Karqaya - Wikipedia
Karqaya - Haqqında Məlumat
Karqaya — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 2 km. şərdədir. Günbəzvari formadadır (hünd. 1572,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərb istiqamətli Elti ayrılmasının şimal yamacında, Biləv kəndindən 2 km şərqdə yerləşən zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının şimal-şərq qanadında yerləşir.[1]
Karqaya | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1372 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Vilayət |
Həmçinin bax:
redaktəİstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.