ildə anidən vəfat etdi.
Övladları
redaktə- II Sanço
- III Afonso
- Portuqaliyalı Eleonora
- İnfant Fernando (d. 1217 - ö. 19 yanvar 1246)
Mənbə
redaktə- Seward, Desmond (1978). Eleanor of Aquitaine: The Mother Queen. New York: Dorset Press. p. 233. ISBN 0-88029-055-2
- Nez, H. Salvador Mart (11 April 2010). Alfonso X, the Learned: A Biography. BRILL. ISBN 978-9004181472
- Shadis, Miriam (2010). Berenguela of Castile (1180–1246) and Political Women in the High Middle Ages. Palgrave Macmillan. p. 4. ISBN 978-0-312-23473-7
İstinadlar
redaktə- ↑ 1 2 Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.