Karolinq Imperiyasi - Wikipedia
Karolinq imperiyası VIII-IX əsrlərdə Frank mənşəli Karolinqlər sülaləsinin hökmdarları tərəfindən idarə olunan paytaxtı Mets adlı bir şəhər olan imperiyadır. Sülalənin ən görkəmli üzvü olan Böyük Karl dövründə, Karolinq imperiyasının sərhədləri, indiki Fransa, Almaniya, Şimali İtaliya, Hollandiya, Belçika və İsveçrə də daxil olmaqla, Qərbi və Mərkəzi Avropanın əksər hissəsini əhatə edirdi. Karolinq imperiyası, daha sonra qurulacaq Müqəddəs Roma İmperiyasının başlanğıcı hesab edilə bilər. Karolinq dövrünün simvolu Axen kilsəsidir
Karolinq sülaləsinin yaranması
redaktəŞimali Qalliya mənşəli saray mayordromu Karl Martell (714-741), sonra isə oğlu Gödək Pipin Karolinq sülaləsinin ilk kralları hesab edilirlər. O dövrdə franklar Merovinqlər sülaləsindən olan padşahlar tərəfindən idarə olunurdu. Bu iki Karolinq sülaləsinin zadəganları bölgə rəhbərləri ilə apardıqları mübarizədə uğur qazansalar da, Merovinq padşahlarını məhv etməyə müvəffəq ola bilmədilər. Ancaq Papa Pipinin kral olmasının daha məqbul olduğunu bildirdi. Pipin 751-ci ildə Papa tərəfindən xeyir-dua aldı. Bununla Karolinq sülaləsi quruldu. 756-cı ildə Pipin Lanqobardların əlindəki İtaliyaya ekspedisiya təşkil etməklə Papaya Mərkəzi İtaliyanın şəhərlərinə vermək istədi; beləliklə də Papa dövlətinin təməli qoyuldu. Pipin daha sonra Aquitaniayı geri aldı.
Böyük Karl
redaktəPipinin oğlu Böyük Karl bu genişləndirmə siyasətini davam etdirərək 774-cü ildə Pavianı tutandan sonra Lombardların kralı olur. Saksoniyanı Elbaya kimi fəth etdi (772-805). 788-ci ildə Bavariyanı ələ keçirdi və ispan xristianlarının çağırışı ilə Əndəlüs müsəlmanları ilə toqquşdu. Roncesvallesdəki məğlubiyyətinə baxmayaraq, o, Barselona da daxil olmaqla Şərqi Pireneyin cənub bölgələrinə kimi əraziləri öz hakimiyyəti altına almağı bacardı; Beləliklə, Əndəlus müsəlmanları Ebro çayına kimi geriyə çəkildilər. Bu nailiyyətlər Böyük Karlı Qərbi Avropanın ən böyük hökmdarı etdi. 25 dekabr 800-cü ildə Vatikandakı San Pietro Bazilikasında Roma Papasından imperator tacı taxan Böyük Karl bunun Bizans imperiyasının paytaxtı olan Konstantinopol tərəfindən tanınmasına da nail oldu.
İmperiyanın parçalanması
redaktə813-cü ildə Karlın oğlu I Lüdovik Axendə taxta çıxdı. Müqəddəs Roma Alman imperiyasının genişlənməsi 825-ci ilə qədər davam etdi. Lüdviq İmperator titulunu böyük oğlu Lothara verməyə hazırlaşırdı və kral köməkçiləri titullarını da digər oğullarına verməyi düşünürdü. Bu düşüncə, 823-cü ildə (daha sonra II Karl adlanacaqdı) dördüncü oğlunun dünyaya gəlməsi ilə suya düşdü. Digər qardaşlar Karl ilə atalarına qarşı birləşdilər və aralarında çoxlu müharibələr oldu. 840-cı ildə I Lüdviq, oğullarına verdiyi qərarı qəbul etdirə bilmədən öldü.
