Kanto Regionu - Wikipedia
Kanto regionu (関東地方, Kantō-çihō?, sərhəddən şərqdə) — Yaponiyanın Honşu adasında region, Yaponiyanın ən urbanlaşmış hissəsi. Burada ölkənin paytaxtı olan Tokio şəhəri, İmperatorun iqamətgahı və Yaponiya hökuməti yerləşir. Kanto regionu yeddi prefekturadan ibarətdir: İbaraki, Toçiqi, Qunma, Saytama, Çiba, Tokio, Kanaqava.
Kanto regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Honşu |
Statistika | |
Sahə | 32423,90 km² |
Əhali | 42598300 nəf. |
Əhali sıxlığı | 1300 nəfər/km² |
Prefekturalar | 7 |
Adı
redaktəKanto sözü yapon dilində sərhəddən şərqdə deməkdir. Bu ad müasir Şiqa prefekturada yerləşən, X əsrdə Kanto və Kansai regionları rəsmən bölən sərhədlə bağlıdır. Məhz buna görə də Kansai sözü yaponca sərhəddən qərbdə deməkdir.[1]
Coğrafiya
redaktəRegion ərazisinin təxminən 40% eyni adlı Kanto düzündən ibarətdir.[2] Bu düzünün şimal-şərqindən cənub-qərbə Naka, Tone və Saqami çaylar sistemləri axırlar.[3] Qərbdə Çubu regionu ilə təbii sərhədini Kanto dağları yaradırlar,[4] şimalda Tohoku regionu ilə həmsərhəddir şimal-şərqdə isə Sakit okeanı ilə sulanır.
Əhali
redaktəKanto regionu və özəlliklə onun Kanto düzüsü Yaponiyanın ən çox əhalili yeridir.[3] Regionda danışılan Kanto dialekti "standart yapon dili" sayılır.[5]
Tarix
redaktə1923-cü ilin sentyabr ayında Böyük Kanto zəlzələsi baş verdi. Onun nəticəsində 120 mindən çox adam həlak olmuş. Zəlzələ Tokionun yarısı və Yokohamanın çoxu məhv eləmiş. Bu Tokionun yenidən tikilməyin, onun müasir meqapolis kimi dirçəlişinin səbəblərdən biri idi.[6]
İqtisadiyyat
redaktəTokio körfəzinin sahilində yerləşən Tokio və Yokohama ağır və yüngül sənayenin mərkəzləridirlər. Onlardan kiçik olan və sahildən uzaq yerləşən şəhərlər isə əsasən yüngül sənaye ilə məşquldular.[7] Kanto düzündə axan üç çay sistemindən ən böyük çay olan Tone, regionda istehsal olunan hidroelektrik enerjisinin böyük hissəsinin mənbəsidir.[3]
Maraqlı faktlar
redaktə- Pokemon franşızda Kanto əsasında yaradılmış və onun şərəfinə adlandırılmış region oyundaki da, animedəki də birinci coğrafi məkandır.
- Death Note manqanın hadisələrin əsas hissəsi Yaponiyanın Kanto regionda baş verir.
İstinadlar
redaktə- ↑ Dorothy Perkins. Five Hundred Fun Facts About Japan. DIANE Publishing. 1994. səh. 67. ISBN 1568061528. 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ "countriesquest.com". 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ 1 2 3 "Britannica: Kanto Plain". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ "Britannica: Kanto Range". 2021-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ Academia.edu[ölü keçid] p. 48
- ↑ J. Charles Schencking. The Great Kanto Earthquake and the Chimera of National Reconstruction in Japan. Columbia University Press. 2013. səh. XVI. ISBN 0231535066. 2016-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.
- ↑ "photius.com". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-07.