Kassiodor - Wikipedia
Flávius Mágnus Avrélius Kassiodór (latınca - Flavius Magnus Aurelius Cassiodorus; təq. 487[1][2] – 583[1][2]) - tanınmış yazıçı, alim, xristian ilahiyyatçısı və filosofu, dövlət xadimi.
Flavius Kassiodor | |
---|---|
Flavius Magnus Aurelius Cassiodorus | |
Doğum tarixi | |
Doğum yeri | Silatium, Kolabriya |
Vəfat tarixi | |
Vəfat yeri | Bilinməməkdədir |
Vətəndaşlığı | Ostqot krallığı |
Tanınır | Yazıçı, alimi, dövlət xadimi, xristian ilahiyyatçısı və filosofu |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Həyatı və fəaliyyəti
redaktəFlavius Kassiodor Boesiusla birlikdə Ostqot kralı Teodorikusun sarayında nazir vəzifəsində çalışırdı. Öz zəmanəsinin ən istedadlı siyasi xadimlərindən biri olmuşdur. Boetsiusdan fərqli olaraq, Flavius daha ehtiyatlı siyasətçi olmuşdu. O təqiblərdən yaxa qurtara bilmiş və Teodorikusun varislərinin çarlığı zamanı da nüfuzunu qoruyub saxlaya bilmişdir.
540-cı ildə bizanslıların hucumlarından sonra Flavius İtalyanın cənubundakı malikanəsində «Vivarium» adlanan monasterion təsis etmişdir. Burada əlyazmaları yığaraq, Qərbdə ən zəngin kitab-xananın əsasını qoymuş-dur.
Flaviusun ən tanınmış əsərindən biri «Institutiones divinarumet saecularium litterarum» (İlahiyyat və dünyəvi elmlərdə nəsihətlər) adlanır. Bu kitabı gələcəkdə rahiblər və savadlı xristianlar öz elmi fəaliyyətlərinin nizamnaməsi kimi qəbul etmişdilər. Kitabın birinci hissəsi rahiblərin yol verilən zehni əməklə məşğul olmalarına aid olan nəsihətlərə həsr olunmuşdur. Burada tərcü-mə, köçürmə, şərh vermə işinə böyük əhəmiyyət verilmişdir. Keçmiş irsin qorunub saxlanmasının vacibliyi fikri vurğulanır. Ümumiyyətlə Flavius Kassiodor qədim əlyazmaların köçürülmə işini savablı bir iş adlandırmışdır və bu işi monasterion həyatının tərkib hissəsinə çevirmişdir. Gələcəkdə bu işlə orta əsrlərdə yaşayan rahiblər məşğul olmuşdular. Flavius əlyazmalarının köçürülməsinin vacibliyini bir dini prinsip kimi elan etməsəydi, bəlkə də, qədim irsin bir çox nümunələri məhv olub bizim zəmanəmizə qədər çatmazdı. Eyni zamanda Flavius, dünyavi elmlərə və fəlsəfəyə də böyük əhəmiyyət verirdi. O hesab edirdi ki, bu elmlərin öyrənilməsi Bibliyanın daha da yaxşı anlaşılmasına köməklik edir. Bubarədə o, kitabın ikinci hissəsində yazırdı.[3]
«Institutiones divinarumet saecularium litterarum» kitabından başqa, Flavius Kassiodor tarix, fəlsəfə, ədəbiyyat kimi elmlərə aid bir sıra əsərlər müəllifi olmuşdu, Bibliyaya şərhlər yazmışdı.
Flavius Kassiodorun fəlsəfəsi əsərlərindən biri «De anima» (Ruh haqqında) adlanır. Bu kitabın əsas ideyaları Avqustinusun və Klavdianusun bu sahədə yazılmış əsərlərinin məzmununu təkrarlayır. Əsərin əsas məqsədi ruhun cisim olmadığını və onun ölməzliyini sübuta yetirməkdən ibarət olmuşdur. Flaviusa görə, əgər ruh yalnız əql vasitəsi ilə dərk olunan əbədi və dəyişməz anlayışlar haqqında biliklərə malikdirsə, deməli o özü də onlara bənzər cinsdən olmalıdır. Buna görə də o, ölməzdir və cisim ola bilməz. Eyni zamanda, ruh Tanrı tərəfindən yaradılıb, məxluqdur. Buna görə də o, dəyişikliklərə məruz qalır və onun sonu vardır. Flaviusa görə ruh Tanrı tərəfindən yaradılmış, cisim olmayan substansiyadır. O bədənə can verir, ölməzdir, xeyir və şər ola bilər. Ruhun necə yaradılması məlum deyil. O bədənin hər nöqtəsində tam olaraq mövcuddur.[4]
Mənbə
redaktə- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 120-123. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 120-123. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- Cassiodorus, Flavius Magnus Aurelius (780). "Institutiones divinarum et saecularium litterarum" . Bamberg, Staatsbibliothek, Msc.Patr. 61, fol. 1v-67v. Southern Italy. Retrieved 24 September 2013.
- Cassiodorus, Flavius Magnus Aurelius (before 1167). "Gesta Theodorici" . Leiden, Universiteitsbibliotheek, Ms. vul. 46. Fulda. Retrieved 24 September 2013. Check date values in: |date= (help)
- James J. O'Donnell (1979). Cassiodorus (Berkeley: University of California Press,). On-line e-text.
- James J. O'Donnell, Cassiodorus University of California Press, Berkely, CA, 1969.
S.J. Barnish, Roman Responses to an Unstable World: Cassiodorus' Variae in Context in: Vivarium in Context 7-22 (Centre Leonard Boyle: Vicenza 2008). ISBN 978-88-902035-2-7.
- Уколова В.И. Флавий Кассиодор // Вопросы истории. – М., 1982. – № 2.
- Уколова В.И. Кассиодор и средневековая культура // Взаимосвязь социальных отношений и идеологии в средневековой Европе. – М.: Ин–т Всеобщей истории АН СССР, 1983. С. 66 – 95.
- Уколова В.И. Античное наследие и культура раннего средневековья (конец V – начало VII века). – М.: Наука, 1989.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.ostia-antica.org/~atexts/cassio.htm.
- ↑ 1 2 https://www.christies.com/lotfinder/Lot/cassiodorus-magnus-aurelius-ca487-583-historia-ecclesiastica-tripartita-3853978-details.aspx.
- ↑ James J. O'Donnell. Cassiodorus. Copyright and published 1979 (University of California Press) "Postprint", 1995, Chapter 6.
- ↑ Həmən ədəbiyyatda.