Karl Buhler - Wikipedia
Karl Bühler (27 may 1879[2][3][…] – 24 oktyabr 1963[4][2][…], Los-Anceles, ABŞ[4]) — Almaniya və Avstriya psixoloqu.[5]
Karl Bühler | |
---|---|
ing. Karl Bühler | |
Doğum tarixi | |
Doğum yeri | Baden, Mekkesheym |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Los-Anceles |
Vətəndaşlığı | alman |
Milliyyəti | alman |
Elm sahəsi | psixologiya |
İş yerləri | |
Alma-mater | Frayburq Universiteti, Drezden Texniki Universiteti, Vyana Universiteti, Cənubi Kaliforniya Universiteti |
Təhsili | |
Elmi rəhbəri | Osvald Külpe |
Tanınır | Gestalt psikologiyası |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəFrayburq və Strasburq universitetlərində təhsil almış, Külpenin şagirdi, Bonn (1909), Münxen (1915), Drezden (1918), Vyana (1922) universitetlərinin professoru olmuşdur. 1938-ci ildə, Avstriyanın faşist Almaniyası tərəfindən işğalından sonra Norveçə, oradan da ABŞ-yə köçmüşdür. 1906-cı ildən Vürsburq məktəbi çərçivəsində təfəkkürü tədqiq edərək, ondakı obrazları, intellektual hissləri və hissi-obrazlı səciyyəsi olmayan əsl hissləri fərqləndirmişdir. Birinci dünya müharibəsi zamanı hərbi cərrah işləmişdir.[5]
Fəaliyyəti
redaktəMüharibədən sonra uşaq psixologiyası problemləri ilə məşğul olmuş, psixikanın inkişafını instinkt, vərdiş və intellekt mərhələlərinə ayırmış, sonuncunu qəflətən anlama aktları ilə əlaqələndirmişdir. "Psixologiyanın tənəzzülü" ("Die Kriseder Psychologie", 1927) əsərində Bühler psixologiyada tənəzzülü subyektiv (introspektiv psixologiya), obyektiv (biheviorizm) və mədəni-tarixi (anlayan psixologiya) yanaşmalarının sintezi ilə aradan qaldırmağı təklif etmişdir. Dilçilikdə psixoloji istiqaməti, funksional linqvistikanı inkişaf etdirmiş, dil sahəsinin "eqosentrik konsepsiyasını" yaratmışdır.
Dili funksional sistem hesab edən Bühler onun üç funksiyasını fərqləndirmişdir: danışana aid olan ifadə (ekspressiv), dinləyənə aid olan müraciət (apelyativ) və haqqında danışılan predmetə aid olan məlumat (reprezentativ) funksiyaları.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Karl Buhler // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Бюлер Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 Bühler// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 146. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.