Lüdviqin dörd oğlu 843-cü ildə Verden müqaviləsini bağladı və imperiya torpaqlarını üç krallıqa böldü. İmperator adını əvvəlcə I Lotar (840-855), sonra II Lüdviq götürdü. Ölkə ərazisi İtaliya ilə məhdudlaşsa da, bütün digər bölgələrə Vikinq basqınları baş verdi. Vikinqləri müsəlmanlar izlədi. Başqa bir problem əyalət hakimlərinin müstəqilliklərini elan etmələri idi. Bu şəraitdə, Papalar, Müqəddəs Roma İmperiyasının tacını əvvəlcə II Karla (875-877), sonra III Karla (881-887) versələr də, imperiyanın gücü sıfıra enmişdi. Sonunda imperator titulu heç kimə verilmədi. 888-ci il ümumi parçalanma ili idi və bu mərhələdə qondarma feodal cəmiyyəti inkişaf etdi; bu, əyalət hakimlərinin hakimiyyəti ələ keçirməsi idi.
İmperatorluqda tənəzzül dövrü başlayarkən, düşüncə və sənət sahəsindəki Böyük Karl dövründən başlanmış Böyük Karl Renessansı dövrü inkişaf edirdi.
Karolinqlər sülaləsi hökmdarları siyahısı
redaktəPipinlər ve Karolinqlər Saray Nazirləri
redaktə- Pipin Landenli (580–640)
- I Grimoald (643–662)
- Pipin Herstallı (687–714)
- Karl Martell (714–741)
- Karloman (saray naziri) (741–747)
- Gödək Pipin (741–751)
Karolinqlər Kralları
redaktə- Gödək Pipin (751–768)
- I Karloman (768–771)
- Böyük Karl (768–800)
- Cavan Karl (800–811)
Karolinqlər İmperatorları
redaktə- Böyük Karl (800–814)
- Dindar Lüdvik (813/814–840)
- I Lothar (Frank Kralı) (840–855)
- II Lüdviq (İtaliya) (855–875)
- Daz Karl (II Karl) (875–877)
- Kök Karl (III Karl) (881–888)
- Arnulf Karintiyalı (896–899)
- Ama Lüdviq (III Lüdviq (901–905)
Şərqi Francia Krallığı Kralları
redaktə- II Lüdviq Alman (843–876)
- Karloman (Ostfrankenreich) (876–880)
- III Lüdviq (Ostfrankenreich) (876–880/882)
- III Karl (Ostfrankenreich) (876–887)
- Arnulf Karintiyalı (887–899)
- Uşaq Lüdviq (IV Lüdviq) (899–911)
İtaliya Kralları
redaktə- Böyük Karl (774–814)
- Pipin (İtaliya) (781–810)
- Bernhard (İtaliya) (813–818)
- I Lotar (818–855)
- II Lüdviq (İtaliya) (844–875)
- II Karl II (der Kahle) (875–877)
- Bavariyalı Karlmann Bavyeralı (II Karlmann) (877–879)
- Kök Karl (III Karl) (879–887)
Loterinya Krallığı Kralları
redaktəQərbi Francia Krallığı Kralları
redaktə- Daz Karl (II Karl) (843–877)
- Kekeme Ludwig (II Luis) (877–879)
- III Luis (879-882)
- II Karloman (879-884)
- Kök Karl (III Karl) (884–888)
- Basit Karl (III Charles Basit) (898–922)
- IV Luis, Fransa Kralı (IV Luis Xarici ölkələrdən) (936–954)
- Lotar, Fransa Kralı (954–986)
- V Luis, Fransa Kralı (V Luis Tembel) (986–987)
Akvitaniya kralları
redaktə- Dindar Lüdvik (781–814)
- I Pipin (Akvitaniya) (817–838)
- II Pipin (Akvitaniya) (838–848)
- Uşaq Karl (848–866)
Aşağı ölkələr krallığı kralları
redaktə- III Lüdviq (Âma Ludwig) (887–905)
- I Hüqo (İtaliya) (905–947)
- II Lotar (İtaliya) (947–950)
- Provanslı Karl (950–963)